• Marseldə Avropa və Aralıq dənizi sivilizasiyaları muzeyi yaradıldı.

    Tarix: 2013-06-13

    Marseldə Avropa və Aralıq dənizi sivilizasiyaları muzeyi yaradıldı.

    Marseldə Avropa və Aralıq dənizi sivilizasiyaları muzeyinın (MuCEM) açılışı keçirildi. Bu tədbir şəhərin 2013 ildə Avropanın mədəni paytaxtı olaraq keçirdtiyi proqramın bir hissəsi oldu.

    Muzeyi yaratmaq fikri 10 il bundan əvvəl yaransa belə, onu həyata keçirmək üçün müəyyən vaxt və pul sərf etmək lazım idi – muzeyin tikilməsi 200 million avroya başa gəldi. Müasir bina dəniz sahilində yerləşir və yerüstü metal keçid vasitəsi ilə XVII əsrdə tikilmiş və yenidən bərpa olunmuş Sen-Jan fortu ilə bağlıdır.

    Muzeyin ekspozisiyası bütün Aralıq dənizinin bütün ölkələrini təqdim edir. İldə kompleksi 300 min nəfərin ziyarət edilməsi gözlənilir. (“Turizm.az”-ın tərcüməsi)

  • Dominikananın dəniz parkında yeni ekskursiyalar

    Tarix: 2013-06-08

    Dominikananın dəniz parkında yeni ekskursiyalar

  • Milanda kinodakı öpüş səhnələrinə həsr olunmuş sərgi açılıb

    Tarix: 2013-02-12

    Milanda kinodakı öpüş səhnələrinə həsr olunmuş sərgi açılıb

    Milanda kinoda ən məşhur öpüş səhnələrinə həsr olunmuş “Öp məni, axmaq!” ("Baciami, stupido!"), sərgisi açılıb. Kinematoqrafiya Muzeyində açılan sərgi Müqəddəs Valentin gününə həsr olunub.

    Sərgidə 1930-cu illərdən bəri çəkilmiş filmlərdən 30 ən tanınmış öpüş səhnələri təqdim olunub. Ekspozisiyada “Küləklə sovrulanlarlar”, “Bəd xəbər”, “Skaramuş”, “Roma Tətilləri”, “Spartak”, “Kleopatra” filmlərindən, “Ağbəniz və yeddi cırtdan” və “Xanım və avara” cizgi filmlərinin kadrlarının plakatları, şəkilləri, afişalarını görmək mümkün olacaq. Sərgidə mərkəzi yeri Billi Uaylderin 1964-cü ildə ekranlara çıxmış “Öp məni, axmaq!” komediyasının afişası tutur. Ekspozisiya fevralın 28-inədək açıq olacaq.

     

  • Hindistan tranzit vizalar təklif edir

    Tarix: 2013-02-09

    Hindistan tranzit vizalar təklif edir

    Hindistan tranzit turistlər üçün viza qaydalarını sadələşdirmək imkanını nəzərdən keçirir.

    Yaxın aylarda bu yenilik Dehli və Mumbay şəhərlərində tətbiq olunacaq. Hazırlanmış qaydalara əsasən tranzit sərnişinlər Hindistanda 2-3 gün daha çox qala bilərlər. Bununla da turist ölkənin başlıca turistik məkanları ilə yaxından tanış olmaq imkanı qazanacaq və yenidən Hindistana səfər etmək istəyəcək.

    Hazırda Hindistana tranzit vizası almaq üçün əvvəlcədən çoxsaylı sənədlər təqdim etmək lazımdır.

  • Tayland: Avtomobil sahiblərinə Yeni il hədiyyəsi

    Tarix: 2012-12-27

    Tayland: Avtomobil sahiblərinə Yeni il hədiyyəsi

    Taylandın avtoyollar Departamentindən avtomobil sahiblərinə yeni il hədiyyəsi – Lat Krabanq, Tupçanq və Txanaburi pullu avtomaqistralında bütün ödəmələr ləğv olunur.

    Yeni il aksiyası dekabrın 27-si saat 16:00-dan, yanvarın 3-ü saat 00:00-a qədər davam edəcək. Bu addım Departament tərəfindən yeni il bayramlarında səyahətçilərə yardım etmək məqsədi daşıyır.

  • Turistlər Bolqarıstanda şərab və pivə zavodları ilə tanışlığa üstünlük verirlər

    Tarix: 2012-10-16

    Turistlər Bolqarıstanda şərab və pivə zavodları ilə tanışlığa üstünlük verirlər

    Bolqarıstanda turistlərin diqqətini memarlıq abidələri və çimərliklər deyil, tamamilə fərqli yerlər cəlb edir.

    Aparılan araşdırmalar nəticəsində məlum olub ki, turist qruplarının əksəriyyəti onlara təqdim olunmuş mədəni proqramlardan imtina edir, bunun əvəzində isə şərab və pivə zavodlarına baş çəkməyi üstün tuturlar.

    Hal-hazırda Bolqarıstan hökuməti spirtli içkilərə həsr olunmuş turların turistlər arasında xüsusi məşhurluq qazanmasından bir qədər narahatdırlar.  

  • Azərbaycan Belarusda Beynəlxalq teatr festivalında iştirak edəcək

    Tarix: 2012-09-06

    Azərbaycan Belarusda Beynəlxalq teatr festivalında iştirak edəcək

    7-14 sentyabrda Belarusun Brest şəhərində "Belaya veja - 2012. Klassika plus" XVII Beynəlxalq teatr festivalı keçiriləcək.

    Trend Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir ki, ən yaxşı klassik əsərlər 11 ölkədən olan 26 kollektiv tərəfindən ənənəvi və müasir interpretasiyada təqdim ediləcək.

    Festivalda Azərbaycan, Belarus, İsrail, Moldova, Rusiya, Ukrayna, Estoniya, Yaponiya və b. ölkələrin dram, kukla, poeziya, meydan, musiqi teatrları iştirak edəcək.

    Festival həftəsi sentyabrın 7-də M.Qorki adına Akademik Milli Dram Teatrının "Qore ot uma" ("Ağıldan bəla") tamaşası ilə başlayacaq.

    Fesivalın təşkilatçıları Brest Regional İcraiyyə Komitəsi, Belarus Mədəniyyət Nazirliyi və Brest Akademik Dram Teatrıdır.

  • Krakov hava limanı Polşa tarixində bir ilkə imza atacaq

    Tarix: 2012-08-30

    Krakov hava limanı Polşa tarixində bir ilkə imza atacaq

    Krakov aeroportu Polşada ilk və tək aeroportudur ki, şəxsi taksi şəbəkəsinə malik olacaq.

    Terminalın loqotipiylə taksilər bu ilin 1 oktyabr tarixindən etibarən istifadəyə veriləcək. “MPL Services” şirkəti tərəfindən yaradılmış taksilərdə sürücü kimi işləmək istəyən şəxslərin sayı artıq 300 nəfərə çatıb. Sürücülərdən yüksək göstəricilər tələb olunur.

    Nəqliyyat vasitəsi maksimum 5 il istifadə olunmalıdır, D sinfinə daxil olmalıdır, gümüşü yaxud qara rəngdə olmalıdır. Hal-hazırda sürücülərin ingilis dili biliyi, ünsiyyət və şəxsi mədəniyyət bacarıqları yoxlanılır.

  • Aralıq dənizinin yeni dizayner hotelləri

    Tarix: 2012-08-29

    Aralıq dənizinin yeni dizayner hotelləri

    2012-ci ildə Aralıq dənizinin Marseldən Mayorkiyə qədər olan sahilində bir neçə butik-hotel açılmışdır. Travel+Leisure Aralıq dənizinin daha çox cəlbedici olan yeni hotellərinin siyahısını tərtib etmişdir.

    Yunanıstanda Peloponnesdə yeni Amanzoe hoteli yaradılmışdır. Çoxsaylı hovuzlar, mərmər divarlar, fantastik mənzərələr – Memar Ed Tattl dəbdəbə və vəhşi təbiətin harmoniyasını yarada bilmişdir. Kompleks cəmi 38 suit təklif edir.

  • Keral hakimiyyət orqanları ekoturizmi inkişaf etdirirlər

    Tarix: 2012-08-28

    Keral hakimiyyət orqanları ekoturizmi inkişaf etdirirlər

    Hind ştatı Keralın hakimiyyət orqnları turistləri Eravikulam milli parkının (Eravikulam National Park) tərkibinə daxil olan meşə-qoruq Arippanın (Arippa) unikal ekosistemi ilə tanış etməyi planlaşdırırlar. Regionun meşələrinin turizm destinasiyası olaraq inkişaf etdirilməsi üçün milyonlarla dollar investisiya qoyuluşu ediləcəkdir. Vəsaitlər infrastrukturun və qoruq ərazisində turistlərin yaşayış şərtlərinin yaxşılaşdırılmasına sərf ediləcəkdir.