Paylaş
Tur Göyçay
Nəqliyyat Aviabiletsiz
Ölkə Azərbaycan
Region Göyçay
Otel
Tarix 04.11.2017 - 04.11.2017
Gecə 0
Gün 1
Qiymət 23 AZN
Qiymətə Daxildir Qiymətə Daxil deyil
SİFARİŞ GÖNDƏR
Qidalanma
Ekskursiya
Nəqliyyat

Göyçay "Nar Festivalı" turu

04 Noyabr, 2017

Cəmi - 23 Azn

 

Qiymətə Daxildir:

-Komfortlu avtobus ( Kondisioner, music  player )

-Səhər yeməyi

-Nar Festivalında iştirak

-Dönüşdə çay süfrəsi

-Tur rəhbəri

-Professional Foto çəkiliş

-Avtobusda əyləncəli oyunlar

 

Qiymətə Daxil Deyil:

-Nahar yeməyi

 

Son Qeydiyyat Tarixi:  Turun başlanmasına 2 gün qalmış.

 

Turun Proqramı:

 

06:30 - 07:00 Toplaşma (Nərimanov metrosu “Mc Donalds"ın qarşısı)

 

07:00 - 11:00  Bakı – Göyçay yolu

Səhər yeməyi

 

11:30  Göyçay  Nar  Bayramına  həsr olunmuş  Festivalı.

Nar bayramında  Göyçay  rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. 

Bayramların keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir.

Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə  Göyçay rayonunda yetişən narlardan istifadə olunur.

Məhz Göyçay narı dünyada tanınaraq, "əsl Azərbaycan narları" üçün sinonimə çevrilmişlər. Göyçay narlarının  əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin  mövcudluğu  və  rayonun  torpaq  tərkibidir.

“Nar Bayranı”nda rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək.

Bayram tədbirində dövlət və hökumət nümayəndələri, deputatlar, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətinin başçıları, yerli və xarici iş adamları da olacaq. 
Bundan başqa, Göyçay narının Şöhrətini dünyaya tanıtmaq məqsədi ilə keçiriləcək nar bayramında bir çox yeniliklərin də olacağı gözlənilir. Bayram tədbiri axşam saatlarında ölkənin tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.

 

17:00 – 18:00  Asudə vaxt və  Çay süfrəsi

 

18:00 – 21:00  Göyçay – Bakı yolu

 

Sifariş et:

Tel.:   (+99412) 596 11 96 ( daxili nömrə 29 ).

Mob.: (+99455) 210 59 07 (WhatsApp)

 

 

 

daha çox...