Paylaş
Tur Gəncə Gəncə “İmamzadə” – Göygöl-Maralgöl turu
Nəqliyyat Aviabiletsiz
Ölkə Azərbaycan
Region Gəncə
Otel
Tarix 25.06.2017 - 26.06.2017
Gecə 1
Gün 2
Qiymət 85 AZN
Qiymətə Daxildir Qiymətə Daxil deyil
SİFARİŞ GÖNDƏR
Otel
Qidalanma
Ekskursiya
Nəqliyyat

Gəncə  “İmamzadə” –  Göygöl-Maralgöl turu
25 – 26  İyun, 2017

2 gün – 1 gecə

 

Turun Qiyməti  – 85 Azn

 

QİYMƏTƏ DAXİLDİR:
✔ Avtobus (komfortlu)

✔  4* Deluxe oteldə gecələmə

✔ Səhər yeməyi (2 dəfə)
✔ Nahar yeməyi (1 dəfə)

✔  Şam yeməyi (1 dəfə)

✔ Ekskursiyalar:

• “Nizami Məqbərəsi”

• “Cavad Xan” Turbəsi

• “İmamzadə Turbəsi”

• “Çökək hamam”

• “Şah Abbas Məscidi”

• “GöyGöl Milli Qoruğu”

• “Maralgöl Milli Qoruğu”

✔ Tur rəhbəri

✔ Foto çəkiliş

 

QİYMƏTƏ DAXİL DEYİL:
✔GöyGöl və Maralgöl Milli Qoruğuna giriş biletləri

✔Otelin ödənişli xidmətlərindən istifadə

✔11 İyun Nahar yeməyi

 

QEYD: Qiymətlər 2 və 3 nəfərlik otaqlarda 1 (bir) nəfər üçün hesablanmışdır.

 

Tur Proqram

 

25 İyun 2017


06:30 - 07:00  Toplanış vaxtı (N.Nərimanov metro, McDonald’s ın qarşısı)

07:00-13:00  – Bakı - Gəncə yolu

***Səhər yeməyi (Hacıqabul – Qədrixum Restoranı)

13:00-13:30Nizami Məqbərəsində ekskursiya

*** Nizami Məqbərəsi (XIII-XIV əsrlər)

Mavzoley şəhərin girəcəyində, mərkəzdən 6 km məsafədə yerləşir. Ilk türbənin tikintisi XIII – XIV əsrlərə aid edilir. Şeyx Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Gorani tərəfindən təmir edilib. 1947 – ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılıb. 1990 – 1991 – ci illərdə restavrasiya edilib. Hündürlüyü 20 metr olan mavzoleyin üstü zərif mərmərlə örtülüdür. Məqbərənin arxasında Nizami “Xəmsə”sindən məşhur bəzi səhnələrin təsvir edildiyi dəmirdən yonulmuş heykəllərdən ibarət kompozisiyalar var

 

14:00-15:00 – “Deluxe” Hoteldə yerləşmə və nahar yeməyi

 

15:00-15:30 – “Deluxe” Hoteldə istirahət vaxtı

 

15:30-19:00 –  Ekskursiya:

***”Cavad Xan” Turbəsi

Cavad xan,Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar 1748Gəncə — 1804, Gəncə yaxınlığı) — Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.

 

***Çökək hamam

Şah Abbas məscidinin bitişiyində yerləşir. Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Bina gümbəzlidir. Sovet vaxtı təmir olunarkən kanalizasiya sisteminə zərər vurulduğu üçün artıq hamam kimi çalışmır. Şah Abbas meydanına gələnlər burada Gəncə sənətkarlarının əl işləri, çini qablar üzərində tətbiqi sənət nümunələri ilə tanış ola bilərlər. Çökək Hamamda Dekorativ Sənət Mərkəzi yerləşir. Şah Abbas meydanındakı önəmli tarixi abidələrdən biri Cavad xan türbəsidir. Türbə 2004 – cü ildə tikilsə də onun tarixi XIX əsrə gedib çıxır. Cavad xanın hekayəsi Gəncənin qəhrəmanlıq dastanıdır.

 

***Şah Abbas Məscidi (1606-cı il)

Şərqdə yaxşı tanınmış memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilən bu məscid Cümə məscidi kimi də məşhurdur. 1776 – cı ildə binaya əlavə olaraq qoşa minarə tikilib. 1606 – cı ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən tikdirilən məscidi XVIII əsrdə Cavad xan 2 dəfə əsaslı təmir etdirib. Məscidin daxilində 12 imam şərəfinə tikilmiş 12 hücrə var. Əvvəllər burada mədrəsə fəaliyyət göstərib. Məscidin diqqət çəkən əlamətlərindən biri budur ki, günorta vaxtı binanın günbatan divarına düşən kölgə itir. Bu da günorta namazına başlamağın vaxtını bildirir. Ərdəbil, İsfahan və Qəzvin şəhərlərində bənzər məscidlər var.

 

***İmamzadə yaxud Göy imam türbəsi

— Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi.

Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur «Gülüstaniİrəm» əsərində belə qeyd etmişdir. «Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur

 

19:00 – Otelə dönüş və sərbəst vaxt


20:00 - 21:00   - “Deluxe” Hoteldə Şam yeməyi


21:00 - 00:00  Sərbəst vaxt (Mafia və ya otelin əlavə xidmətlərindən istifadə)



26 İyun 2017


08:00 - 10:00  Oteldə səhər yeməyi


10:00 - 11:00  Otaqların təhvil verilməsi


11:00 - 12:00  Gəncə - Göygöl yolu


12:00 - 12:30  Göygöl Milli parkına giriş.
Hacıkənd – Göy Göl kurortunun ərazisindən yalnız Kürəkçay çayı axır. Onun ümumi uzunluğu 115 km, sutoplayıcı sahəsi isə 28 kvadrat metrdir. Kürəkçay hövzəsi Şimaldan Kür çayı ilə, Şərqdən Gorançay, Qərbdən Gəncəçay, Cənubdan isə Tərtər çay hövzələri ilə həmsərhəddir.
Hacıkənd – Göy Göl kurort rayonun ərazisində Göy Göl, Maral Göl, Quş Gölü, Qara Göl, Ağ Göl, Şamlı Göl, Turist Gölü kimi bənd tipli göllər vardır.


12:30 - 14:30  Gögöl və Maralgöl gəzintisi.
Qeyd: Maral gölə getmək istəyənlər qoruğun ayrılmış avtobusu ilə gedəcəklər (əlavə 2 AZN)

15:00 - 17:00  Nahar Fasiləsi


17:00 - 22:30  Gəncə - Bakı istiqamətinə hərəkət

 

Sifariş et

Tel.:     (+99412) 596 11 96 ( daxili nömrə 29).

 

Mob.:  (+99455) 210 59 07  (WhatsApp)

 

Ünvan:  Zivərbəy Əhmədbəyov 69,  (Nizami metrosunun yaxınlığı)

daha çox...