Вакансии

Vakansiya 1: Korporativ Satış Üzrə Menecer

Elanın Tarixi: 17 İyun 2015

Vacib Tələblər:

- Ən azı Bakalavr təhsili.

- Dil bilikləri: Azərbaycan(Əla), Rus(Əla) və İngilis(Yaxşı).

- Korporativ satış ilə əlaqədar 3-5 il  iş təcrubəsi. 

- Ünsiyyətcil, yüksək nitq qabiliyyəti.

- Təqdimat bacarığının olması.

 

Öhdəliklər:

- Bazarın təhlili, korporativ müştəri haqqında informasiyanın toplanması.

- Yeni  Korporativ müştərilər ilə əlaqələrin qurulması.

- Yeni müqavilələrin bağlanılması üçün potensial müştərilərlə görüşlərin təşkili.

- Müqavilə şərtləri haqqında danışıqların aparılması, müqavilələrin rəsmiləşdirilməsi.

- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı.

- İşgüzar yazışmaların həyata keçirilməsi.

- Korporativ xidmətin yerinə yetirilməsinə və xidmət keyfiyyətinə nəzarət etmək.

- Korporativ müştəri borclarının vaxtında ödənilməsinə nəzarət.

- Müştəri şikayətləri ilə iş.

- Aylıq, rüblük hesabatların təqdim olunması, satış göstəricilərinə nəzarət.

 

Biz təklif edirik:

- Rəsmi əmək müqaviləsi, əmək kitabçası, sosial sığorta.

- Sınaq müddətindən sonra əmək haqqı: 1200-1500 AZN Maaş + Aylıq bonus (mənfəətin 3%-i)

- Sınaq müddəti: 3 ay

- Sınaq müddətində əmək haqqı:
1-ci ay: 500 AZN Maaş
2-ci ay: 600 AZN Maaş
3-cü ay: 800 AZN Maaş

- Karyera yüksəlişi perspektivi.

- Qoyulmuş hədəflərə görə mükafatlandırma (bonus).

- Sınaq müddətində və bu müddətdən sonra nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir.

Qeyd: Sınaq müddətində namizəd şirkətə aylıq ən azı öz maaşının iki misli qədər mənfəət qazandırmalıdır. Əks halda namizəd şirkətə aylıq qazandırdığı mənfəətin 50%-i qədər əmək haqqı əldə edəcəkdir. Əgər namizədin 3-cü aydan sonra şirkətə qazandırdığı aylıq mənfəəti 2500 AZN-dən az olarsa, namizədlə əməkdaşlıq dayandırılır.

Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (namizədin fotosunun olması mütləqdir) hr@turizm.az elektron ünvanına göndərə bilərlər. Göstərilən tələblərə cavab verməyən namizədlər müsahibəyə çağrılmayacaqdır.   

Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində ( Korporativ Satış üzrə menecer) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

______________________________________________________________________________________

 

Vakansiya 2: “Tur Menecer”

Vacib Tələblər:

- Bakalavr dərəcəsi (Universitetə qəbul zamanı coğrafiya və riyaziyyat fənnindən imtahan vermiş şəxslər)

- Dünya coğrafiyası bilikləri.

- Word və Excel kompyuter proqramları bilikləri.

- İnternetdən aktiv istifadə etmək, sürətli axtarış və s.

- Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli.

- Komandada işləmək qabiliyyəti.

- Azərbaycan(əla), rus(əla) və ingilis(əla) dili bilikləri.


Öhdəliklər:
- Daxili və ya xarici turların təşkili

- Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq

- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması

- Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması

- Sığorta yazılması

- Mövsümə uyğun turların analiz edilib hazırlanması və marketinq şöbəsinə ötürülməsi

- Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi

- Gündəlik və aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi

 

Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi, əmək kitabçası, sosial sığorta.

- Sınaq müddətindən sonra əmək haqqı: 400 AZN Maaş + Aylıq bonus (mənfəətin 10%-i).

- Sınaq müddəti: 3 ay
1-ci ay: Təlim
2-ci ay: Satışdan əldə edilmiş mənfəətin 20%-i məbləğində əmək haqqı
3-cü ay: Satışdan əldə edilmiş mənfəətin 20%-i məbləğində əmək haqqı

- Karyera yüksəlişi perspektivi.

- Qoyulmuş hədəflərin nailiyyətinə görə mükafatlandırma (bonus).

İş qrafiki: Həftə içi: 10:00-19:00, Şənbə günü: 10:00-15:00, Bazar günü: istirahət günü.

Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (namizədin fotosunun olması mütləqdir) hr@turizm.az elektron ünvanına göndərə bilərlər. Göstərilən tələblərə cavab verməyən namizədlər müsahibəyə çağrılmayacaqdır.   

Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Tur Menecer) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

Əlavə məlumat üçün bu nömrəyə zəng edə bilərsiniz: ( 012 ) 596 11 96 (daxili nömrə 200).