Lvov şəhərində Ukraynanın Müstəqillik günü münasibətilə möhtəşəm festival keçiriləcək





Lvov şəhərində Ukraynanın Müstəqillik günü münasibətilə möhtəşəm festival keçiriləcək

Avqust ayının 24-də Ukraynada Müstəqillik Gününün 21 ildönümünü qeyd ediləcək. Bu bayram münasibətilə Lvov şəhərində qonaqları maraqlı və çoxsaylı tədbirlər gözləyir.

Bu il Lvov şəhərində Müstəqillik gününə həsr olunmuş tədbirlər 1 həftə davam edəcək. Festival və konsertlərdə dünyanın bir çox ölkələrindən olan sənət nümayəndələri yer alacaq. Belə ki, burada  Meksika, İsrail, Makedoniya, Portuqaliya, Fransa, İtaliya, Burundi, Çexiya, Polşa, Hindistan və İspaniyadan gələn məşhur sənət nümayəndələrinə rast gəlmək mümkün olacaq. 



1 Şərhlər



  • Namiq

    2012-08-11 - 18:38:26

    Sevirem de Lvovu :)

    Cavab yaz


Şərh yaz