

Krakov hava limanı Polşa tarixində bir ilkə imza atacaq
- Dosta göndər
- Paylaş
- Tweet
(30.08.2012 / 10:15) | 1256 dəfə oxunub

Krakov aeroportu Polşada ilk və tək aeroportudur ki, şəxsi taksi şəbəkəsinə malik olacaq.
Terminalın loqotipiylə taksilər bu ilin 1 oktyabr tarixindən etibarən istifadəyə veriləcək. “MPL Services” şirkəti tərəfindən yaradılmış taksilərdə sürücü kimi işləmək istəyən şəxslərin sayı artıq 300 nəfərə çatıb. Sürücülərdən yüksək göstəricilər tələb olunur.
Nəqliyyat vasitəsi maksimum 5 il istifadə olunmalıdır, D sinfinə daxil olmalıdır, gümüşü yaxud qara rəngdə olmalıdır. Hal-hazırda sürücülərin ingilis dili biliyi, ünsiyyət və şəxsi mədəniyyət bacarıqları yoxlanılır.