

Parisin ekoloji sertifikatla təltif olunmuş “Puy du Fou” (Pyui dyu Fu) parkı öz qonaqlarını heyrətləndirməyə davam edir
- Dosta göndər
- Paylaş
- Tweet
(06.09.2012 / 09:24) | 8123 dəfə oxunub

“GreenGlobe” adlı nüfuzlueko-turizmtəşkilatı Parisin “PuyduFou” parkının beynəlxalq səviyyəli ekoloji sertifikat üçün əsas sayılan 39 meyara tam şəkildə uyğun gəldiyini vurğulayıb. Təşkilat rəhbərliyinin sözlərinə görə, parkda ətraf mühitin müdafiəsi, iqtisadiyyat və maarifləndirici aspekt bir araya gəlmiş və bununla da, ziyarətçiləri bitki və heyvanat aləmini qorumağa cəlb etmişlər. Mətbuata verilən məlumata görə, ekoloji sertifikatın verilməsinin əsas səbəblərindən biri məhz budur.
“Puy du Fou” parkı Fransanın ziyarətçilərinə yenidən qurulmuş döyüşləri, hətta araba yarışlarını təqdim edən 4-cü parkıdır. Düzgün düşünülmüş səhnə mizanı, yüzlərlə aktyor və xüsusi effektlər parka gələn qonaqların sayının günbəgün artırmaqdadır. İnsanlar sanki bu səhnələri izləməyə deyil də, uzaq keçmişə səfər etməyə gəlirlər.
1 Şərhlər
-
Queen
2012-09-24 - 10:48:56maraqli melumatdir.chox sag olun