Azərbaycan Belarusda Beynəlxalq teatr festivalında iştirak edəcək
- Dosta göndər
- Paylaş
- Tweet
(06.09.2012 / 09:27) | 1683 dəfə oxunub
7-14 sentyabrda Belarusun Brest şəhərində "Belaya veja - 2012. Klassika plus" XVII Beynəlxalq teatr festivalı keçiriləcək.
Trend Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir ki, ən yaxşı klassik əsərlər 11 ölkədən olan 26 kollektiv tərəfindən ənənəvi və müasir interpretasiyada təqdim ediləcək.
Festivalda Azərbaycan, Belarus, İsrail, Moldova, Rusiya, Ukrayna, Estoniya, Yaponiya və b. ölkələrin dram, kukla, poeziya, meydan, musiqi teatrları iştirak edəcək.
Festival həftəsi sentyabrın 7-də M.Qorki adına Akademik Milli Dram Teatrının "Qore ot uma" ("Ağıldan bəla") tamaşası ilə başlayacaq.
Fesivalın təşkilatçıları Brest Regional İcraiyyə Komitəsi, Belarus Mədəniyyət Nazirliyi və Brest Akademik Dram Teatrıdır.