Çay muzeyi





Çay muzeyi

Çinin Meytan şəhərində iki il əvvəl inşa olunmuş muzey çaydan formasındadır və çaydan formasında olan ən böyük abidə kimi Ginnesin Rekordlar kitabına daxil edilmişdir. Muzeyin hündürlüyü 73.8 metrə, diametri 24 metrə, daxili ərazisinin ümumi sahəsi isə 5000 kv.m-ə çatır. Muzey binasının yaxınlığında fincan formasında olan daha bir bina yerləşir.

Bundan əlavə, muzey binasının yaxınlığında 4 ulduzlu otel də yerləşir. Oteldə qonaqların istifadəsinə 27 nömrə, restoran, incəsənət qalereyası və rəqs meydançası verilir. 



0 Şərhlər



Şərh yaz