"Azərbaycan Hava Yolları" yeni vertolyotlar alır
- Dosta göndər
- Paylaş
- Tweet
(24.12.2012 / 12:37) | 2025 dəfə oxunub
"Azərbaycan Hava Yolları" QSC "AgustaWestland" markalı 10 yeni vertolyot alacaq. Trend-in məlumatına görə, bu barədə "AgustaWestland" şirkətinin rəsmi saytında bildirilir.
Aviaşirkət artıq "AW139s" markalı 8 vertolyotun alınması üçün sifarişi icra edib və 2 "AW189s" markalı vertolyotun ilkin sifarişini həyata keçirib.
4 "AW139s" və 2 "AW189s" vertolyotundan dəniz daşımalarında, 2 "AW139"-dan təcili tibbi yardım xidməti üçün, biri axtarış-xilasetmə, biri isə VIP daşımalar üçün istifadə olunacaq.
Vertolyotların ölkəyə gətirilməsinə 2013-cü ilin ikinci yarısından başlanacaq. Sövdələşmənin ümumi dəyəri 115 milyon avro təşkil edir.