Yatmış polis





Yatmış polis

Anya və Nataşa Berlin mağazalarından birində alış-veriş etdilər. Endirim olduğundan qızlar çoxlu paltar aldılar. Evə gəldikdə, əlbəttə ki, palatarları əyinlərinə geyinib sınamağa başladılar və gördülər ki, paltarlardan birinin üzərində iri nəzarət düyməsini satıcı götürməyib.

Yarım saat onu əl ilə açmağa çalışsalar da, heç bir şey çıxmadı. Nataşa onu bıçaqla qırmağı təklif etdi. Bıçağın təsiri altında düymə qırıldı və Anyanın əlinə və paltarın üstünə göy rəngdə maye dağıldı. Nə baş verdiyini başa düşməyən Anya əlini yumağa qaçdı, lakin diqqətlə yuduqdan sonra belə əlindəki göy iz getmədi.

Tezliklə onların dostu Markus gəldi və ürəkdən gülərək izah etdi ki, nişan "yatmış polis" adlanır. Əgər kimsə geyimi oğurlamağa çalışırsa, onda oğrunu göy əllərə görə müəyyən etmək mümkün olardı, hətta onu tapmasalar belə bu cür göy əllər onu uzun müdət oğurluq etməkdən çəkindirəcəkdi.

Xoşbəxtlikdən, qəbz qalmışdı və korlanmış paltarı qeyd-şərtsiz dəyişdilər. Hərçənd göy əllərlə Berlində gezmək heç də xoş deyildi.



0 Şərhlər



Şərh yaz