Hindistan tranzit vizalar təklif edir





Hindistan tranzit vizalar təklif edir

Hindistan tranzit turistlər üçün viza qaydalarını sadələşdirmək imkanını nəzərdən keçirir.

Yaxın aylarda bu yenilik Dehli və Mumbay şəhərlərində tətbiq olunacaq. Hazırlanmış qaydalara əsasən tranzit sərnişinlər Hindistanda 2-3 gün daha çox qala bilərlər. Bununla da turist ölkənin başlıca turistik məkanları ilə yaxından tanış olmaq imkanı qazanacaq və yenidən Hindistana səfər etmək istəyəcək.

Hazırda Hindistana tranzit vizası almaq üçün əvvəlcədən çoxsaylı sənədlər təqdim etmək lazımdır.



0 Şərhlər



Şərh yaz