Milanda kinodakı öpüş səhnələrinə həsr olunmuş sərgi açılıb





Milanda kinodakı öpüş səhnələrinə həsr olunmuş sərgi açılıb

Milanda kinoda ən məşhur öpüş səhnələrinə həsr olunmuş “Öp məni, axmaq!” ("Baciami, stupido!"), sərgisi açılıb. Kinematoqrafiya Muzeyində açılan sərgi Müqəddəs Valentin gününə həsr olunub.

Sərgidə 1930-cu illərdən bəri çəkilmiş filmlərdən 30 ən tanınmış öpüş səhnələri təqdim olunub. Ekspozisiyada “Küləklə sovrulanlarlar”, “Bəd xəbər”, “Skaramuş”, “Roma Tətilləri”, “Spartak”, “Kleopatra” filmlərindən, “Ağbəniz və yeddi cırtdan” və “Xanım və avara” cizgi filmlərinin kadrlarının plakatları, şəkilləri, afişalarını görmək mümkün olacaq. Sərgidə mərkəzi yeri Billi Uaylderin 1964-cü ildə ekranlara çıxmış “Öp məni, axmaq!” komediyasının afişası tutur. Ekspozisiya fevralın 28-inədək açıq olacaq.

 



0 Şərhlər



Şərh yaz