Böyük Britaniyanın ən məşhur muzeylərinin adları açıqlanıb





Böyük Britaniyanın ən məşhur muzeylərinin adları açıqlanıb

Reytinq aparıcı turistik məkanlar Assosiasiyasının analitikləri tərəfindən tərtib olunub.Sözügedən təşkilatın ekspertləri tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, 2012-ci ilin yekunlarına görə, ölkənin ən çox ziyarət olunan muzeyi Böyük Britaniya muzeyi olub. Ötən il muzeyi ziyarət edən qonaqların sayı 5.6 milyon nəfərə çatıb.Ölkənin ən məşhur muzeylərindən ibarət siyahıda ilk üçlüyə “Teyt Modern” müasir incəsənət qalereyası, Viktoriya və Albert muzeyləri daxil edilib. Ekspertlərin hesablamalarına görə, 2012-ci ildə bu görməli yerləri müvafiq olaraq, 5.3 və 3.2 milyon turist ziyarət edib.

 



0 Şərhlər



Şərh yaz