Bakı-Pekin-Bakı istiqamətində birbaşa aviareyslər açılır





Bakı-Pekin-Bakı istiqamətində birbaşa aviareyslər açılır

"Azərbaycan Hava Yolları" QSC öz uçuş coğrafiyasını genişləndirmək məqsədilə, mayın 10-dan etibarən Bakı-Pekin-Bakı istiqamətində yeni müntəzəm birbaşa aviareyslərin həyata keçirməsinə başlayır.
Uçuşlar müasir və komfortlu Airbus A-340 və Boeing 767 tipli təyyarələrlə, həftədə iki dəfə - çərşənbə axşamları və cümə günləri həyata keçiriləcəkdir. Airbus A-340 və Boeing 767 tipli təyyarələrin alınması AZAL aviaşirkətinə, tarixində ilk dəfə, uzunməsafəli birbaşa uçuşların gerçəkləşdirilməsinə şərait yaratmışdır.Bakı-Pekin-Bakı istiqamətindəki ekonom sinifli aviabiletlərin minimal qiyməti 465 Avro təşkil edir (yığımlar və rüsumlar daxildir).Həmçinin, qeyd etmək istərdik ki, "Azərbaycan Hava Yolları" QSC Çinin əməkdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcəkdir.



0 Şərhlər



Şərh yaz