Qənaətcil turistlər üçün 10 məsləhət





Qənaətcil turistlər üçün 10 məsləhət

Ekspertlər səyahətlərdə pula necə qənaət etmək haqqında təcrübələrini turistlərlə bölüşürlər. Bəzən özünüzlə götürdüyünüz kiçik bir əşya artıq pul xərcləməkdən xilas edir.

1. Bütün vacib sənədlərin 2 nüsxəsini çıxarın. Bir nüsxəni evdə qoyun, digərini isə yola götürün. Oteldə bütün sənədləri seyfdə saxlayın, özünüzlə isə nüsxələri gəzdirin.

2. Sumkada yalnız istifadə edəcəyiniz valyuta və kredit kartlarını götürün. Bununla siz pulunuzun oğurlanma ehtimalını azaltmış olarsınız. Çalışın ki, yanınızda 300$-dan çox pul olmasın və 1 kredit kartından çox kart götürməyin.

3. Insanlardan seçilməmək üçün konservativ geyinin. Lakin yerli əhalidən nə qədər az fərqlənən paltar geyinsəniz, oğruların diqqətini cəlb etmək ehtimalı bir o qədər yüksəkdir.

4. Səyahətə çıxana qədər gedəcəyiniz ölkə haqqında bütün məsələləri həll edin. Bu ölkə haqqında forum və saytlarda məlumat yığın, onun əsas adətlərini və yerli dildə əsas söz birləşmələrini öyrənin, məs, “sağol”, “salam”, “bağışlayın”.

5. Sağlamlığınız haqda düşünün. Özünüzlə dərman götürün.

6. Yol üçün tibb sığortası alın və ora təyyarələrin reyslərinin təxirə salınması, baqajın itirilməsi üçün kompensasiyanı da əlavə edin.

7. Tibbi sığorta alın. Bu bəlkə də sizin 1000 dollarınıza qənaət edəcək. Tibbi xidmətlərə sərf edilən pul əhəmiyyətli dərəcədə böyük ola bilər. Sığorta sənədlərinin nüsxəsini çıxarın və birini evdə qoyun.

8. Bahalı əşyalarınızı sığorta etdirin.

9. Lazım ola biləcək nömrələri özünüzlə götürün: bankınız, səfirlik və s.

10. Elektron poçt və beynəlxalq telefon kartı lazım ola bilər. Baham adalarında olan qasırğadan yarım il keçdikdən sonra belə ölkədəki yeganə mobil əlaqə işləmirdi. Əlaqə üçün yeganə üsul adi telefon bağlantısı və internet idi.



0 Şərhlər



Şərh yaz