Şri-Lanka hökuməti turistlərə nəzarəti gücləndirəcək





Şri-Lanka hökuməti turistlərə nəzarəti gücləndirəcək

Polis Şri-Lankada turistlərin monitorinqi prosesinə start verib. Dövlət orqanlarının məlumatına görə, monitorinq turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılır.Mehmanxana və qonaq evləri Şri-Lank polisinə qonaq etdikləri xarici vətəndaşlar haqqında məlumat verməyə başlayıblar. Prosesin gedişində bronlaşdırılmış otel nömrəsi haqqında bütün məlumatlar, şəxsiyyət vəsiqəsi və turist vizası polisə təqdim edilməlidir.Ölkə rəhbərliyi qeyd edir ki, yeni qanun turistlərin təhlükəsizliyinin təmin olunmasına istiqamətlənib. 



0 Şərhlər



Şərh yaz