Dünyanın ən yaxşı restoranı





Dünyanın ən yaxşı restoranı

Böyük Britaniyanın nüfuzlu “Restaurant” jurnalının irəli sürdüyü versiyaya əsasən, 2013-cü ilin ən yaxşı restoranı adına İspaniyanın Jerona şəhərində  yerləşən “El Celler de Can Roca” restoranı layiq görülüb. Jurnalda qeyd olunur ki, İspaniyanın 3 “Michelin” ulduzuna layiq görülmüş restoranı qurmanların diqqətini öz əvəzedilməz yeməkləri və qonaqpərvər personalı ilə cəlb etmişdir. Reytinqin 3-cü yerində İtaliyanın «L’Osteria Francescana» restoranı qərarlaşıb.

Reytinqdə beşinci yeri isə Nyu-York şəhərində yerləşən «Eleven Madison Park» restoranı tutub. Fransız restoranlarından Parisdəki «L’Arpège» 16 yeri qazanıb. Asiyanın ən yaxşı təmsilçisi – Tokiodaki «Narisawa» - ilk iyirmiliyi başa vurur.



0 Şərhlər



Şərh yaz