Birinci rübdə Misirə təqribən 3 milyon nəfər xarici turist gəlmişdir





Birinci rübdə Misirə təqribən 3 milyon nəfər xarici turist gəlmişdir

Misirin “Əhram Online” xəbər saytı ölkənin turizm naziri Hişam Zaazuaya istinadən xəbər verir ki, 2013-cü ilin birinci rübü ərzində Misirdə təqribən 2,86 milyon turist olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən 14,4 faiz çoxdur. 

Nazirin sözlərinə görə, birinci rübün yekunlarından görünür ki, ölkənin turizm sektoru tədricən bərpa olunur. H.Zaazua ümidvar olduğunu bildirmişdir ki, ölkədə turizm sahəsi 2010-cu ildəki səviyyəyə çatacaqdır. O zaman Misirə təqribən 14,7 milyon turist gəlmişdi və xəzinəyə 12,5 milyard dollar gəlir daxil olmuşdu. Birinci rübdə həmçinin turizm səfərlərinin orta müddət göstəricisi yüksəlmişdir. Üç ay ərzində turistlər Misirdə 37 milyon gecə keçirmişlər ki, bu da 2012-ci ilin eyni dövründəki göstəricidən 29 milyon gecə çoxdur. 

Qeyd etmək lazımdır ki, Misir hökuməti xarici turistlərin cəlb edilməsi üçün bir sıra zəruri tədbirlər görür.

Mənbə: http://tourism.az



0 Şərhlər



Şərh yaz