

Dünya yemək festivalı.
- Dosta göndər
- Paylaş
- Tweet
(15.06.2013 / 10:50) | 10897 dəfə oxunub

Moskvanın mərkəzində yerləşən “Ermitaj” bağında dünya yemək festivalı keçiriləcək. Burada ziyarətçilər dünya mətbəxinin ləzin neymətlərindən dada bilərlər.
Bağın ərazisi dünyanın müxtəlif hissələrinə həsr olunmuş sahələrə bölünəcək. Məsələn, “Şimali Amerika” zonasında ziyarətçilər qeyri-adi saqqız növlərini dada bilər (pivə,xot-dog, fındığ dadı ilə). “Asiya” zonasında - makaron, düyü, cür bə cür ədviyyatlardan dada bilərlər. Festivalda həmçinin afrikan, latın amerika, avropa ölkələrinin milli mətbəxləri göstəriləcək.
Festivalın əyləncə proqramında – rəqs şouları, fotokonkurslar, kukla teatrın çıxışları.
Festival 15 və 16 iyun tarixlərində keçiriləcək. Başlama vaxtı – hər gün saat 12:00. 14 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur. (“Turizm.az”-ın tərcüməsi)