

Yeni "Discount Club" yaradıldı.
- Dosta göndər
- Paylaş
- Tweet
(16.10.2015 / 18:22) | 13033 dəfə oxunub

“Turizm.Az Discount Club” haqqında məlumat
"Turizm.Az Discount Club" bütün Aviaşirkətlərin biletlərinə, Xarici və Azərbaycan daxili turlara geniş spektrli endirimlər təklif edir. Klub üzvləri zəmanətli 10 və 5 AZN-lik endirimdən başqa endirim aksiyaları zamanı yalnız klub üzvlərinə məxsus daha yüksək faiz dərəcəsində endirim əldəi edirlər. Turizm.Az Discount Club iki növ üzvlük təklif edir ki, onlardan sizə daha uyğun variantı seçə bilərsiniz.
“Turizm.Az Discount Club”-a üzv olmaq üçün bu linkdə qeydiyyatdan keçə bilərsiniz.
“Standart” üzvlük.
Bu növ üzvlük zamanı heç bir üzvlük haqqı tələb olunmur. Standart üzvlüyü olan şəxslər özlərindən başqa ailə üzvlərinə və dostları üçün də endirim əldə edə bilərlər. Ancaq bu halda klub üzvünün bu səyahətdə iştirakı mütləqdir. Bu növ üzvlüyü olan şəxslər bir nəfər üçün dəyəri 100 AZN və daha aşağı olan turizm xidmətlərində 5 AZN, bir nəfər üçün dəyəri 100 AZN-dən artıq olan xidmətlərdə isə 10 AZN zəmanətli endirim əldə edirlər. Zəmanətli endirimdən başqa klub üzvləri digər müştərilərdən fərqli olaraq endirimli turlar haqqında məlumatı daha tez əldə edir, daha yüksək faiz dərəcəsində endirim əldə edir və klub üzvləri üçün təşkil edilmiş insentiv turlarda (müştərilərin mükafatlandırılması üçün hədiyyə turlar) iştirak etmək imkanı əldə edirlər.
Qeyd: Əgər siz 31 Oktyabr 2015-ci il tarixinə qədər “Standart” üzv olmaq üçün qeydiyyatdan keçsəniz, qeydiyyatdan sonra bizdən ilk xidmət alışında zəmanətli endirim məbləğləri müvafiq olaraq yuxarıda göstərilən məbləğlərin 2 (iki) misli qədər olacaqdır.
“Premium” üzvlük.
İllik üzvlük haqqı 120 AZN. Standart üzvlərə aid olan bütün üstünlüklərdən istifadə edə bilər. “Premium” üzvlər “Standart” üzvlükdən fərqli olaraq şəxsən iştirak etmədiyi səyahətlərə də “Standart” üzvlüyün üstünlüklərini tətbiq edə bilərlər. Standart üzvlüyün endirimlərinə əlavə olaraq “Premium” üzvlər özünün iştirak etdiyi və ya etmədiyi bir nəfər üçün dəyəri 100 AZN və daha aşağı olan turizm xidmətləri üçün 5 AZN, bir nəfər üçün dəyəri 100 AZN-dən artıq olan turizm xidmətləri üçün isə 10 AZN bonus əldə edirlər. Bu o deməkdir ki, əgər sizin dostlarınız şirkətimizdən turizm xidməti sifariş edərsə həm onlar “Standart” üzvlükdəki endirimdən faydalanmış olacaqlar, həm də sizin balansınıza bonus yığılacaq. “Premium” üzvlər qazandıqları bonusları öz və digər şəxslərin səyahətlərinin ödənişində istifadə edə bilərlər. Bonusla ödənilmiş səyahətlərdə “Premium” üzvün şəxsən iştirakı mütləqdir.
Qeyd: Əgər siz 31 Dekabr 2015-ci il tarixinə qədər “Premium” üzv olmaq üçün qeydiyyatdan keçib illik üzvlük haqqını ödəmiş olsanız, hesabınızda 40 AZN-lik hədiyyə bonus olacaqdır.
Əlavə məlumat: (012) 596 11 96 ( daxili nömrə: 116 )