

Kotatumbo ildırımları
- Dosta göndər
- Paylaş
- Tweet
(16.05.2012 / 10:14) | 10455 dəfə oxunub

Katatumbo ildırımları hər hansı bir səs olmadan şimşək çaxması ilə xarakterizə olunan unikal təbii fenomendir.
Bu cür ildırımlar 5 min kilometr hündürlükdə yaranır. Ildırım çaxmasını ildə 140-160 gecə görmək mümkündür. Saatda 280 ildırım çaxır. Bütün bu qeyri-adi təbiət hadisələri Katatumbo çayı vadisində, çayın Marakaybo gölünə töküldüyü yerdə baş verir. Bura Venesuelanın ən böyük duzlu gölüdür.
Marakaybo uzun müddətdir ki, Venesuelanın turizminin çiçəklənməsinə xidmət edir. alimlərin fikrincə, Katatumbo ildırımları kimi təbiət fenomeni yalnız qeyri-adi bir hadisə yox, həm də Yerin ozon qatının generatorudur. Hər il bu ərazidə 1 176 000 ildırım çaxır. Katatumbo ildırımların sirrini açmaq istəyən alimlər belə qərara gəliblər ki, buradakı bataqlıq ərazilərindən yüksək miqdarda metan ayrılır və yuxarı qalxır. And dağlarından əsən külək isə tufan və ildırım yığınını bura gətirir və bu minvalla Katatumbo ildırımları yaranır. Ildırım Yerin Ozon təbəqəsinin yenilənməsinə səbəb olan bir təbii hadisə olduğundan təbiəti müdaifə cəmiyyətləri hesab edirlər ki, marakaybo gölü ərazisi YUNOESKO-nun müdafiəsi altında olmalıdır.
1 Şərhlər
-
Gunel
2012-05-16 - 18:50:16Maraqlidir . . .