Krım çimərliklərinin təsnifatı mövsümün sonunadək tamamlanacaq





Krım çimərliklərinin təsnifatı mövsümün sonunadək tamamlanacaq

Krımda kurort mövsümünün sonunadək çimərliklərin təsnifatı işləri aparılacaq. Onun sistemi istirahətin təşkilinin xaricdə istifadə edilən üsullarından istifadə etməklə Kurortlar Nazirliyinin iştirakı ilə “Krım-çimərlik” assosiasiyası tərəfindən hazırlanmışdır.

Təsnifatın yaradılması zamanı “Mavi bayraqlar” beynəlxalq proqramının tələbləri də nəzərə alınmışdır.

Çimərliklər təqdim edilən xidmətlərin səviyyəsinə görə 5 kateqoriyaya bölünəcəklər. I və II kateqoriyaya aid olma minimal tələbləri nəzərdə tutur: geyinmək üçün kabinələr, zibil qabları, tualetlər. III, IV və V kateqoriyalara malik çimərliklər veb-kameralara, internete Wi-Fi girişə, su attraksionlarına, kafe-barlara, idman meydançalarına və digər infrastrukturlara malik olmalıdır. IV və V “Mavi bayraq” statusunu almaq üçün avropa standartlarına müvafiq olacaq.



1 Şərhlər



  • Pervane

    2012-05-25 - 16:24:56

    sizden bu barede melumat istiyerdim

    Cavab yaz


Şərh yaz