• Avropanın ən yaxşı oteli.

    Tarix: 2013-05-10

    Avropanın ən yaxşı oteli.

     2013 ildə turistlər  Kaskaisdə yerləşən Onyria Marinha Edition Hotel & Thalasso otelini, Avropanın ən yaxşı oteli kimi seçdilər.

    “Trip Advisor” saytının reytinqinə görə dünyanın ən yaxşı otelləri Havayıdaki “Four Seasons Resort Hualalai” və Cənubi Afrikadaki “Cape Grace” seçildi.

    “Onyria Marinha Edition Hotel & Thalasso otelində” : Spa mərkəzi, hovuz kompleksi və golf sahəsı mövcuddur. Zeytun, palma və şam ağaclı bağları arxasında isə turistlər Atlantik okeana açılan mənzərədən zövq ala bilərlər.

     

     

  • Dünyanın ən yaxşı restoranı

    Tarix: 2013-05-04

    Dünyanın ən yaxşı restoranı

    Böyük Britaniyanın nüfuzlu “Restaurant” jurnalının irəli sürdüyü versiyaya əsasən, 2013-cü ilin ən yaxşı restoranı adına İspaniyanın Jerona şəhərində  yerləşən “El Celler de Can Roca” restoranı layiq görülüb. Jurnalda qeyd olunur ki, İspaniyanın 3 “Michelin” ulduzuna layiq görülmüş restoranı qurmanların diqqətini öz əvəzedilməz yeməkləri və qonaqpərvər personalı ilə cəlb etmişdir. Reytinqin 3-cü yerində İtaliyanın «L’Osteria Francescana» restoranı qərarlaşıb.

    Reytinqdə beşinci yeri isə Nyu-York şəhərində yerləşən «Eleven Madison Park» restoranı tutub. Fransız restoranlarından Parisdəki «L’Arpège» 16 yeri qazanıb. Asiyanın ən yaxşı təmsilçisi – Tokiodaki «Narisawa» - ilk iyirmiliyi başa vurur.

  • 2013-ci il üçün dünyanın ən yaxşı yeni otellərindən ibarət siyahı tərtib olunub

    Tarix: 2013-04-27

     2013-ci il üçün dünyanın ən yaxşı yeni otellərindən ibarət siyahı tərtib olunub

    “Conde Nast Traveler” jurnalında “Hot List” adlanan siyahıya yer verilib. Siyahıda 2012-2013-cü illərdə ərzində açılmış ən yaxşı otellərin adları qeyd edilib.Jurnal tərəfindən dünyanın 57 ölkəsinə 36 jurnalist və müxbir göndərilib. Onların bu addımı atmasında əsas məqsəd journalist və müxbirlərin anonym halda otelləri ziyarət etməsi və onların dizaynı, xidməti, keyfiyyəti və qiyməti haqqında məlumat toplamaqdır.Bu yaxınlarda müxtəlif ölkələrdə istifadəyə verilmiş 1000-dən çox yeni otel arasından yalnız 154 obyekt seçilmişdir. Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Tailand, Avstralia, Xorvatiya və Portuqaliyada yerləşən otellər siyahıya daxil edilib.

    Siyahıya daxil edilmiş otellərinin bəzilərinin adları aşağıda qeyd edilmişdir:

    1. Taj Palace, Mərakkeş - Mərakeş

    2. El Nido Pangulasian Island, Palavan - Filippin

    3. Viceroy Resort, Sagar Beach – Sankt-Lusiya

    4. Park Hyatt, Sidney - Avstraliya

    5. Endemico Resguardo Silvestre, Vale-de-quadalupe - Meksika

    6. Maris Mangent d-hotel, Marmaris - Türkiyə

    7. Kingsford Homestead, Avstraliya

    8. Palais Namaskar, Mərakkeş - Mərakeş

    9. Four Seasons Hotel, Quancjou - Çin

    10. Madikwe Safari Lodge - Cənubi Afrika

    11. Mulia Resort, Bali - İndoneziya

    12. Fairmont, Caypur - Hindistan

    13. El Secreto, San-Pedro - Beliz

    14. Falkensteiner Hotel & Spa Iadera, Zadar - Xorvatiya

    15. Alpina Gstaad - İsveçrə 

  • Ən məşhur otellərin yerləşdiyi şəhərlərin adları açıqlanıb

    Tarix: 2013-04-20

    Ən məşhur otellərin yerləşdiyi şəhərlərin adları açıqlanıb

    “Trivago” öz reytin və rəyləri əsasında Ən məşhur otellərin yerləşdiyi şəhərlərin siyahısını hazırlayıb.

    Qeyd edək ki, araşdırmaya daxil edilmiş şəhərlərin hər birində ən azı 30 otelin istifadəyə verilməsi və şəhər maksimum minimum 60 rəyin olması faktları əsas götürülüb. Siyahıya aşağıdakı şəhərlər daxil edilib:

    1. Drezno - 83.08%

    2. Hanoy - 82.99%

    3. Porland- 82.93%

    4. Tokio - 82.11%

    5. Santyaqo-de-kompostela - 82.05%

    6. Qdansk - 81.90%

    7. Çikaqo - 81.76%

    8. Sietl - 81.61%

    9. Krakov - 81.44%

    10. Budapeşt - 81.4%

  • Sinqapur hava limanı dünyanın ən yaxşı hava limanı seçilib

    Tarix: 2013-04-13

    Sinqapur hava limanı dünyanın ən yaxşı hava limanı seçilib

    Sinqapur beynəlxalq Çanqi yenidən dünyanın ən yaxşı hava limanı elan edilib. Qeyd edək ki, bu seçim Böyük Britaniyanın Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur. Araşdırma 395 hava limanı üzərində aparılmışdır. Bundan əlavə, hava limanı sərnişinlərin rahatlığı üçün yaradılmış şərait baxımından da lider olmağı bacarıb. Bundan əlavə qeyd etmək lazımdır ki, ötən il hava limanı sərnişin axınına görə rekorda imza atmışdır. 

  • Intercontinental Hotels Group – dünyanın ən iri mehmanxana şəbəkəsi hesab olunur

    Tarix: 2013-04-06

    Intercontinental Hotels Group – dünyanın ən iri mehmanxana şəbəkəsi hesab olunur

    MKGHospitality” tərəfindən aparılan araşdırmanın nəticələri əsasında dünyanın ən iri mehmanxana şəbəkələrinin siyahısı hazırlanıb. Siyahıya “Intercontinental Hotels” adlı mehmanxana şəbəkəsi rəhbərlik edib.Reytinqin 2-ci yerində “Hilton Worldwide” şəbəkəsi qərarlaşıb. İlk üçlüyü “Marriott International” şəbəkəsi tamamlayıb.Mehmanxana brendlərinin reytinqi barədə söhbət getdiyi zaman “Holiday Inn Express Hotel” və “Best Western” şəbəkələrini xüsusilə qeyd etmək lazımdır.

  • 2013-ci il üçün dünyanın ən gözəl adalarının adları açıqlanıb

    Tarix: 2013-03-30

    2013-ci il üçün dünyanın ən gözəl adalarının adları açıqlanıb

    Məşhur “TripAdvisor” turizm portalının istifadəçiləri arasında aparılan sorğu nəticəsində dünyanın ən gözəl 10 adası müəyyən olunub.  Sorğu nəticəsində ən gözəl adalardan ibarət adalara aşağıdakı adalar daxil edilib:

    1. San-Pedro, Beliz

    2. Müqəddəs Con, ABŞ-ın virciniya adaları

    3. Bora-Bora, Fransız Polineziyası

    4. San - Xuan-Aylend, ABŞ

    5. Santorini, Yunanıstan

    6. Kankun, Meksika

    7. Murea, Fransız Polineziyası

    8. Tao, Tailand

    9. Pasxa adası, Çili

    10. Nusi-Be, Madaqaskar

  • Böyük Britaniyanın ən məşhur muzeylərinin adları açıqlanıb

    Tarix: 2013-03-28

    Böyük Britaniyanın ən məşhur muzeylərinin adları açıqlanıb

    Reytinq aparıcı turistik məkanlar Assosiasiyasının analitikləri tərəfindən tərtib olunub.Sözügedən təşkilatın ekspertləri tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, 2012-ci ilin yekunlarına görə, ölkənin ən çox ziyarət olunan muzeyi Böyük Britaniya muzeyi olub. Ötən il muzeyi ziyarət edən qonaqların sayı 5.6 milyon nəfərə çatıb.Ölkənin ən məşhur muzeylərindən ibarət siyahıda ilk üçlüyə “Teyt Modern” müasir incəsənət qalereyası, Viktoriya və Albert muzeyləri daxil edilib. Ekspertlərin hesablamalarına görə, 2012-ci ildə bu görməli yerləri müvafiq olaraq, 5.3 və 3.2 milyon turist ziyarət edib.

     

  • Melburnda dünyanın ən bahalı kokteyli hazırlanır

    Tarix: 2013-02-28

    Melburnda dünyanın ən bahalı kokteyli hazırlanır

    12 500 Avstraliya dolları dəyərində olan «Winston» dünyada ən bahalı içkisi hesab olunur.

    Miksoloq Coel Xefernana (Joel Heffernana) kokteylin hazırlanmasında Croizet -1858 konyakından istifadə etmişdir. Qeyd edək ki, sözügedən konyak hərracda 151 min dollarla qiymətləndirilmişdir. 

    Təəccüblü deyil ki, kokteyl yalnız zəngin təbəqə üçün nəzərdə tutulmuşdur. 

  • “Tripadvisor” dünyanın ən romantik otellərinin siyahısını hazırlayıb

    Tarix: 2013-02-09

    “Tripadvisor” dünyanın ən romantik otellərinin siyahısını hazırlayıb

    Dünyada ən iri səyahət saytı hesab olunan “Tripadvisor” dünyanın ən romantik otellərinin reytinqini hazırlayıb. Reytinq hazırlanan zaman dünyanın müxtəlif ölkələrindən olan turistlərin rəy və qiymətləndirilməsi nəzərə alınmışdır. Sayt tərəfindən bu tipli siyahının təşkil olunmasının əsas səbəbi bu yaxınlarda qeyd olunacaq “Sevgililər günü” üçün cütlüklərə müəyyən istiqamət verməkdir.

    Reytinqin birinci yerində Yunanıstanın Santorini adasında yerləşən “Anastasis Apartments” oteli qərarlaşıb. 2-ci yerdə Kapri adasında yerləşən “La Minerva” oteli, 3-cü yerdə isə “Cranleigh Boutique” oteli qərarlaşıb.