• Portuqaliya və İtaliyanın ən yaxşı tarixi kafeləri

    Tarix: 2013-02-02

    Portuqaliya və İtaliyanın ən yaxşı tarixi kafeləri

    “Globalgrasshopper” portalı ən yaxşı tarixi kafelərin siyahısını müəyyənləşdirib.

    Siyahı tərtib olunan zaman binanın zəngin tarixi və onun yerləşdiyi ərazi nəzərə alınıb.

    Avropanın ən yaxşı tarixi kafeləri sırasına daxil edilib:

    1. Kafe Brasileira - Lissabon (Portuqaliya): Şəhərin mərkəzində yerləşir

    2. Limanda majestic Cafe (Portuqaliya)

    3. Caffe Torino - Turin (İtaliya)

    4. Antico Caffe Greco - Roma (İtaliya)

    5. Florian - Venesiya

    6. La Closerie des Lilas - Paris

    7. Cafe Slavia - Praqa

  • Rovin – Xorvatiyanın ən romantik şəhəri hesab olunur

    Tarix: 2013-01-19

    Rovin – Xorvatiyanın ən romantik şəhəri hesab olunur

    Rovin Xorvatiyanın ən romantik şəhəri bə böyük ehtimalla, ölkənin ən gözəl şəhəri hesab olunur.

    Bu qədim şəhər möhtəşəm memarlığı, rəngarəng çiməklərin ahəngi və gözoxşayan mənzərəsi ilə diqqəti cəlb edir.  

    Rovin şəhəri 67 km.lik sahilboyu ərazisi ilə birlikdə bütünlüklə relaksasiya mərkəzi rolunu oynayır. Burada turistlərə nəinki müxtəlif idman növləri ilə məşğul olmaq, eyni zamanda regional mətbəxin ləziz yeməklərindən dadmaq imkanı verilir.

  • Xorvatiya yeni evli cütlüklər üçün ideal məkan hesab olunur

    Tarix: 2012-12-27

    Xorvatiya yeni evli cütlüklər üçün ideal məkan hesab olunur

    “Huffington Post” jurnalı  yeni evil cütlüklər üçün ideal hesab olunan məkanların siyahısını hazırlayıb. Siyahıya Xorvatiyanın Dubrovnik kurortu liderlik edib.

    Qeyd edək ki, Xorvatiyanın reytinqin lideri olması heç də səbəbsiz deyil. Gözəl çimərlikləri, nadir mədəniyyəti, milli parkları ilə Xorvatiya evli cütlüklər üçün ideal istirahət məkanı hesab olunur. 

  • Kankun dünyanın ən mehriban şəhəri elan edilib

    Tarix: 2012-12-25

    Kankun dünyanın ən mehriban şəhəri elan edilib

    Kankun şəhəri dünyanın ən mehriban şəhəri elan edilib.

    “TripAdvisor” turizm portalının həyata keçirdiyi sorğu nəticəsində Kankun şəhərinin dünyanın ən mehriban şəhəri olduğu müəyyən edilib. Reytinqin 2-ci yerində isə Yaponiyanın paytaxtı Tokio şəhəri qərarlaşıb. İlk üçlüyü Lissabon tamamlayıb. 

    Qeyd etmək lazımdır ki, Moskva bu reytinqdə heç də yaxşı nəticə ilə yadda qalmayıb. Belə ki, turistlərin fikrincə Moskva skainləri öz mehribanlıqları ilə seçilmirlər. 

  • Praqa şəhərində yerləşən “Cafe Louvre” Çexiyanın ən yaxşı kafesi hesab olunur

    Tarix: 2012-12-24

    Praqa şəhərində yerləşən “Cafe Louvre” Çexiyanın ən yaxşı kafesi hesab olunur

    “Cafe Louvre” Çexiyanın ən yaxşı kafesi adlandırılıb. Bu seçim “Czech Bar Awards” mütəxəssisləri tərəfindən edilib.

    Reytinqin hazırlanması zamanı münsiflər heyəti kafeləri 27 meyar üzrə qiymətləndirib. Ölkənin ən yaxşı kafesinin seçimi üçün əsas olaraq, kafenin ekoloji cəhətdən təmiz olması, qonaqları istirahət zamanı müşayiət edən musiqinin keyfiyyəti, xidmət səviyyəsi, eləcə də işçilərin qonaqlarla səmimi münasibəti, menyu və içilərin keyfiyyəti kimi amillərə diqqət yetirilib.

  • Ən yaxşı qolf meydançaları Dominikan Respublikasında yerləşir

    Tarix: 2012-12-14

    Ən yaxşı qolf meydançaları Dominikan Respublikasında yerləşir

    Dominikan Respublikasının qolf meydançaları artıq 2-ci dəfədir ki, “IAGTO” Assosiasiası tərəfindən 2013-cü il üçün Karib adaları və Latın Amerikasının ən yaxşı qolf meydançaları statusunu qazanıb.

    2013-cü ilin qalibi “IAGTO” Assosiasiasının 450 üzvü tərəfindən seçilmişdir. Qeyd edək ki. Assosiasiyanın üzvləri sırasına dünyanın 59 ölkəsindən olan turoperatorlar daxildir. Assosiasiyanın üzvləri 2013-cü ilin ən yaxşı qolf meydançalarını seçən zaman müştərilərinin fikirlərini nəzərə almışlar. Sorğu zamanı aşağıdakı cəhətlərə diqqət yetirilmişdir: müştərilərin qane edilməsi, qolf meydançalarının keyfiyyəti, keyfiyyət və qiymət arasındakı uyğunluq, yerli turizm infrastrukturunun səviyyəsi və ondan istifadənin mümkünlüyü. 

  • Braziliya, Albaniya və Birma - 2013-cü ilin ən məşhur turizm istiqamətləri elan olunmuşlar

    Tarix: 2012-12-13

    Braziliya, Albaniya və Birma - 2013-cü ilin ən məşhur turizm istiqamətləri elan olunmuşlar

    Braziliya, Albaniya və Birma - 2013-cü ilin ən məşhur turizm istiqamətləri elan olunmuşlar.

    Bir il sonra Braziliyada əsl turizm axını müşahidə olunacaq. Səbəb isə 2014-cü ildə burada “FIFA World Cup”  çempionatının keçiriləcəyidir.

    2013-cü ilin ən çox ziyarət olunan ölkələri sırasında 2-ci yeri isə Albaniya tutur.

    Ekspertlər Asiyanın tamamilə təcrid olunmuş ölkələrindən biri olan Birmaya səyahət etməyi məsləhət görürlər. 2011-ci ildə bu ekzotik ölkəni 300 minə yaxın turist ziyarət edib. Maraqlıdır ki, digər məşhur turizm istiqamətləri ilə müqayisədə Birmada turizm sənayesi ətraf mühitə ziyan vurmamışdır. Bu səbəbdən ekspertlər ölkənin çoxsaylı tarixi-mədəni abidələri və çimərlikləri ilə ziyarətçilərin diqqətini cəlb edəcəyini düşünürlər.  

  • Krımın ən məşhur kurortları

    Tarix: 2012-12-12

    Krımın ən məşhur kurortları

    Yalta son bir neçə ildir ki, Krımın ən məşhur turizm istiqaməti üzrə liderliyini qoruyub saxlayır. Bu günə qədər şəhərə 2.1 milyon turist gəlib.

    Krımın ən məşhur digər turizm istiqaməti isə Evpatoriyadır. Evpatoriyanı ziyarət etmiş turistlərin sayı 1.1 milyona çatır. Siyahıda ilk üçlüyə Aluşta da daxil edilir. Aluştanın qonaqlarının sayı 1.04 milyon nəfərə çatır. Bu məlumatlar ötən mövsümün nəticələrinə əsasında Krımın turizm və kurort nazirliyi nəzdində fəaliyyət göstərən kurort-məlumat mərkəzi tərəfindən hazırlanıb. 

  • Dünyanın ən yaxşı çimərlikləri

    Tarix: 2012-12-06

    Dünyanın ən yaxşı çimərlikləri

    CNN Travel telekanalı dünyanın ən yaxşı çimərliklərinin siyahısı hazırlayıb.

    Siyahıya əsasən, dünyanın ən yaxşı çimərlikləri aşağıdakı kurortlarda yerləşir:

    1. Şarm Əl-şeyx (Misir)

    2. Vatamu (Keniya)

    3. Diani (Keniyanın cənub-şərqində, Hind okeanının sahilində yerləşir)

    4. Vatamu çimərlikləri (Malindi Milli qoruğu ərazisində yerləşir).

  • Avropanın ən ucuz dağ-xizək kurortlarının siyahısı hazırlanıb

    Tarix: 2012-12-03

    Avropanın ən ucuz dağ-xizək kurortlarının siyahısı hazırlanıb

    Siyahı Tripadvisor portalının ekspertləri tərəfindən tərtib olunub.

    Araşdırmalar nəticəsində müəyyən olunub ki, müştərilərinə ən sərfəli istirahət təqdim edən dağ-xizək kurortu İtaliyada Etna dağının yaxınlığında yerləşir. Burada oteldə gecələmə, qidalanma və xizək yollarından istifadə haqqı 1 gün üçün 99 funt təşkil edir. Reytinqin ikinci və üçüncü yerində isə Bolqarıstanın Bansko və İtalyanın Astunu dağ-xizək kurortları qərarlaşıb. Bu dağ-xizək kurrotlarında isə gecələmə, qidalanma və xizək yollarından istifadə haqqı 1 gün üçün uyğun olaraq, 103.8 və 109.5 funt təşkil edir.