• Yapon əfsanələrində "Baku" sözünün mənası

    Tarix: 2015-10-23

    Yapon əfsanələrində

    Şəhərimizin adı xarici dillərdə "Baku" kimi tələffüz olunarkən yapon dilində eyni tələffüzü paylaşan maraqlı bir söz mövcuddur. 

    Bu söz nəyi təcəssüm edir, hansı məna bildirir? 

    Bunun haqda sizinlə bugünkü yazımızda bölüşəcəyik.

                              Baku

    Kabusdan qorxaraq oyanan zaman nə etmək lazımdır? Yaponiyada uşaqlar belə həmin anda nə edəcəyini bilir. Onlar üzlərini yastığa sıxaraq, üç dəfə “Baku, gəl və kabusumu ye. Baku gəl və kabusumu ye” deyəcək. Xahiş qəbul olunduqda, baku adlı məxluq onun otağına gələrək gördüyü bütün pis yuxularını sovuracaq.
    Amma bakunu çağırarkən ehtiyyatı əldən vermək olmaz. Çox ac bir baku yalnız bir pis yuxu ilə yetinməyib onunla birgə bütün ümid və məqsədləri də sovuraraq insanın daxili dünyasını tamamilə boş qoya bilər.


    Baku nədir?

    Baku ayı bədənli, fil burunlu, pələng pəncəli, buğa quyruqlu, gərgədan gözlü mifik bir məxluqdur. Əfsanəyə görə, tanrılar heyvanları yaratmağı başa çatdırdıqdan sonra, yerdə qalan artıq bədən hissələrini bir yerə toplayıb birləşdirərək bakuya həyat bəxş etdilər. 
    Yapon əfsanəsinə görə baku pis yuxular, kabuslarla qidalanan mifik obrazdır. Onlar qoruyucu məxluq olduğu üçün, insanlar gecələr bakunun gəlməsini və onların kabuslarının sovrulmasını diləyərlər. Kabuslar sovrulduqdan sonra, bir daha heç vaxt insanları narahat edə bilməyəcək. Göstərdiyi yardıma baxmayaraq bakunun qaranlıq tərəfi də var. Bəzilərinin dediyinə görə baku sadəcə pis yuxuları deyil, bütün yuxuları sovura bilər. Bunlara arzu, gələcək, ümidlərlə bağlı yuxular da aiddir.


    Baku həqiqətdə mövcuddurmu?

    Yazılı təsvirlərdə bakunun xarici görünüşü yırtıcı heyvanlarla eyniləşdirilir. Reallıqda isə o görünüşünə görə Asiya tapirinə (tapir - uzun xortumu olan otyeyən heyvan) oxşayır. Eyni zamanda onlar eyni heroqlifi ( və tələffüzü) paylaşır. Yəni, bir heroqlif həm baku, həm də tapir mənasındadır. Baku bu cür bənzərlikdə tək deyil, məsələn, "kirin" sözü Yaponiyada həm zürafə, həm də əfsanəvi məxluqun adıdır.

     

    Onlardan hansı heroqlifin ilk mənası olub - əfsanə, yoxsa heyvan? Bu keçmişdə gizlənən bir tapmacadır və sualın cavabını dəqiqliklə işıqlandıra biləcək heç bir məlum mənbə yoxdur. Çoxları baku və tapirin bənzərliyini təsadüf sayır və tapirin mifik heyvanın şərəfinə adlandırılması fikrini qəbul etmir.

    İstənilən halda, bu əfsanə çox qədimdir. Kioto Universitenin professoru Hayaşi Minao “Çinin qədim tanrıları və qulyabaniləri” kitabında oxucuları qədim bürüncdən hazırlanan məmulatlar və digər əşyaların üzərində olan bakunun təsvirləri ilə tanış edir. O, Çində Asiya tapirinə bənzər heyvanın qədim zamanlarda nə vaxtsa mövcud olduğu, lakin müəyyən səbələrə görə nəslinin kəsildiyi fikirlərini irəli sürür.

    Baku çox vaxt Çin mifologiyasının digər heyvanı "hakutaku" ( Çin dilində “bai ze” kimi tələffüz olunur) ilə qarışıq salınır. Məsələn, Tokiodakı Qobyakukan (Gobyakukan) məbədində “Baku şahı” adlı heykəl yerləşir, lakin həqiqətdə bu hakutukunun heykəlidir.

                                                                       

     Baku ilə bağlı hekayə və əfsanələr.

    Yaponiya folkloruna aid bir çox məxluqlar kimi baku da əsrlər boyu dəyişikliklərə məruz qalmışdır. Ən qədim Çin əfsanələrində bakular qiymətli dərilərinə görə ovlanırdı. Bakunun dərisindən hazırlanan talismanlar xəstəlik və pis ruhlara qarşı ən yaxşı qoruyucu sayılırdı. Bir qədər müddət sonra baku dərisi artıq nadir tapıntıya çevilmişdi. Bu səbəbə görə əvvəlcədən mövcud olmuş ənənə tamamilə dəyişdi və baku dərisindən hazırlanmış talismanlar çarpayının üzərinə asılmış baku rəsmləri ilə əvəz olunmağa başlandı. Tan sülaləsinin hökmranlığı zamanı (618 – 907), baku ilə bəzədilən əşyalar çox məşhur olduğu üçün onlara böyük tələbat var idi.

         

    Çində Tan sülaləsinin hökmranlığı zamanı Torokuten (Tan sülaləsinin altı hekayəsi) kitabında kabusları yeyən və adı bakuki olan bir məxluq haqda yazılmışdı. Dəqiq müəyyən olunmayan tarixdə baku haqda əfsanə Yaponiyaya keçərək əhali arasında kabusları yeyən məxluq ilə bağlı əfsanə kimi tanınmağa başladı. Buradan məlum olur ki, müxtəlif mədəniyyətlərə aid olan iki məxluq birləşərək yeganə bir əfsanəni təcəssüm edir.

    Yaponiyada kabusyeyən baku haqda əfsanə Çindən götürüldüyü müddətdən başlayaraq günümüzə qədər dəyişməz qalıb. Bakunu çağırmağın bir çox yolu var. Fukusimada kabusdan oyanan insan “Mən bu yuxumu bakuya bəxş edirəm” dedikdən sonra, həmin yuxu bir daha onu heç vaxt narahat etməyəcək. Digər prefekturalarda, insanlar “Baku, gəl və kabusumu ye” deyə dayanmadan üç dəfə təkrar edirlər.


     Baku müasir Yaponiyada  

    Daha çox komiks rəssamlarının və alimlərin yaddaşında qalan digər mifik məxluqlardan fərqli olaraq, baku hələ də müasir Yaponiyanın məşhur obrazıdır. Baku animasiya və komiks kitablarının bir çoxunun qəhrəman kimi peyda olur. Lakin onların mifik məxluq üçün xarakterik olan xarici görünüşü get-gedə itir, əvəzində isə tapirə olan bənzərlik daha aydın görünməyə başlayır. Bunun səbəbi Yaponiyada indi daha çox daha mehriban və xoşagəlimli personajların obrazlarının sevilməsində ola bilər. 

         

    Lakin hər şey janrdan asılıdır. Digər janrlara nəzər saldıqda bakunun yazılı mənbələrdə təsvir olunan yırtıcı görünüşü ilə də rastlaşa bilərik. Bu da onu təsviretmə ənənəsinin hələ də qorunub saxlandığından xəbər verir.

     




    Mənbə: http://hyakumonogatari.com/2012/10/20/baku-the-dream-eater/

     

     

     

  • Kanadalı 11 ilə bütün dünyanı piyada gəzib-dolaşdı.

    Tarix: 2015-10-16

    Kanadalı 11 ilə bütün dünyanı piyada gəzib-dolaşdı.

     Orta yaş böhranı Jan Belivo adlı kanadalını uzun səyahətə çıxmağa sövq etdi. O 11 il ərzində dünyanın 64 ölkəsini piyada gəzərək ümumilikdə 75500 kilometr qət etdi.


    45 yaşına çatdıqdan sonra Monrealda kiçik biznes sahibi olan Jan Belivo öz həyatı, onun mənası, öz rolu haqda düşünməyə başladı. Fikirlərini toplamaq üçün o şəhər üzrə yürüyüşlər edirdi. Günlər bir-birini əvəz etdikcə həmin gəzintilər bir-birindən davamlı olurdu və bir dəfə o Nyu York üzrə 600 km-lik yürüyüş etməyi qərara aldı. Bu yolu qət etmək mümkündürsə - dayanmaq nəyə gərək? “Cəmiyyət tərəfindən yeyilməkdənsə Afrika şirləri tərəfindən yeyilməyi üstün tuturam”-deyə düşünən Jan əşyalarını hazırlayıb yola düşdü.


    Həyat yoldaşı bu ideyanı dəstəkləyərək, onun üçün ailə büdcəsindən 4000 kanada dolları ayırdı (3000 ABŞ dolları). Jan özü ilə az miqdarda yemək, paltar, tibbi çanta, kiçik çadır və gecələmə torbasını götürərək onların hamısıını üç təkərli arabasına yerləşdirdi və özü ilə apardı. Beləliklə indiyə qədər insanlığa məlum olan və rəsmi şəkildə qəbul olunmuş ən uzun səyahət başlamış oldu.


    Öz yürüyüşünü Jan sülh uğrunda mübarizəyə və uşaqların müdafiəsinə həsr etdi. 11 il  piyada gəzərək o 75500 kilometr, 64 ölkə, 6 səhra qət edərək 54 cüt ayaqqabı dəyişdi, bunların əvəzində isə yaddaşdan silinməyəcək bir çox macəra yaşadı.


    Qvatemala və Ekvadorda yerli kriminal qrupları belə onun atdığı qeyri adi addımına hörmət əlaməti olaraq Janı öz himasyəsi altına alır və hətta pul ilə də təmin edirdi. Sudanda o uzun saqqal saxlamalı, Afrikada həşəratlarla qidalanmalı olurdu. CAR-da polislər onu həbsxana kamerasına yerləşdirərək gecələmə yeri ilə təmin etmiş oldu, lakin səhərisi gün həmin polislərin növbəsi başa çatdığı zaman həmkarlarını Jan haqda xəbərdar etməyi unutduqlarına görə, yeni növbəyə gələn polislər onu azadlığa buraxmaq istəmirdi. İllərlə davam edən səfər ərzində Belivo yerli əhalinin evlərində, monastırlarda, məbədlərdə, məktəblərdə, parklarda və digər çoxsaylı yerlərdə gecələməli olurdu.

                            
    Ümumilikdə Jan bütün dünyada 1600 ailə ilə tanış oldu. Bəzi ölkələrə, (Məsələn, Liviyaya) viza almaq mümkün olmadı. Digərləri isə (Məsələn, Hindistan, Efiopiya) firavan Kanadanın vətəndaşını yoxsulluğu ilə çox kədərləndirdi. Bütün bunlara baxmayaraq demək olar ki, hər yerdə insanlar onu mehriban şəkildə qarşılayaraq var gücü ilə yardım edirdi. Jan yalnız yolun piyada gedilməyə mümkün olmayan hissəsi üçün pula ehtiyac duyurdu (Bir qitədən o biri qitəyə). Hətta yeni ayaqqabıları belə ona müxtəlif ölkələrin insanları hədiyyə edirdi. İllərlə davam edən səfər ərzində Belivo yerli əhalinin evlərində, monastırlarda, məbədlərdə, məktəblərdə, parklarda və digər çoxsaylı yerlərdə gecələməli olurdu.


    Yeni biliklərlə zənginləşən Jan bütün bunlarla bərabər ailə ocağından məhrum oldu. 11 il ərzində Janın həyat yoldaşının onunla görüşə biləcəyi yerlərə gəlməsinə, onun rəsmi internet səhifəsini dəstəkləməsinə baxmayaraq cütlük evliliyini qoruyub saxlaya bilmədi. Belivo həmçinin uşaqlarının həyatındakı vacib anları da gözündən qaçırdı. O Monrealı tərk edən zaman qızının 18, oğlunun isə 20 yaşı var idi. Sonradan Jan baba oldu, lakin nəvəsi ilə ilk dəfə onun 5 yaşı tamam olduqdan sonra görüşdü.


    Bunlara baxmayaraq Jan heç nədən heyfslənmir. 2000-ci ilin avqustundan 2011-ci ilin oktyabrına qədər o dünyanın demək olar ki, hər nöqtəsində olub. Gedilən ölkələr arasında həmçinin – Azərbaycan, Türkiyə, , İran, Çin, Yaponiya, İndoneziya, Avstraliya, Braziliya, Kolumbiya, Cənubi Afrika, Misir, Mərakeş də var.


    İndi Jan Belivo Kanadanın sıx meşəliklərində “Xəyallarının evi”ni inşa edir. Gələcəkdə isə yeni səyahətə yola düşəcəyini də istisna etmir.


    Mənbə: http://www.nat-geo.ru/adventure/791518-kanadets-oboshel-vsyu-zemlyu-peshkom-za-11-let/

     

     

  • Azərbaycanda Ukrayna Mədəniyyət Günləri keçiriləcək

    Tarix: 2013-06-19

    Azərbaycanda Ukrayna Mədəniyyət Günləri keçiriləcək

    "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2013-cü illər üzrə əməkdaşlıq haqqında Protokol"a əsasən, 2013-cü il 16-19 iyun tarixində Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.

    Mədəniyyət Günləri çərçivəsində Bakıda və Hacıqabulda konsertlər və sərgilər təşkil olunacaq. Ukrayna Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına xidmət edəcək.

    Mədəniyyət Günləri ilə əlaqədar aşağıdakı tədbirlər keçiriləcək.

    17 iyun 2013

    Saat: 11.00 - Ukrayna Mədəniyyət Nazirinin birinci müavini Timofey Qriqoryeviç Koxanın rəhbərlik etdiyi nümayəndə heyətinin Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarəti.

    Saat: 19.00 - Ukrayna Mədəniyyət Günlərinin təntənəli açılışı. P.Virski adına Rəqs Ansamblının konserti (Azərbaycan Dövlət Filarmoniyası).

    18 iyun 2013

    Saat 10:00 - Ukrayna Mədəniyyət Nazirinin birinci müavini Timofey Qriqoryeviç Koxanın Mədəniyyət və Turizm Nazirliyində rəsmi qəbulu.

    Saat 13:00 - P.Virski adına Ukrayna Rəqs Ansamblının Hacıqabul rayonunda konserti.

    Mənbə: http://az.trend.az

     

  • Dominikana turistləri hava şarında gəzdirəcək

    Tarix: 2013-06-19

    Dominikana turistləri hava şarında gəzdirəcək

    Dominikan Respublikası turistlərə məşhur atraksionda, hava şarında, səyahət təklif etdi.

    Şar Punta-Kana otel zonasının yaxınlığında yerləşən Veron bazasından,  gündə iki dəfə göyə qalxır.

    Birinci uçuş sübhdə olur, ikincisi isə - gün batanda. Beləliklə, səyahətçilər, göydə olaraq sübhü və günün batmasını görə biləcəklər.

     

    Uçuş bir neçə yüz metr yüksəklikdə olacaq və bir saata yaxın davam edəcək. Turistlərə təklif olunan mənzərələrdən biri – İquey vilayətinin paytaxtı.

     

    Ekskursiya pilotun rəhbərliyi altında və hər dəfə unikal bir marşrutla keçirilir. Hava şarları 14,12,6 və 3 nəfərlik olur. (“Turizm.az”-ın tərcüməsi)

  • Piza qülləsini axşam da ziyarət etmək olar.

    Tarix: 2013-06-15

    Piza qülləsini axşam da ziyarət etmək olar.

    Yayda Piza qülləsi adi vaxtdan çox açıq olacaq və istəyən hər kəs qüllənin yuxarısından açılan şəhərin gecə görüntsündən və günəşin batmasını seyr edə bilər.

    17 iyundan 1 sentyabra qədər qüllə əsas vaxtdan əlavə olaraq,20:00-dan 22:00-a qədər açıq olacaq. Ekskursion proqram özündə “balıq zali”-nın ziyarətini daxil edəcək. Bu zalda qüllənin əyilmə bucağını ölçmək üçün alətlər yerləşirdi,və elə bu səbəbdən indiyə qədər otaq turistlər üçün bağlı idi. Həmçinin, zalda ulduzlu səmaya seyr etmək üçün teleskop quraşdırılıb.

    Bundan əlavə turistlər qüllənin yaxınlığında yerləşən Kampo-Santo qəbiristanlığını ziyarət edə biləcək. («Turizm.az»-ın tərcüməsi)

  • Dünya yemək festivalı.

    Tarix: 2013-06-15

    Dünya yemək festivalı.

    Moskvanın mərkəzində yerləşən “Ermitaj” bağında dünya yemək festivalı keçiriləcək. Burada ziyarətçilər dünya mətbəxinin ləzin neymətlərindən dada bilərlər.

    Bağın ərazisi dünyanın müxtəlif hissələrinə həsr olunmuş sahələrə bölünəcək. Məsələn, “Şimali Amerika” zonasında ziyarətçilər qeyri-adi saqqız növlərini dada bilər (pivə,xot-dog, fındığ dadı ilə). “Asiya” zonasında - makaron, düyü, cür bə cür ədviyyatlardan dada bilərlər. Festivalda  həmçinin afrikan, latın amerika, avropa ölkələrinin milli mətbəxləri göstəriləcək.

     Festivalın əyləncə proqramında – rəqs şouları, fotokonkurslar, kukla teatrın çıxışları.

     Festival 15 və 16 iyun tarixlərində keçiriləcək. Başlama vaxtı – hər gün saat 12:00. 14 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur. (“Turizm.az”-ın tərcüməsi)

  • Müğənnilər yayda harada dincələcəklər?

    Tarix: 2013-06-15

    Müğənnilər yayda harada dincələcəklər?

    Yayın lap başlanğıcındayıq. İl ərzində gərgin şəkildə işləyən insanlar artıq istirahət etmək üçün planlar qurub, qızmar yay günlərdə harada istirahət edəcəkləri barədə hazırlıqlar görürlər. Yayın istilərində həm işləyib, həm də dincələnlər arasında mədəniyyət və incəsənət nümayəndələrimiz daha çoxdur. Konsertlər, televiziya proqramlarına və tədbirlərə dəvət, film çəkilişləri və bu kimi işlər onları dincəlməyə məcbur edir.

    Şou əhli adətən vətəndə istirahət etməyə üstünlük vermir. Buna əsas səbəb kimi pərəstişkarlarının diqqətindən kənar qalmaq istədiklərini göstərirlər. Amma bir çox müğənni ilə əlaqə saxladıqdan sonra aydın oldu ki, bəziləri bu il istirahət etməyəcək. Bir çox müğənnilərimiz istirahət günlərini hər zamankı kimi evlərində, iş başında və ya uzaqbaşı, bölgələrimizin birinə getməklə keçirəcəklərini söylədilər.

    Prodüser Hüseyn Cavadzadə ötən ilin “Eurovision” yarışmasında Azərbaycanı təmsil edən Səbinə Babayevanın bu yay istirahət edə bilməyəcəyini söylədi: “Səbinə Babayeva 2 aydır ki, Almaniyadaydı. Azərbaycana yeni gəlib. Yayda yeni konsertlər və layihələr üzərində işləyəcək. Ona görə də yayda istirahət etməyi düşünmür”.

    Estrada müğənnisi Roza Zərgərli də yayda istirahət etməyəcəyini, isti yay günlərində də işləyəcəyini söylədi. İşlərinin çox olduğunu bildirən müğənni bizimlə söhbətində 3-5 gün bölgələrimizin birində istirahət edəcəyini və zamanı olarsa, Türkiyənin hansısa turizm bölgəsinə gedəcəyini qeyd etdi.

    Əməkdar artist Aybəniz Haşımova ilə söhbətimiz zamanı müğənni qızmar yay günlərində də çalışacağını və bu yayda istirahət edə bilməyəcəyini söylədi: “Bu yay mən istirahət etməyəcəyəm. Tələbələrimi müsabiqəyə hazırlaşdırıram. Hazırda Müşviq Əliyevlə çalışırıq. Onunla məşqlər edirik. Məşqlər yayda da davam edəcəyi üçün paytaxtdan çıxa bilməyəcəyəm. Özümü tələbələrimə həsr etmişəm”.

    Xalq artisti Flora Kərimova hələ ki bağda istirahət etdiyini, xarici ölkəyə getmək üçün övladlarının gəlişini gözlədiyini söylədi: “Yaradıcılığıma fasilə verib bir az istirahət edəcəyəm. İstirahət edəcəyim məkanı övladlarım seçəcək. Xaricə getməyi düşünürük. Oğlum və qızım ailəsi ilə birlikdə vətənə qayıdaraq mənimlə istirahət edəcəklər. Bu yayı övladlarım və nəvələrimlə birlikdə keçirəcəyəm. Sentyabr ayında yeni enerji ilə fəaliyyətə başlayacağam”.

    Müğənni Röya Ayxan hər il yay aylarında bölgələrdə konsert proqramı ilə çıxış edir. Belə ki, ötən il Zamiqlə bölgələrdə konsert verən müğənni, bu il Abbas Bağırovla yayın qızmar günəşi altında konsert proqramları ilə çıxış edəcək. Röya mətbuata istirahəti ilə bağlı belə açıqlama verib: “Ağ günlərə çıxmışıq, çox xoşbəxtəm. Yay vaxtı ancaq gedib Azərbaycanın gözəl guşələrində konsert vermək olar. Hansı ki orada yaşayanlar illərlə bizi görmürlər”.

    Əməkdar artist Gülyanaq Məmmədova ən gözəl istirahətin övladları ilə birgə olduğunu və onlarsız istirahət edə bilmədiyini qeyd etdi: “İndi hələ ki yay tətilimi necə keçirəcəyimi planlaşdırmamışam. Bizim 1 ay istirahət müddətimiz olur. Çalışırıq ki, həmin ayı doyaraq keçirək. Yəqin ki, istirahət günlərində ailəmlə birgə Türkiyəyə qayınanamgilə gedərik. Başqa gedəsi yerim yoxdur. Yayda tətil günlərində işləməyəcəyəm, çalışacam ki istirahət edim”.

    Vasif Məhərrəmli də digər sənətçilər kimi yay istirahət gününü necə keçirəcəyini tam qərarlaşdırmadığını, amma istirahəti üçün zaman ayıracağını qeyd etdi: “İstirahət günlərində yaradıcılığımla bağlı heç bir fəaliyyət göstərməyəcəm. Nə qastrol səfərlərinə çıxacağam, nə də konsert proqramı ilə çıxış edəcəyəm. İstirahətimi isə yəqin ki, 10 gün Bodrumda keçirərəm. Özümüzdə isə ən çox sevdiyim məkan Şəki və İsmayıllıdır. Öz bölgələrimizin yeri başqadır. Çalışacağam ki, orada da istirahət edim”.

    Gənc müğənni Yaşar Cəlilov Sinqapurda istirahət etmək istəyi olduğunu, amma yəqin ki, Türkiyədə istirahət edəcəyini söylədi: “Hələ ki istirahətimlə bağlı planlar qurmamışam. İstirahət günlərində yeni mahnı yazdırmağı da düşünmürəm. Özümü tam olaraq istirahətə həsr edəcəyəm. Əgər hansısa dövlət tədbiri olarsa, məmnuniyyətlə iştirak edərəm. Ancaq başqa şəkildə səfərlərə, qastrola gedəcəyimi planlaşdırmamışam. Sonuncu dəfə Səbinə Babayeva ilə Fransada qastrolda olmuşam. Yeni mahnılarımın yazılmasına isə sentyabrda başlayacağam”.

    Payız mövsümündə yeni mahnılar təqdim etməyi düşünən xalq artisti Tünzalə Ağayeva da bəzi məşhurlar kimi gərgin iş başındadır. Sentyabrda pərəstişkarlarını yeni ifalarla sevindirəcək müğənni yay aylarında bir neçə xarici ölkəyə səfər edərək mötəbər tədbirlərdə də çıxış edəcək: “İsti yay aylarında ailəmlə birgə istirahət etməyi düşünürəm. Ötən illərdən fərqli olaraq hansısa otellərin birində qalacağımı düşünmürəm. Ramazan ayından etibarən İstanbul da daxil olmaqla Türkiyənin bir neçə şəhərini gəzmək istəyirəm. Bundan başqa, doğma rayonumda, həmçinin Şəkidə istirahət etməyi planlaşdırmışam”.

    Nadir Qafarzadə mətbuata Türkiyədə istirahət etməyə üstünlük verdiyini deyərək bunun səbəbini də izah edib: “Bundan öncə Avropanın bir sıra şəhərlərində istirahət etmişəm. Yəqin ki, bu il Türkiyədə istirahət edəcəyəm. Məşhur adam üçün Azərbaycanda istirahət etmək, dənizdə çimmək, istədiyi yerə gedə bilmək çətindir”.

    Bu il Azərbaycanı “Eurovision” yarışmasında layiqincə təmsil edən Fərid Məmmədov bizimlə söhbəti zamanı böyük sınaq meydanından çıxmasına baxmayaraq, istirahət etməyəcəyini söylədi: “Yayda istirahət edəcəyim sual altındadır. Bilmirəm, bəlkə kampaniyamız və ətrafımdakı insanlarla rayona istirahətə getdik. Əgər zaman tapsam, yəni istirahətim alınsa, istəyərəm Tailanda gedim. O da inanmıram alına, çünki bunun üçün vaxt yoxdur”.

    Sorğu zamanı aydın oldu ki, müğənnilərimiz bu yay istirahətə o qədər də həvəsli deyillər. Hər halda, hər zaman eşitməyə adət etdiyimiz Maldiv adaları, Misir, Kanada, İngiltərə kimi ölkələrin adlarını eşitmədik.

    Mənbə: http://www.milli.az

     

     

  • Nyu-Yorkda qastronomiya həftəsi.

    Tarix: 2013-06-15

    Nyu-Yorkda qastronomiya həftəsi.

    22 iyuldan - 16 avqusta qədər Nyu-Yorkda«Restaurant Week» adlı qastronomiya həftəsi keçiriləcək. Bu mərasimdə 300 artıq restoran iştirak edəcək.

    Bir ay ərzində şəhərin sakinləri və turistlər inanılmaz dərəcədə aşağı qiymətlərlə yerli qastronomiya restoranlarının mətbəxini dada biləcək. Məsələn, nahar yeməyi cəmi 25 dollara, şam yeməyi isə 38 dollara. Qeyd olunan qiymət əsas yeməyi, deserti və qəlyanaltını daxil edir (içkilər qiymətə daxil deyil və ayrıca ödənilir). 8 iyuldan etibarən kampaniyada iştirak edən restoranlarda Nycgo.com/restaurantweek ünvanından yeri bron edə bilərsiniz.

    Yanvarda keçirilən «Restaurant Week»-də 210 000 şam yeməyi sifarış edilib. Nahar yeməyini sifariş edənlər sayı isə ondan da çoxdur. (“Turizm.az”-ın tərcüməsi)

  • Almaniyanın ən çox ziyarət edilən on yeri.

    Tarix: 2013-06-06

    Almaniyanın ən çox ziyarət edilən on yeri.

    Almanıyanın Turizm Ofisi Almaniyanın ən çox ziyarət edilən yerləri haqqında məlumatı dərc edib. Bu ildə birinciliyi bavar kralı II Lyudviqın Noyşvaynştayn qəsri qazandı. İkinci yerə, Fraysburq və fransız Strazburqu arasında yerləşən, “Europa-Park” əyləncə parkı layiq oldu. Nəzərinizə çatdıraq ki, “Europa-Park” Parisdəki “Disneyland”-dən sonra, Avropanın ən ziyarət edilən əyləncə parkı sayılır. Üçlüyü  UNESCO-nun Ümümdünya Mədəni İrs Siyahısına daxil olan Keln kilsəsi yekunlaşdırır. (“Turuzm.az”-in tərcüməsi)

    Bütün onluq aşağıdakilardır:

    1)             Noyşvaynştayn qəsri, Füssen

    2)             Europa-park, Fraysburq

    3)             Keln kilsəsi,Keln

    4)             Brandenburg Qapıları, Berlin

    5)             Berlin divarı, Berlin

    6)             Lorellər qayası, Reyn

    7)             Şvardsvald, Baden-Vutenberg

    8)             Geydelberg qalası, Baden-Vutenberg

    9)             Boden gölü, Baden-Vutenberg

    10)          Muzeyli ada, Berlin

  • “Royal Caribbean” səyahətçiləri pulsuz şərabla cəlb edir.

    Tarix: 2013-06-05

    “Royal Caribbean” səyahətçiləri pulsuz şərabla cəlb edir.

    30 iyuna qədər “Royal Caribbean International” öz kruiz laynerlərində turistlərə eksklüziv təklf edirlər, və bu təkliflər sırasında müxtəlif şərab dequstasiyası var. Hər individual səyahətçiyə, 30 noyabra qədər istənilən Avropa istiqamətində kruizı bron etdiyi təqdirdə, ona 5 butulka şərab və ya 100 avroluq hədiyyə sertifikatı hədiyyə edilir. Sertifikatı laynerdəki restoranlarda istifadə etmək olacaq.

    Həmçinin, “Royal Caribbean International” öz yeni    “Quantum of the Seas” kruiz laynerinin       ilk 18 marşrutunu açıqladı. Bu kruiz laynerinin rəsmi açılışı isə 23 noyabr 2014 ildə olacaq. Sabahdan  turistlər üçün bilet satış başlayır. (“Turizm.az”-ın tərcüməsi)