• Yaponiyanın turizm agentliyi turistlər üçün təbii fəlakətlər haqqında veb-sayt açacaqdır.

    Tarix: 2013-05-31

    Yaponiyanın turizm agentliyi turistlər üçün təbii fəlakətlər haqqında veb-sayt açacaqdır.

    Mayın 30-da Yaponiyanın JTB turizm agentliyi turistlər üçün təbii fəlakətlər haqqında ingilis dilində veb-sayt açmağı planlaşdırır. Bu elektron resurs turistlərə təbii fəlakət zamanı informasiyaları asanlıqla əldə etməyə imkan yaradacaqdır. 

    Veb-saytda zəlzələ, sunami və digər təbii fəlakətlər barədə məlumatlar, belə hallar baş verdiyi təqdirdə təxliyə qaydaları öz əksini tapacaqdır. 

    Elektron resursun Yaponiyanın 36 dəmir yolu operatoru və dünyanın 59 aviaşirkəti ilə əlaqədə olacağı bildirilir ki, bu da əcnəbi turistlərə təhlükəli rayonlardan təxliyə üçün daha yaxşı variantı tapmağa yardım edəcəkdir.

    Mənbə : http://www.tourism.az

  • MDB ölkələrinin jurnalistləri Dnepropetrovsk vilayətində Ukraynanın qeyri-maddi mədəni irsi ilə tanış olmuşlar

    Tarix: 2013-05-28

    MDB ölkələrinin jurnalistləri Dnepropetrovsk vilayətində Ukraynanın qeyri-maddi mədəni irsi ilə tanış olmuşlar

    Azərbaycan da daxil olmaqla MDB iştirakçısı olan altı dövlətin jurnalistləri üçün press-tur davam edir. 
    Azərbaycanı bu tədbirdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) müxbirləri təmsil edir. 
    İnfo-turun təşkilatçıları Ukrayna Dövlət Turizm və Kurortlar Agentliyi, KMR Kurortlar və Turizm Nazirliyi, habelə “Krım Kurort-turizm agentliyi” müəssisəsidir. 

    Birlik ölkələrinin mass-media nümayəndələrinin Krım Muxtar Respublikasına, Xerson və Zaporojye vilayətlərinə səfərləri artıq geridə qalmışdır. 

    Mayın 24-də press-turun iştirakçıları Dnepropetrovsk vilayətinə getmiş, orada Petrikovka kəndində Ukraynanın qeyri-maddi mədəni irsi ilə tanış olmuşlar. “Petrikovskaya rospis” mərkəzində təsviri incəsənətin bu növü üzrə ustad dərsi keçirilmişdir. 

    Xatırladaq ki, bu il UNESCO komitəsinin iclasında incəsənətin bu növü bəşəriyyətin qeyri-maddi mədəni irs statusu almaq üçün nominasiya edilmişdir. 

    Jurnalistlər Dnepropetrovsk vilayət dövlət administrasiyasının nümayəndələrinin mətbuat konfransında iştirak etmişlər. 

    Daha sonra şəhərlə tanışlıq ekskursiyası təşkil edilmişdir. 

    AzərTAc-ın müxbirləri vilayətdə və şəhərdə tanınmış həmvətənlərimiz – Dnepropetrovsk vilayət sovetinin deputatı Fəxrəddin Muxtarov, Ukrayna Azərbaycanlılar Konqresinin Dnepropetrovsk regional təşkilatının sədri Qüdrət Hacıyev və Dnepropetrovsk vilayəti Azərbaycanlılar Liqasının rəhbəri Hafiz Cəfərovla görüşmüşlər. 

    Mayın 25-də və 26-da jurnalistlər Kiyevdə Şəhər Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Press-turun iştirakçıları Ukrayna paytaxtının tarixi yerlərinə gedəcək, Ukrayna Dövlət Turizm və Kurortlar Agentliyinin rəhbəri Yelena Şapovalova və Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbərləri ilə görüşəcəklər. 

    Kiyev şəhəri MDB iştirakçısı olan dövlətlərin jurnalistləri üçün Ukraynaya press-turun son məntəqəsi olacaqdır.

    Mənbə: http://www.tourism.az

  • İf qalası tamaşaçılara Fransanın milli parklarını təqdim edir.

    Tarix: 2013-05-25

    İf qalası tamaşaçılara Fransanın milli parklarını təqdim edir.

    Fransanın qoruqlarına səyahətlərı təbliğ edən “Fransanın milli parkları” təşkilatı, “Təbiət hamı üçün” adlı foto sərgini təşkil etdi. Əfsanəvi İf qalasında sentyabrın ortalarına qədər davam edən sərgi, “Marsel – Avropanın mədəniyyət paytaxtı” proqramının bir hissəsidir.

    “Təbiət hamı üçün” sərgisi Fransanın on milli parkı ərazisində insan və təbiət arasında olan qarşılıqlı münasibətləri göstərən geniş formatda fotolar özündə daxil edir.

    Hər park təsvir üçün özünün qoruyub saxlanılan təbii və mədəni sərvətlərini sərgi üçün seçdi. Sərginin məqsədi - tamaşaçılara təbii mühitin qorunmasında milli parkların əvəzsiz rolunu göstərməkdir. Sərgi hər gün saat 10:00-dan  – 18:00-a qədər açıqdır. (“Turizm.az”-ın tərcüməsi)

  • Londonun ən hündür restoranı.

    Tarix: 2013-05-24

    Londonun ən hündür restoranı.

    Londonun “Centre Point” göydələninin 32-ci mərtəbəsində “Paramount” restoranı açılıb. Bu restoran Londonun ən hündür restoranı oldu. “Centre Point”-ın menyusunu tanınmış aşbaz Mark Key tərtib edir.

    Ancaq restoraın ən böyük fəxri -  ənənəvi İngilis çay mərasimidir. “Telegraph”-ın məlumatına əsasən, menyuya əla çayın müxtəlif növləri, çörək məhsulları və qəlyanaltılar daxıl olmaqla qiyməti 28 funtdur (33 avro). 42 funta (50 avroya) menyuya şampanda daxildir.

  • Meksikada maya festivalı keçiriləcək.

    Tarix: 2013-05-14

    Meksikada maya festivalı keçiriləcək.

    “Meksika 24”-üm məlumatına əsasən, Meksikada qədim maya mədəniyyətinə həsr olunmuş “Fimaya” festivalı keçiriləcək.

     Məlumdur ki, tədbir Yukatan ştatında 16 sentyabrdan 22 sentyabra qədər keçiriləcək. Bayramın əsas keçiriləcək məkanı ştatin inzibati mərkəzi – Merid olacaq. Qarşıdakı festivalın əsası "əyləncə" və "mənzərədir". Turistlər festival ərzində yerli təbii xüsusiyyətlərlə tanış olacaq.

     

  • Karib kurortları öz koral riflərini xilas edir

    Tarix: 2013-05-11

    Karib kurortları öz koral riflərini xilas edir

    Dayvinq Karib adalarına çoxlu turist cəlb edir. Bununla birgə Karib dənizindəki koralların çoxu yox olma təhlükəsindədilər. İndi dəniz ekosisteminin qorunub saxlanılması üçün müəyyən proqramlar hazırlanır.

    “BuenoLatina.ru” saytının məlumatına görə, Avstraliya Beynəlxalq İnkişaf Agentliyin mütəxəssisləri yerli ekoloqlara bu çətin işdə köməklik göstərəcək.

    Koral rifləri təbii baryer kimidir və orada flora və faunanın çoxsaylı nümayəndələri yaşayır. Suyun çirklənməsi, balıqçılıq və iqlim dəyişikliyinin təsiri onların yaşamasına təhlükə yaradır. Iki illik layihənin bir hissəsi kimi, koral riflərinin qorunmasına da böyük diqqət yetiriləcək. Hesablanmışdır ki, koral rifləri reqiona 4 million ABŞ dolları məbləğində gəlir gətirir.

  • Braytonda qum heykəllər sərgisi.

    Tarix: 2013-05-11

    Braytonda qum heykəllər sərgisi.

    Böyük Britaniyanın Brayton şəhərində qum heykəl festivalı keçirilir. 2013-cü ildə festival rok musuqisinə həsr olunub. Yerli çimərlikə 4 tonn qum çatdırılıb və 20 heykəltəraş onun üzərində əsaslı işləyib.

    “Daily Mail”-ın yazdığına görə, festivalı ziyarət edən insanlar Bob Marlinin, “Beatles” qrupunun və daha bir çox məşhur rok-n-rol ifaçılarının qum heykəllərini görə bilər. Brayton çimərliyindəki qunm festivalı 30 sentyabra qədər davam edəcək.

  • Turistlər İspanyaya nə üçün səyahət edirlər?

    Tarix: 2013-05-10

    Turistlər İspanyaya nə üçün səyahət edirlər?

    İspaniyanın Turist ofisinin məlumatına əsasən, ötən il ölkənin ləziz neymətlərini və şərablarını dadmaq üçün İspaniyaya 5,6 million turist səfər edib.

    İtalian mətbəxindən sonra, ispan mətbəxi avropalıların ikinci ən sevimli mətbəxidir.

    İspan milli mətbəxi ölkənin iqlim və mədəni xüsusiyyətləri, regionların kulinariya ənənələrinin müxtəlifliyi əsasında qurulub. İspan yeməklərin əsas tərkibi: balıq, dəniz məhsulları, ət və tərəvəzlər. Ümumilikdə ispan mətbəxi 17 müxtəlif istiqamətə bölünür. Qeyd etmək lazımdır ki, İspaniyada 90-a yaxın üzüm növü yetişdirilirş və ispanlar öz şərablari ilə fəxr edirlər.

  • Fransızlar ən dilli-dilavər hava sərnişinləri adlandırıldı.

    Tarix: 2013-05-10

    Fransızlar ən dilli-dilavər hava sərnişinləri adlandırıldı.

    “Skyscanner” saytında 10 000 avropalı səyahətçi arasında keçirilən səsverməyə əsasən, fransızlar öz təyyarə qonşuları ilə ən üzügülər və dilli-dilavər hava sərnişinləri seçildi.

    “Tanımadığınız bir təyyarə qonşusuyla dayanmadan danışmaq xoşunuza gəlir mi?” – sualına 1000 fransizdan 430 müsbət cavab verdi. Bəs qalan 570?  Bəziləri yuxuda olduğlarını iddia edillərvə ya qonşularının nəzərindən qacmaq istəyirlər. “Qonşunuzla söhbət etməmək üçün hansı üsullara əl atırsınız?” sualına isə ən populyar cavab - “Kitab oxuyuram” – cavabı oldu.

    “British Airways” aviaşirkətinin saytında keçirilən diqər səsvermə onu göstərdi ki, avropalı sərnişinlərin çoxu (69%) uşaqların təyyarədə  qışqırmasindan qıcıqlanılar.

  • Karlovy Vary rəsmi SPA-kurort statusunu almışlar.

    Tarix: 2013-05-10

    Karlovy Vary rəsmi SPA-kurort statusunu almışlar.

    “Czechwalker”-ın məlumatına görə, 655-ci tətil mövsümün açılış mərasimində, Karlovy Vary kurortuna rəsmi SPA-kurort statusu verilmışdir. Bu status şəhər bələdiyyəsinə sağlamlıq mərkəzinin müəyyən fəaliyyətini nəzarət etmək , eləcə də tikinti işlərini məhdudlaşdırmaq imkanı verir. Əlbəttə ki, yeni status kurortun prestijinə müsbət təsir göstərəcək və turist axınının artmasına səbəb olacaq.

    Karlovy Vary Çexiyanın ən məşhur kurortudur. Karlovy Vary ərazisində müalicəvi xüsusiyyətli olan, çoxlu isti mineral bulaqlar mövcuddur. Keçən il ərzində kurotru 750 min nəfərdən çox insan ziyarət edib, onlardan 492 min nəfər – xarici vətandaşlardır.