• Yunanıstanda avqust ay bədirlənməsi günü mədəni proqram

    Tarix: 2012-08-28

    Yunanıstanda avqust ay bədirlənməsi günü mədəni proqram

    Bu il avqust ayında bədirlənmə avqustun 31-nə düşəcəkdir. Ənənəyə görə bu gün Yunanıstanın bir çox yerləri iş saatlarını uzadacaq və qonaqlarına pulsuz xidmət göstərəcəklər. Turistləri muzey və onların ekspozisiyalarından əlavə müxtəlif musiqili proqramlar da gözləyir.

    Ayrılıqda qeyd edəcək olsaq, 21:00-da Akropol muzeyində Volos şəhərindən olan musiqi məktəbinin çıxışı baş tutacaqdır. Muzeyə giriş bu saatadək pulsuz olacaq və muzey gecə yarısına qədər açıq olacaqdır. 

  • Zəhərli bitkilər bağı

    Tarix: 2012-08-28

    Zəhərli bitkilər bağı

    "Alnvik" - zəhərli bitkilər bağı, İngiltərədə Northumberlandda yerləşir. Bu bağı digər bitki bağlarından fərqləndirən ən başlıca xüsusiyyət odur ki, burda bitən bitkilər asanlıqla insanı öldürə biləcək gücdədir. Burada dünyanın ən zəhərli, ən təhlükəli bitkilərinə rast gəlmək olar. Hündür qara darvazalar arxasında 100-dən çox narkotik və zəhərli bitkilərə; Belladonna Atropos (zəhərli kəndir), həşiş, kokain, strixnin, ölümcül pişikotu və s. rast gəlmək olar. Buranı turistlər və yerli sakinlər yalnız nəzarətçilərin müşaiyəti ilə gəzə bilər. Hər bitkinin üzərinə isə onun təhlükəli və toxunulmaması gərəkdiyini bildirən lövhələr vurulub. Bağ dörd bir tərəfdən tikanlı çəpərlə əhatə olunub və bütün sutkanı ciddi nəzarətdədir. 

  • Rusiyada turistlər üçün sığorta fondu yaradılacaq

    Tarix: 2012-08-28

    Rusiyada turistlər üçün sığorta fondu yaradılacaq

    2013-cü ildə Rusiyada turistlər üçün sığorta fondu yaradılacaq. Sığorta fonduna toplanan vəsaitlər hesabına  müflis olmuş aviaşirkətlərin sərnişinləri daşınacaq.

    Onu da qeyd edək ki, xarici ölkələrə turist gödərən turoperatorlar da bu sığorta fonduna malik olmalıdırlar. Belə ki, sığorta fondunun köməyilə müflis olmuş turoperatorlar turistlərin öz vətənlərinə qayıtmasını təmin edə biləcəklər. Hal-hazırda sığorta fondunun yük təyyarələrində də yaradılacağı planlaşdırılır. Sığorta fondunun kapitalı isə turistlərin maddi dəstyi ilə yaradılacaq. 

  • Dünyanın əllə toxunan ən böyük xalçası Əbu-Dabi şəhərində yerləşir

    Tarix: 2012-08-28

    Dünyanın əllə toxunan ən böyük xalçası Əbu-Dabi şəhərində yerləşir

    İran ustaları dünyanın ən böyük xalçasını toxuyublar. Əllə toxunan bu xalça öz böyüklüyünə görə Ginnesin Rekordlar kitabına daxil edilib. Bu möhtəşəm incəsənət əsərini görmək istəyən şəxslər Əbu-Dabi şəhərinə baş çəkə bilərlər.

    Ənənəvi fars naxışlarıyla bəzənmiş bu incəsənət əsəri hal-hazırda Əbu-Dabi şəhərinin məscidlərindən birində yeləşir.

    Nişapurda hazırlanmış xalçanın uzunluğu 133 metrə, eni 48 metrə, çəkisi isə 48 tona çatır. Dünyanın ən böyük xalçası 1.2 min insanın köməyilə yaradılıb.  

  • Münhen hava limanında kateqoriyasından asılı olmayaraq bütün sərnişinlərin istirahəti üçün nəzərdə tutulmuş VIP salonlar istifadəyə verilib

    Tarix: 2012-08-28

    Münhen hava limanında kateqoriyasından asılı olmayaraq bütün sərnişinlərin istirahəti üçün nəzərdə tutulmuş VIP salonlar istifadəyə verilib

    Münhen hava limanında kateqoriyasından asılı olmayaraq bütün sərnişinlərin istirahəti üçün nəzərdə tutulmuş VIP salonlar istifadəyə verilib. Yeni xidmətdən biznes və ekonom klass sərnişinləri də daxil olmaqla, bütün sərnişinlər istifadə edə bilərlər.

    Hava limanının “VIP Wing” adlı istirahət zonası 50 nəfər üçün nəzərdə tutulub. Xidmətin dəyəri 1 nəfər üçün 290 avro təşkil edir. 2 yaşınadək uşaqlar isə xidmətdən pulsuz istifadə edə bilərlər. 

  • Madrid şəhərində yerləşən “Retrio” parkında yoqa dərsləri keçirilir

    Tarix: 2012-08-25

    Madrid şəhərində yerləşən “Retrio” parkında yoqa dərsləri keçirilir

    Madrid şəhərində yerləşən “Retiro” parkında həftədə 2 dəfə - çərşənbə axşamı və cümə axşamı günlərində yoqa dərsləri keçirilir.

    Dərslərdə iştirak etmək üçün kiçik xalça və rahat geyim tələb olunur. Yoqa dərsləri 25 nəfərdən ibarət qrup üzrə keçirilir. Dərslərdə iştirak etmək üçün isə yalnızca 3 avro ödəmək kifayətdir. 

  • İsraildə yerləşən Avşalom mağarası təbiətin ən gözəl möcüzələrindən biridir

    Tarix: 2012-08-25

    İsraildə yerləşən Avşalom mağarası təbiətin ən gözəl möcüzələrindən biridir

     

    İsraildə yerləşən Avşalom mağarası təbiətin ən gözəl möcüzələrindən biridir. 5000 kv.m-ə yaxın geniş  bir ərazini əhatə edən mağara başdan-başa 4 metr qalınlığında əhəngli ərplə örtülmüşdür. Mağaranın divarlarında əhəngli ərplər hələ 25 milyon il bundan əvvəl formalaşmağa başlayıb. Bu qeyri-adi mağara təsadüfən 1968-ci ilin mayında inşaat kərpicinin əldə edilməsi üçün aparılan qazıntı işləri zamanı aşkar edilib. Mağara 1967-1970-ci illərdə baş verən müharibədə həlak olmuş İsrail əsgəri Avşalom Şomanın şərəfinə adladırılmışdır. 

  • İnquşetiyada dağ-xizək kurortu yaradılacaq

    Tarix: 2012-08-25

    İnquşetiyada dağ-xizək kurortu yaradılacaq

    Bu ilin dekabr ayında İnquşetiyanın "Armxi" kurortunda ilk dağ-xizək yolu çəkiləcək. Onun uzunluğu təxminən 1200 metrə, hündürlükləri fərqi isə 300 metrə çatacaq.

    Gələcəkdə kurortun yanında yerləşən dağda müxtəlif kateqoriyalara aid çoxsaylı yolların olduğu  böyük dağ-xizək mərkəzi tikiləcək. Mərkəzin gün ərzində 8 minə yaxın qonaq qəbul edəcəyi güman edilir. Ölkə rəhbərliyi dağ xizək kurortundan başqa, ölkə ərazisində dərketmə məqsədilə həyata keçirilən ekskursiyaların sayını artırmağa və bu sahə üzrə turizmin inkişaf etdirilməsinə diqqət yetirir. 

  • Moskva metropoliteni üzrə pulsuz ekskursiyalar təşkil olunur

    Tarix: 2012-08-25

    Moskva metropoliteni üzrə pulsuz ekskursiyalar təşkil olunur

    Paytaxt metropoliteni rəhbərliyinin və Moskvanın mədəni irs departamentinin təşəbbüsü ilə metro stansiyaları üzrə pulsuz ekskursiyaların təşkilinə başlanılıb. "Tanımadığımız metro ilə tanışlıq" adını daşıyan ekskursiyalar artıq avqust ayının 24-dən etibarən keçirilir.

    Ekskursiya zamanı qonaqlar 20-ə yaxın metro stansiyası ilə tanış olmaq imkanı qazanırlar. Peşəkar bələdçilər isə qonaqlara metro stansiyalarının hazırlanmasında və interyerinin tərtib olunmasında əvəzsiz rola malik olan məşhur Sovet memarlarına, heykəltəraşlarına, mühəndis və rəssamlarına aid sənət əsərləri haqqında məlumat verirlər.

  • Avropada 100-ə yaxın ekonom klass oteli açılacaq

    Tarix: 2012-08-22

    Avropada 100-ə yaxın ekonom klass oteli açılacaq

    Bu yaxınlarda Avropa ölkələrində 100-ə yaxın ekonom klass oteli istifadəyə veriləcək. Bu təşəbbüs IKEA mebel şirkətinə məxsusdur. Mətbuata verilən məlumata görə, layihənin hazırlaması ilə “Inter Ikea” şirkəti məşğul olacaq. Layihə üçün 9 milyard avro dəyərində vəsait ayrılacaq.

    “Inter Ikea” şirkəti mehmanxanaları şirkətə aid heç bir obyektin olmadığı ərazilərdə tikmək niyyətindədir. Səmərəli və rahat istirahət təklif edən otellərin Polşa, Böyük Britaniya, Niderland və Almaniya kimi ölkələrin ərazisində tikiləcəyi planlaşdırılır.