• Altayın qonaqlarını qədim mədənlərə aparacaqlar

    Tarix: 2012-08-18

    Altayın qonaqlarını qədim mədənlərə aparacaqlar

    Altay diyarında turistləri dağ-mədənçilik işi ilə tanış edəcəklər: Zmenneqorsk yaxınlığında, XVIII-XIX əsrə aid mədənlərin dəhlizlərində muzey açılacaqdır. Muzey ilk qonaqlarını 2013-cü ilin yazında qəbul edəcəkdir.

    Mədənlərdə yenidənqurma işləri aparılmışdır. Əsas diqqət texniki təhlükəsizliyə yönəldilir. Dəhlizlərdə alaqaranlıq yaratmaq üçün xüsusi işıqlandırma sistemlərindən istifadə olunur. Eksponatlar dağ-mədənçilik işinin inkişafına həsr edilmişdir.

  • Çernoqoriyanın ən çoxsaylı qonaqları – Serblər və ruslar

    Tarix: 2012-08-03

    Çernoqoriyanın ən çoxsaylı qonaqları – Serblər və ruslar

    Çernoqoriya Milli Turizm Təşkilatının (NTO) proqnozlarına əsasən, ölkənin kurortlarında mövsümün sonunadək ümumiyyətlə 1,5 milyon nəfər istirahət edəcəkdir, bu isə 700 milyon avro məbləğində turizm gəliri deməkdir.

    2011-ci ildə Çernoqoriyada rəsmi surətdə 1,201 milyon istirahət edən xarici turist qeydiyyatdan keçmişdir, onların arasında rekord göstəricilərdən birini 244,9 mil qonaqla Rusiya Federasiyası göstərmişdir.