• Yeni "Discount Club" yaradıldı.

    Tarix: 2015-10-16

    Yeni

     

    “Turizm.Az Discount Club” haqqında məlumat 

    "Turizm.Az Discount Club" bütün Aviaşirkətlərin biletlərinə, Xarici və Azərbaycan daxili turlara geniş spektrli endirimlər təklif edir. Klub üzvləri zəmanətli 10 və 5 AZN-lik endirimdən başqa endirim aksiyaları zamanı yalnız klub üzvlərinə məxsus daha yüksək faiz dərəcəsində endirim əldəi edirlər. Turizm.Az Discount Club iki növ üzvlük təklif edir ki, onlardan sizə daha uyğun variantı seçə bilərsiniz.

     

    “Turizm.Az Discount Club”-a  üzv olmaq üçün bu linkdə qeydiyyatdan keçə bilərsiniz.


    “Standart” üzvlük.

    Bu növ üzvlük zamanı heç bir üzvlük haqqı tələb olunmur. Standart üzvlüyü olan şəxslər özlərindən başqa ailə üzvlərinə və dostları üçün də endirim əldə edə bilərlər. Ancaq bu halda klub üzvünün bu səyahətdə iştirakı mütləqdir. Bu növ üzvlüyü olan şəxslər bir nəfər üçün dəyəri 100 AZN və daha aşağı olan turizm xidmətlərində 5 AZN, bir nəfər üçün dəyəri 100 AZN-dən artıq olan xidmətlərdə isə 10 AZN zəmanətli endirim əldə edirlər. Zəmanətli endirimdən başqa klub üzvləri digər müştərilərdən fərqli olaraq endirimli turlar haqqında məlumatı daha tez əldə edir, daha yüksək faiz dərəcəsində endirim əldə edir və klub üzvləri üçün təşkil edilmiş insentiv turlarda (müştərilərin mükafatlandırılması üçün hədiyyə turlar) iştirak etmək imkanı əldə edirlər.


    Qeyd: Əgər siz 31 Oktyabr 2015-ci il tarixinə qədər “Standart” üzv olmaq üçün qeydiyyatdan keçsəniz, qeydiyyatdan sonra bizdən ilk xidmət alışında zəmanətli endirim məbləğləri müvafiq olaraq yuxarıda göstərilən məbləğlərin 2 (iki) misli qədər olacaqdır. 

     

    “Premium” üzvlük.
    İllik üzvlük haqqı 120 AZN. Standart üzvlərə aid olan bütün üstünlüklərdən istifadə edə bilər. “Premium” üzvlər “Standart” üzvlükdən fərqli olaraq şəxsən iştirak etmədiyi səyahətlərə də “Standart” üzvlüyün üstünlüklərini tətbiq edə bilərlər. Standart üzvlüyün endirimlərinə əlavə olaraq “Premium” üzvlər özünün iştirak etdiyi və ya etmədiyi bir nəfər üçün dəyəri 100 AZN və daha aşağı olan turizm xidmətləri üçün 5 AZN, bir nəfər üçün dəyəri 100 AZN-dən artıq olan turizm xidmətləri üçün isə 10 AZN bonus əldə edirlər. Bu o deməkdir ki, əgər sizin dostlarınız şirkətimizdən turizm xidməti sifariş edərsə həm onlar “Standart” üzvlükdəki endirimdən faydalanmış olacaqlar, həm də sizin balansınıza bonus yığılacaq. “Premium” üzvlər qazandıqları bonusları öz və digər şəxslərin səyahətlərinin ödənişində istifadə edə bilərlər. Bonusla ödənilmiş səyahətlərdə “Premium” üzvün şəxsən iştirakı mütləqdir.

     

    Qeyd: Əgər siz 31 Dekabr 2015-ci il tarixinə qədər “Premium” üzv olmaq üçün qeydiyyatdan keçib illik üzvlük haqqını ödəmiş olsanız, hesabınızda 40 AZN-lik hədiyyə bonus olacaqdır.


    Əlavə məlumat: (012) 596 11 96 ( daxili nömrə: 116 )

  • Bakıdan Lvova birbaşa uçuşlar başlayır

    Tarix: 2013-04-20

    Bakıdan Lvova birbaşa uçuşlar başlayır

    "Azərbaycan Hava Yolları" QSC Bakı-Lvov-Bakı istiqamətinə birbaşa uçuşlara başlayır.
    İyunun 16-dan sentyabrın 15-dək "Azərbaycan Hava Yolları" QSC Bakı-Lvov/Lvov-Bakı istiqamətində birbaşa uçuşları yerinə yetirəcək.
    Uçuşlar komfortlu Airbus A-319 və Airbus A-320 ilə həftədə iki dəfə - hər cümə axşamı və bazar günü həyata keçiriləcək (uçuş qrafiki: Bakı 08.30 Lvov 09.55/11.10 Bakı 16.20 (yerli vaxtla).
    Uçuş 3 saat 30 dəqiqə davam edir.

  • Bakı-Pekin-Bakı istiqamətində birbaşa aviareyslər açılır

    Tarix: 2013-04-13

    Bakı-Pekin-Bakı istiqamətində birbaşa aviareyslər açılır

    "Azərbaycan Hava Yolları" QSC öz uçuş coğrafiyasını genişləndirmək məqsədilə, mayın 10-dan etibarən Bakı-Pekin-Bakı istiqamətində yeni müntəzəm birbaşa aviareyslərin həyata keçirməsinə başlayır.
    Uçuşlar müasir və komfortlu Airbus A-340 və Boeing 767 tipli təyyarələrlə, həftədə iki dəfə - çərşənbə axşamları və cümə günləri həyata keçiriləcəkdir. Airbus A-340 və Boeing 767 tipli təyyarələrin alınması AZAL aviaşirkətinə, tarixində ilk dəfə, uzunməsafəli birbaşa uçuşların gerçəkləşdirilməsinə şərait yaratmışdır.Bakı-Pekin-Bakı istiqamətindəki ekonom sinifli aviabiletlərin minimal qiyməti 465 Avro təşkil edir (yığımlar və rüsumlar daxildir).Həmçinin, qeyd etmək istərdik ki, "Azərbaycan Hava Yolları" QSC Çinin əməkdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcəkdir.

  • Air Baltic aviaşirkəti öz müştərilərinə internet üzərindən yemək sifariş etməyə icazə verəcək

    Tarix: 2013-04-09

    Air Baltic aviaşirkəti öz müştərilərinə internet üzərindən yemək sifariş etməyə icazə verəcək

    Yeni xidmət həftənin əvvəlindən etibarən sərnişinlərin ixtiyarında olacaq.Artıq Latviyanın “AirBaltic” aviaşirkəti vasitəsilə uçuşlar həyata keçirən sərnişinlər yeməyi elə təyyarədə olarkən internet üzərindən sifariş edə bilərlər. Aviaşirkətin müştərilərinə təqdim olunan yeni xidmət əsasında onlar təyyarənin göyərtəsində təklif olunan 20 yemək arasında seçim apara bilərlər.Qeyd edək ki, hal-hazırda layihə sınaq mərhələsindədir. 2013-cü ilin may ayından etibarən isə xidmət tam şəkildə istifadəyə veriləcək.

     

  • Yunanıstan şirkəti Azərbaycana daimi aviareyslərin həyata keçirilməsi imkanına baxır – Şirkət xəbərləri

    Tarix: 2013-04-09

    Yunanıstan şirkəti Azərbaycana daimi aviareyslərin həyata keçirilməsi imkanına baxır – Şirkət xəbərləri

    Yunanıstanın "Aegean Airlines" aviaşirkəti payız-qış mövsümündə Afina-Bakı-Afina aviareyslərinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Bunu cümə günü Yunanıstan-Azərbaycan Ticarət Sənaye Palatasının prezidenti Corc Papadopulos aviareysin təqdimatında deyib.Onun sözlərinə görə, "Aegean Airlines" aviaşirkəti mayın 28-dən oktyabrın 29-dək Afinadan Bakıya birbaşa reysin həyata keçirilməsinə başlayır.Bakıdan ilk reysin yola salınması mayın 29-da baş tutacaq. Hava əlaqəsi həftədə iki dəfə - çərşənbə və cümə günləri həyata keçiriləcək."Həmçinin, bu reysin qışda da həyata keçirilməsi imkanları mövcuddur", - Papadopulos qeyd edib.Yunanıstanın Azərbaycandakı səfirliyinin konsulu Mariya Katsanevaki bildirib ki, səfirlik turistlərin Yunanıstana səfər edə bilmələri üçün hər cür şərait yaradacaq."Vizaların əldə edilməsi inzibati zərurətdir, buna baxmayaraq, Yunanıstan tərəfi Azərbaycan turistlərinə hər cür kömək göstərəcək", - Katsanevaki qeyd edib.Azərbaycan turistləri Yunanıstana səfər etməklə KİV-in Avropadakı uzunmüddətli böhranın təsiri səbəbindən ölkədə yaranmış ağır iqtisadi vəziyyətlə bağlı yaydıqları məlumatın həqiqəti tam əks etdirmədiyinin şahidi ola bilərlər.

     

  • “Air France” aviaşirkəti yaz ayları üçün yeni aviareyslər təşkil edir

    Tarix: 2013-04-02

    “Air France” aviaşirkəti yaz ayları üçün yeni aviareyslər təşkil edir

    “Air France” aviaşirkəti yaz ayları üçün yeni aviareyslər təşkil edir.Aviaşirkət vasitəsilə əldə olunan biletlər müştərilərə 2013-cü ilin 17 aprel-15 iyun və 2 sentyabr-9 dekabr tarixlərində səfər etməyə imkan verəcək.Şirkət tərəfindən Puent-a-Pitrə və Qvadelupaya təşkil olunan səfərlərin qiyməti 500 avro, Fort-de-Frans və Martinikaya təşkil olunan səfərlər isə 509 avro dəyərindədir.Rio-de-Janeyroya gediş-gəliş biletlərinin qiyməti 809 avro təşkil edir.  

  • 30 ildən sonra Qahirə ilə Tehran arasında təyyarə uçuşları bərpa edilib

    Tarix: 2013-04-02

    30 ildən sonra Qahirə ilə Tehran arasında təyyarə uçuşları bərpa edilib

    30 ildən sonra Qahirə ilə Tehran arasında təyyarə uçuşları bərpa edilib. İlk təyyarə martın 30-da Qahirədən Tehranın beynəlxalq aeroportuna uçub.Məlumatda deyilir ki, bu, nümunə xarakterli uçuş olub. Təyyarədə isə Misirdə fəaliyyət göstərən iranlılar olub.Misirin Mülki Aviasiya naziri Vael əl-Maadavinin sözlərinə görə, gələcəkdə ölkənin digər şəhərlərindən də İrana təyyarə uçuşlarının həyata keçirilməsi baş verə bilər.Xatırladaq ki, diplomatik münasibətlərin minimuma enməsindən sonra İranla Misir arasında təyyarələrin uçuşu da məhdudlaşdırılmışdı.

     

  • Xarkov-Bakı-Xarkov aviareysi açılıb

    Tarix: 2013-03-26

    Xarkov-Bakı-Xarkov aviareysi açılıb

    Xarkov-Bakı-Xarkov təyyarə reysini "UTAİR UKRAYNA" aviaşirkəti həyata keçirəcək. Yeni təyyarə reysinin açılış mərasimində Xarkov vilayət dövlət administrasiyası rəhbərinin müavini Andrey Moçenkov çıxış edərək bu xoş və nəcib hadisəni Azərbaycanla Ukrayna arasında inkişaf edən dostluq əlaqələrinin növbəti təntənəsi adlandırıb.
    Qeyd edək ki, Ukraynanın ən böyük sənaye bölgələrindən olan Xarkov vilayətində 30 mindən artıq azərbaycanlı yaşayır.Tədbirdə Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin inkişaf dinamikasından bəhs edən Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Vilayət təşkilatının sədri Qurban Abbasov Xarkov-Bakı-Xarkov təyyarə reysinin açılmasına dəstək verən hər bir kəsə Xarkovda yaşayan azərbaycanlılar adından dərin minnətdarlığını bildirib.UTAİR Ukrayna aviya kompaniyası ilkin olaraq Xarkov-Bakı-Xarkov təyyarə reysini hər həftənin cümə günü həyata keçirəcək.

  • "Lufthansa" Azərbaycana aviareyslərin sayını artırır

    Tarix: 2013-03-26

    "Lufthansa" aviaşirkəti Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə aviareyslərin sayını həftədə beşədək artırır.

    Reyslərin sayının artırılması uçuşların yay cədvəlinə keçidi ilə bağlı nəzərdə tutulur. Uçuşlar həftənin bazar ertəsi, çərşənbə günü, cümə axşamı, cümə günü və bazar günləri həyata keçiriləcək.

    Aviaşirkətin bu istiqamətdə reysləri Airbus A330 və A340 təyyarələrilə həyata keçirilir.

     

  • “Turkish Airlines” sərnişinlərini böyük cərimələr gözləyir

    Tarix: 2013-02-09

    “Turkish Airlines” sərnişinlərini böyük cərimələr gözləyir

    “Turkish Airlines” aviaşirkətinə məxsus təyyarələrdə davranış qaydalarını pozan sərnişinləri böyük cərimələr gözləyir. Xüsusilə də, əgər turist elektron vasitələri söndürmək zəruriliyi barədə olan xəbərdarlığı nəzərə almırsa, bu zaman  onu 1000 türk lirəsi dəyərində cərimə gözləyir.

    Bu tipli cərimə təyyarədə siqaretdən istifadə edən, təhlükəsizlik kəmərlərini bağlamayan və salonda mübahisə yaradan sərnişinlərə də tətbiq olunacaq.

    Bu qaydalar 2011-ci ildən hakimiyyət tərəfindən müzakirə edilmiş, müvafiq sərəncam isə bu il imzalanmışdır. Cərimələr haqqında qanun isə 2014-ci ildən qüvvəyə minəcək.