• “Air Onix” aviaşirkəti Simferopol istiqamətində reyslərin təşkilinə başlayır

    Tarix: 2013-02-09

    “Air Onix” aviaşirkəti Simferopol istiqamətində reyslərin təşkilinə başlayır

    Tezliklə “Air Onix” aviaşirkəti tərəfindən Krım istiqamətində aviareyslər təşkil olunacaq.

    Onu da qeyd edək ki, şirkət 2007-ci ildə Simferopol şəhərində yaradılmışdır.

    21 mart-26 oktyabr tarixləri boyunca aviaşirkət tərəfindən müxtəlif istiqamətlər üzrə çoxsaylı aviareyslər təşkil olunacaq. 

  • “Turkish Airlines” beşulduzlu aviaşirkətə çevriləcək

    Tarix: 2013-02-02

    “Turkish Airlines” beşulduzlu aviaşirkətə çevriləcək

    2013-ci ildə Turkish Airlines aviaşirkəti beşulduzlu olacaq.

    Şirkət bu ada marşrutlarının sayını artırmaqla nail olmaq niyyətindədir.

    Turkish Airlines aviaşirkəti tərəfindən 40 yeni marşrutu təqdim olunacaq. Həmin marşrutların dörddə biri isə Afrika istiqaməti üzrə təşkil olunan marşrutlar olacaq. İlin sonunadək aviaşirkət bütün Avropa ölkələrinə uçuşlar təşkil edəcək.

    Beləliklə, 2013-cü ildə marşrutların sayının 250-ə çatması ilə Turkish Airlines aviaşirkətlər arasında lider olacaq.  

  • Fevraldan Bakı-Kiyev aviareysini “Ukraynanın Beynəlxalq Hava Yolları” şirkəti həyata keçirəcək

    Tarix: 2013-01-31

     Fevraldan Bakı-Kiyev aviareysini “Ukraynanın Beynəlxalq Hava Yolları” şirkəti həyata keçirəcək

    “Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti fevraldan Kiyev-Bakı aviareysi üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayır.

    Aviaşirkətin bu marşrut üzrə ilk reysi fevralın 13-də olacaq.

    Uçuşlar həftədə üç dəfə olmaqla, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

    Qeyd edək ki, Ukrayna aviaşirkətinin əsası 1992-ci ildə qoyulub. “Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti həftədə 700 beynəlxalq və daxili reys həyata keçirir. Biletləri aviaşirkətin nümayəndəliklərindən, tur-operatorlardan, həmçinin şirkətin saytından www.flyuai.com online əldə etmək olar.

    Bir müddət əvvəl Ukraynanın “Aviaswit” aviaşirkəti Bakıya uçuşları dayandırıb.

  • “Türk Hava Yolları” bir sıra reysləri təxirə salıb

    Tarix: 2013-01-09

    “Türk Hava Yolları” bir sıra reysləri təxirə salıb

    Türkiyənin "Türk Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar bir sıra daxili və beynəlxalq reysləri təxirə salıb. Bu barədə şirkətin öz saytında dərc etdiyi xəbərdə deyilir.

    Məşhəd, Berlin, Əmman, Vyana, Beyrut, İslamabaad, Kopenhagen, Milan və Buxarest şəhərləri istiqamətində beynəlxalq reyslər təxirə salınıb.

    Habelə İqdır, Diyarbəkir, Konya, Kayseri, Qaziantep, Elazıq, Malatya, Afana və İzmir istiqamətlərindəki daxili reyslər də ləğv edilib.

  • Estoniyanın pilotlar Assosiasiyası tətil keçirməyi planlaşdırır

    Tarix: 2012-12-30

    Estoniyanın pilotlar Assosiasiyası tətil keçirməyi planlaşdırır

    Yanvar ayının 7-də Estoniyanın pilotlar Assosiasiyası tətil keçirməyi planlaşdırır.

    Son vaxtlar aviaşirkət xərclərini azaltmaq üçün yenidən strukturlaşma prosesi keçirir. Bu proses zamanı bir çox marşrutlar ixtisar edilib.

    İndi pilotlar eyni şərtlərlə yeni kollektiv müqavilənin bağlanmasını tələb edirlər. Lakin aviaşirkət müqavilə bağlamaq fikrində deyil. Müqavilə 2013-ci il fevralın 9-dan etibarən istifadə müddətini tamamlayır. Bu gündən etibarən əgər növbəti müqavilə imzalanmasa, pilotlar qaydaya salınmış iş qrafikinə və sosial təminata malik olmayacaqlar. Bu səbəbdən Estonian Air AS aviaşirkətinin rəhbərliyinə qarşı etiraz aksiyaları keçirilir. 

  • “S7 Airlines” aviaşirkəti İtaliyanın Verona hava limanına aviareyslərin təşkilinə başlayır

    Tarix: 2012-12-30

    “S7 Airlines” aviaşirkəti İtaliyanın Verona hava limanına aviareyslərin təşkilinə başlayır

    “S7 Airlines” aviaşirkəti Moskvanın Domodedovo hava limanında İtaliyanın Verona hava limanı istiqamətində aviareyslərin təşkilinə başlayır. Aviaşirkət tərəfindən təşkil olunan uçuşlar zamanı sərnişinlər Verona hava limanında eniş edə, oradan isə Milan, Bolonya, Venesiya və İtaliyanın digər şəhərlərinə keçə bilərlər.

    Moskva-Verona aviareysi müasir Boeing - 737-800 təyyarələrində həyata keçirilir. Aviareyslər həftədə 3 dəfə təşkil olunacaq. 

  • “Alitalia” aviaşirkəti Roma-Yekaterinburq istiqamətində aviareyslər təşkil edəcək

    Tarix: 2012-12-25

    “Alitalia” aviaşirkəti Roma-Yekaterinburq istiqamətində aviareyslər təşkil edəcək

    Yaz aylarından etibarən “Alitalia” aviaşirkəti Roma-Yekaterinburq istiqamətində aviareyslər təşkil edəcək. Aviareyslər mart ayının 26-dək həftədə 3 dəfə təşkil olunacaq.

    Yekaterinburq Moskva və Sankt-Peterburqdan sonra Rusiya istiqaməti üzrə aviaşirkət tərəfindən uçuşalrın təşkil edildiyi 3-cü şəhər olacaq. O, həmçinin regional hava limanları arasında xarici aviaşirkətlərin marşrutlarının sayına görə lider olaraq qalmaqdadır. 

  • "Azərbaycan Hava Yolları" yeni vertolyotlar alır

    Tarix: 2012-12-24

    "Azərbaycan Hava Yolları" QSC "AgustaWestland" markalı 10 yeni vertolyot alacaq. Trend-in məlumatına görə, bu barədə "AgustaWestland" şirkətinin rəsmi saytında bildirilir.

    Aviaşirkət artıq "AW139s" markalı 8 vertolyotun alınması üçün sifarişi icra edib və 2 "AW189s" markalı vertolyotun ilkin sifarişini həyata keçirib.

    4 "AW139s" və 2 "AW189s" vertolyotundan dəniz daşımalarında, 2 "AW139"-dan təcili tibbi yardım xidməti üçün, biri axtarış-xilasetmə, biri isə VIP daşımalar üçün istifadə olunacaq.

    Vertolyotların ölkəyə gətirilməsinə 2013-cü ilin ikinci yarısından başlanacaq. Sövdələşmənin ümumi dəyəri 115 milyon avro təşkil edir.