• Çilidə xizək mövsümü başlayır.

    Tarix: 2013-06-05

    Çilidə xizək mövsümü başlayır.

    Cənubi Amerikanın ən məşhur xizək kurortlarından biri – Çilidə yerləşən Portillo, açılışa hazırlaşır. Burada xizək mövsümü 22 iyundan 5 oktyabra qədər davam edəcək.

    Portillo Santiagodan 145 kilometr şimal-şərqdə, 2880 metr yüksəklikdə yerləşir. Meşələrin sərhədindən yüksəklikdə yerləşən bu kurort turistlər üçün gözəl şərait təklif edir: 11 lift və 34 xizək enişi,həm təcrübəli həm də yeni başlayan xizəkçilər üçün nəzərdə tutulmuşdur. Onların ümumi uzunluğu - 45 kilometrdir. “Fanski.ru” saytının məlumatına əsasən,ən böyük xizək enişinin uzunluğu 2200 metrdir və bu xizək enişinin başlanma nöqtəsinin hündürlüyü - 2860 metrdir. Turistlər üçün 5 otel, açıq hovuz, xizək məktəbi,uşaq otağı və çoxlu idman və əyləncə obyektləri açılıb. (“Turizm.az”-ın tərcüməsi)

  • Bali adasında dəbdəbəli otel açılır.

    Tarix: 2013-05-30

    Bali adasında dəbdəbəli otel açılır.

    1 iyun tarixində İndoneziyanın Bali adasında “Regent Bali“lüks oteli açılacaq. Otel hava limanından yarım saatliq yolda olan Sanur kurort zonasına yerləşir.

    “Hoteldeluxes.com” saytının məlumatına əsasən otel turistlərə 94 suit otaq təqdim edəcək. Hər nömrədə geniş qonaq otağı olacaq. Qonaqlar həmçinin, iki yataq otağı, özəl hovuz, isti jakuzi, özəl spa otağı, ayrı-ayrı yemək və yaşayış sahəsi, iki lüks vanna otağı olan bir villada qala bilər. Yeni hotel tropik bağları ilə əhatə olunub və özəl çimərliyi var.

    Otelin qonaqları iki restorandan, lobbi və hovuz barlarından, uşaq klubu, və spa mərkəzindən istifadə edə bilər. 14 iyula qədər“Regent Bali” otelində turistlər xüsusi qiymətlərdən yararlana biləcək. Beləliklə, Garden View Deluxe Suite otağinın bir gecəsi - $357, Ocean View Deluxe Suite otağının gecəsi isə - $377 təşkil edəcək. (“Turizm.az”-ın tərcüməsi)

  • Tiflisdə beynəlxalq turizm konfransı keçirilir.

    Tarix: 2013-05-28

    Tiflisdə beynəlxalq turizm konfransı keçirilir.

    Tiflis (Gürcüstan) şəhərində "Qara dəniz və Xəzər dənizi regionlarında turizmin inkişafı" mövzusunda üç günlük 8-ci İpək Yolu beynəlxalq konfransı başlayıb.

    Tədbirdə Türkiyə, Amerika, Gürcüstan, Azərbaycan, İran, Polşa və Rusiyanı təmsil edən nümayəndə heyətləri iştirak edir.

     Konfransın açılış mərasimində Gürcüstan Elm və Təhsil Nazirliyinin ali təhsil idarəsinin rəisi Nuqzar Çitaia, Qara Dəniz Beynəlxalq Universitetinin rektoru Şegket Erken Tunç, Türküyənin Gürcüstandakı səfərinin müavini Aydın Açıqel, Tiflis Dövlət Universitetinin rektoru Avtandil Çutlaşvili, Gürcüstan Texniki Universitetinin rektoru Arçil Pçangişvili, Gürcüstan İqtisadiyyat Nazirliyi nəzdində Milli Turizm İdarəsinin rəis müavini Mariam Kvrivişvili, tədbirin təşkilat komitəsinin sədri, Qara Dəniz Beynəlxalq Universitetinin rektor müavini Giuli Alasaniya, Polşa Turizm Universitetinin turizm fakültəsinin rəhbəri Tereza Skalka, ABŞ-dakı Kennezi Universitetinin professoru Murad Doral və başqaları çıxış edərək, müasir şəraitdə turizmin inkişafında olan yeniliklərdən, ölkələr arasında turizm sahəsində olan perspektivlərdən, həyata keçiriləcək layihələrdən və turizmin inkişafı üçün yaradılan şəraitdən söhbət açıblar.

     Bu gün tədbir iştirakçıları Gürcüstanın Milli Muzeyində olub, Msxeta bölgəsindəki tarixi yerlərə baş çəkdikdən sonra Batumiyə yola düşüblər. Tiflisdə başlanan beynəlxalq  konfrans sabah Batumidə 7 ölkənin nümayəndələrinin iştirakı ilə davam edəcək və tədbirdə turizmin perspektivləri imkanları, iqtisadiyyat və tibb turizmi mövzularında 51 məruzə dinləniləcək.

     Qara Dəniz Beynəlxalq Universitetinin rektor müavini Giuli Alasaniya APA-ya açıqlamasında İpək Yolu çərçivəsində Tiflisdə açılan bugünkü beynəlxalq konfransı vacib tədbir adlandırıb.

     Azərbaycan Dillər Universitetinin regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva isə APA-ya açıqlamasında bildirib ki, dünya ölkələri indi Qafqazla maraqlanır: “Buna görə də belə konfransların keçirilməsi vacibdir. Ölkələrimizə gələn turistlər elmi, infrastruktur potensiyalımızla tanış olur, bizi təbliğ edirlər”.

    Mənbə: http://az.apa.az/

     

  • Dubay Sizi yay tətilinə dəvət edir.

    Tarix: 2013-05-16

    Dubay Sizi yay tətilinə dəvət edir.

    7 iyundan - 7 sentyabra qədər Dubayda “Yay-Dubay” kampaniyası keçiriləcək. Bu kampaniya çərçivəsində müxtəlif əyləncəli tədbirlər keçiriləcək, yeni idman, əyləncə və ticarət komplekslərinin açılması planlaşdırılır. Bu kampanıyanın əsas məqsədi – yerli əhaliyə və turistlərə Dubayda yay əyləncə imkanlarının müxtəlifliyini nümayiş etdirməkdir. Festivalın ən mühüm tədbirlərindən biri – “Dubay -yay sürprizləri” festivalıdır (7 iyundan – 9 iyula qədər). Bu festival ərzində turistlər böyük endirimlərlə faydalana bilər. Həmçinin  reqionda ən böyük uşaq əyləncə şəhərciyi “Modhesh World” açılacaq. Dubay Beynəlxalq Ticarət mərkəzinin arenasında Dubay rok festivalı keçiriləcək (7 iyun). Promo-kampaniya çərçivəsində ,əqər böyüklər 12 yaşınadək iki uşağı ilə gələrsə, uşaqlar oteldə pulsuz qalacaq və qidalanacaq. Bundan əlavə, onlar “Aquaventure” su parkına pulsuz giriş əldə edəcəklər və “Dubay-mall”- da onlar üçün əyləncələr təşkil olunacaq.

  • Vaşinqtonda yeni otel açıldı.

    Tarix: 2013-05-14

    Vaşinqtonda yeni otel açıldı.

    Vaşinqtonun tarixi rayonunda, Corctaunda, yeni  “The Graham” oteli açildı. Bu otel köhnə “Monticello” mehmanxanasının yerındə yerləşir və 57 nömrədən ibarətdir. Burada antik mebel yeni  televizor və pulsuz Wi-fi ilə yan-yana durur. Vanna otağında siz “Bulgari” firmasının “White Tea” xəttindən kosmetikanı, yataqlarda isə “Liddell” markalı yataq dəstini görə bilərsiniz.

    Otelin damında “Observatory” barı var. Bu bardan şəhərə gözəl bir mənzərə açılır. “The Graham” otelində ikinəfərlik otağın qiyməti – günə 350 dollar təşkil edir.

  • İrlandiyanın qərbində yeni velosiped marşrutu açıldı.

    Tarix: 2013-05-14

    İrlandiyanın qərbində yeni velosiped marşrutu açıldı.

    İrlandiyanın Kler (County Clare) adlı yerində yeni velosiped marşrutu açıldı. Marşrut  Ennistimon və Lainç şəhərlərini birləşdirir, ümumi uzunluğu isə 4 kilometrdi.

    “eTurboNews”-ın məlumatına görə “Ennistymon-Lahinch Cycleway” layihəsi özündə ölkənin şimalındaki iki ən məşğul şəhəri birləşdirdi və həmçinin bu regiona turist axınını stimullaşdırdı.

    Hökumət layihəsi çərçivəsində yaranan bu yeni yol,həm  velosipedçilərin, həm də piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

  • Şimali Koreyada “Disneyland” açılacaq və təzə kruiz gəmisi olacaq.

    Tarix: 2013-05-10

    Şimali Koreyada “Disneyland” açılacaq və təzə kruiz gəmisi olacaq.

    “Associated Press”-ın məlumatına əsasən, bu ilin sonuna kimi Şimali Koreyada“Disneyland”-ə oxşar əyləncə parkı açılacaq.
    Qeyd edək ki, parkda “Big Ben”və Eyfel qülləsinin kopyaları, bundan əlavə burada çoxlu mini-qolf sahələri açılacaq. Ümid edilir ki, bu parkın açılması ölkəyə turist axınını artıracaq.
     Budan əlavə, Sinqapurdan “Royal Star” kruiz gəmisi alınmışdır. Bu kruizin marşrutu : Rajin portu – Kumgan dağı - Rason iqtisadi zonası ətrafında olacaq.
     

  • Birinci rübdə Misirə təqribən 3 milyon nəfər xarici turist gəlmişdir

    Tarix: 2013-05-09

    Birinci rübdə Misirə təqribən 3 milyon nəfər xarici turist gəlmişdir

    Misirin “Əhram Online” xəbər saytı ölkənin turizm naziri Hişam Zaazuaya istinadən xəbər verir ki, 2013-cü ilin birinci rübü ərzində Misirdə təqribən 2,86 milyon turist olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən 14,4 faiz çoxdur. 

    Nazirin sözlərinə görə, birinci rübün yekunlarından görünür ki, ölkənin turizm sektoru tədricən bərpa olunur. H.Zaazua ümidvar olduğunu bildirmişdir ki, ölkədə turizm sahəsi 2010-cu ildəki səviyyəyə çatacaqdır. O zaman Misirə təqribən 14,7 milyon turist gəlmişdi və xəzinəyə 12,5 milyard dollar gəlir daxil olmuşdu. Birinci rübdə həmçinin turizm səfərlərinin orta müddət göstəricisi yüksəlmişdir. Üç ay ərzində turistlər Misirdə 37 milyon gecə keçirmişlər ki, bu da 2012-ci ilin eyni dövründəki göstəricidən 29 milyon gecə çoxdur. 

    Qeyd etmək lazımdır ki, Misir hökuməti xarici turistlərin cəlb edilməsi üçün bir sıra zəruri tədbirlər görür.

    Mənbə: http://tourism.az

  • Taj Mahal Dubaya köçür

    Tarix: 2013-05-09

    Taj Mahal Dubaya köçür

    “Link Global Group Company” –nın direktoru Arun Mexranın dediyinə görə FalconCity-dəki Taj Arabia kurortu turislər üçün 2015-ci ildə açılacaq. “Emirates 24|7” yazır ki, onu məşhurların və yeni evlənənlərin əsas istirahət istiqamətinə çevirmək planlaşdırılır. “Taj Arabia Palace Resort”-da, “Leela Palaces, Hotels and Resorts”-un idarəsi altında,hind otel silsiləsinə aid olan, 5*, 400 nəmrəlik və 300-dən  çox apartamenti olan otelin tikilməsi planlaşdırılır. Taj Arabia Palace Resort, demək olar ki,Taj Mahalın kopyasıdır, ancaq memarların dediyinə görə ondan bir neçə dəfə böyük olacaq. “Taj Arabia”-da, bağlar, fəvvarələr və kanallar salınacaq və Hindistan irsinin digər memarlıq abidələri ilə əhatə olunan apartament və mağazalar yerləşəcək. Kurortda butiklər,zərgərlik bazarı və 3000 nəfərlik banket zalı inşa ediləcək. Sahildə restoranlar, barlar və satış nöqtələri olacaq.

     

    “Dubailand”-da yerləşən “FalconCity” çoxfunksiyalı bir layihədir və Misirin piramidaları, Babilin asma bağları, Eyfel və Piza qülləsi kimi dünyanın məşhur memarlıq abidələrini özündə birləşdirir.

  • Sankt-Peterburqun Yay bağı ziyarət üçün açılır

    Tarix: 2013-05-08

     Sankt-Peterburqun Yay bağı ziyarət üçün açılır

    Mayın 1-i Sankt-Peterburqun mərkəzindəki Mixaylovski bağının açılışının ardınca, mayın 8-i şəhərin başlıca abidələrindən biri olan Yay bağı açılacaqdır.

    Parkın 2009-2012-ci illərin iri miqyaslı bərpa işləri ərzində yenilənmiş fəvvarələri mayın 25-i işə salınacaq. Mayın 9-u Mixaylovski bağında hərbi nəfəsli orkestr və Estrada kollektivlərinin çıxışı olacaq. Bundan əlavə, hərb tarxininin pop-up muzeyi də açılacaq. Mixaylovskiy və Yay bağları maydan oktyabr ayınadək, hər gün saat 10:00-dan, 22:00dək işləyəcək. Giriş pulsuz olacaq.