• Ispaniyadakı Kortes qəsri yenidən açılacaq

    Tarix: 2013-05-08

    Ispaniyadakı Kortes qəsri yenidən açılacaq

    Uzun zamandır bərpa işləri aparılan Kortes qəsri artıq bu payız, yenidən qonaqları qəbul edəcək. təntənəli açılış günü, sentyabrın 7-si, qəsrin divarlarında konsertlər, tamaşalar və tarixi səhnələr canlandırılacaq. Sentyabrın 8-i isə açıq qapılar günü olacaq, hər kəs qəsri pulsuz ziyarət edəcək.

    Bu qəsr qədim tarixə malikdir, onun adına ilk dəfə 1128-ci ilə aid tarixi mənbələrdə rast gəlinir.

    Rəsmi açılışdan sonra, qəsrdə ekskursiya turları təşkil olunacaq. Böyüklər üçün giriş biletinin qiyməti 3 avro olacaq. Qəsrdə olan ən maraqlı abidələrdən biri pinakotekadır. Burada XVI-XIX əsrlərə aid zəngin rəsmlər kolleksiyası vardır. Bu rəsmlərdə qeyd olunan dövrlərdə ölkəyə gəlmiş tarixi personajlar haqqında məlumatlar verilir.

  • Sualtı muzey

    Tarix: 2013-05-08

    Sualtı muzey

    Ekvadorun Santa-Elena əyaləti sahillərində sualtı muzeyin inşa ediləcəyi planlaşdırılır. Bu regiona turistlər cəlb etməklə yanaşı, tral gəmilərinin balıqçılıq fəaliyyəti nəticəsində zədələnmiş sualtı flora və faunanı bərpa etməyə kömək edəcək.

    Layihə iki nazirliyin-müdafiə və ətraf mühitin qorunması nazırliklərinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək. Onların köməkliyi ilə, bir neçə ordudan çıxarılmış hərbi gəmi, təyyarə və tanklar su altında yerləşdiriləcəkdir.

  • Dünyanın ən kiçik oteli

    Tarix: 2013-05-07

    Dünyanın ən kiçik oteli

    Kopenhagendə dünyada ən kiçik olacaq otel açılışa hazırlaşır. Balaca Central Cafenin üstündə yerləşəcək  Central Hotel mehmanxanasının cəmi bir nömrəsi olacaq.

    Kafenin özündə, eyni vaxtda cəmi 5 nəfər yerləşə bilər. Burada kofedən əlavə, 1980-ci illərdə məşhur olan şirniyyatlar, Hubba Bubba saqqızı və daniya biyanı - Super Flyer təklif olunur.

    Otel nömrəsində qonaqları təzə güllər, meyvə və şərab gözləyəcək. Otağın ayrıca hamamı, Royal Eden çarpayısı, yastı ekranlı televizoru və mini-barı var.

  • Praqada pivə Festivalı

    Tarix: 2013-05-07

    Praqada pivə Festivalı

    Praqada artıq altıncı dəfə, Çexiya pivə festivalı keçiriləcək. Festival ölkədə keçirilən bu tipli tədbirlər arasında ən əhəmiyyətli mövqeyə malikdir. Festivalın qonaqları iri və kiçik istehsalçılardan hazırladıqları 70 növdə pivə dada biləcəklər. 

    Festival mayın 16-ından, iyunun 1-nədək, Holešovice sərgi mərkəzinin ərazisində keçiriləcək. Burada ümumilikdə 10 min nəfərin yerləşə biləcəyi çadırlar qurulacaqdır. Festivalın əsas içkisindən əlavə, qonaqlar ən tanınmış çex restoranlarının aşpazlarının hazırladıqları təamları dada və canlı musiqidən zövq ala biləcəklər. Bazar günləri bayram gecədən sübhədək davam edəcək. Daha ətraflı məlumat festivalın saytında yerləşdirilib.

  • Tenerifedə gül və kitab yarmarkası açılmışdır

    Tarix: 2013-05-04

    Tenerifedə gül və kitab yarmarkası açılmışdır

    “Santa Krus de Tenerif”də yaz ayları üçün ənənəvi olan gül və kitab sərgi-yarmarkası açılmışdır. Həmin yarmarkada bir çox kitablar, sənətkarlıq məmulatları, gül və başqa bitkilər əldə etmək olar. Yarmarkalar Qarsia Sanabriya adlı parkda keçirilir. Onlar may ayının 5-dək fəaliyyət göstərəcəklər. Yarmarkalar May bayramı çərçivəsində keçirilir. Qeyd edək ki, hər il “May bayramı” tədbiri çərçivəsində qonaqlara çoxsaylı mədəni və əyləncəli proqramlar təqdim olunur. 

  • Moskvada “Muzeydə 1 gecə” adlı tədbir keçiriləcək

    Tarix: 2013-04-27

    Moskvada “Muzeydə 1 gecə” adlı tədbir keçiriləcək

    May ayının 18-də Moskvada “Muzeydə 1 gecə” adlı tədbir keçiriləcək. Qeyd edək ki, tədbir şəhərdə artıq 7-ci dəfədir ki, təşkil olunur. Təsbir çərçivəsində arzu edən hər kəs şəhərin layihədə yer alan müxtəlif muzey, qalereya və incəsənət meydanlarını ziyarət edə bilərlər. Onu da qeyd edək ki, tədbirdə 200-dən çox məkan yer alır. Onların sırasına Dövlət Tretyakov Qalereyası, Puşkin adına İncəsənət Dövlər Muzeyi, Multimadia İncəsənət Muzeyi, Retroavtomobilləri muzeyi, Moskva müasir incəsənət muzeyi və Müasir mədəniyyət mərkəzi “Qaraj” daxildir.Maraqlıdır ki, bu il layihədə iştirak etmək üçün növbə gözləmək lazım olmayacaq. Belə ki, artıq bütün arzuedənlər istədikləri muzeyi və ziyarət tarixini əvvəlcədən layihənin rəsmi saytında sifariş edə biləcəklər. 

  • Marmarisdə Beynəlxalq dəniz festivalı keçiriləcək

    Tarix: 2013-04-27

    Marmarisdə Beynəlxalq dəniz festivalı keçiriləcək

    Hər il Marmaris şəhərində təşkil olunan Beynəlxalq dəniz festivalı bu il aprel ayının 27-də start götürəcək və may ayının əvvəllərinədək davam edəcək. Festival çərçivəsində qonaqlar həm gəmilərə tamaşa edə, həm də müxtəlif su idmanı növlərində iştirak edə biləcəklər. Festival zamanı dəniz döyüş bölmələrinin çıxışlarını da izləmək mümkün olacaq. Bundan əlavə, şəhərin sahilyanı ərazilərində və meydanlarında rəngarəng konsert proqramları təşkil olunacaq. Konsert proqramlarında Türkiyədən və digər ölkələrdən olan kollektivlərin yer alacağı gözlənilir. 

  • Berlin otellərində turist vergisi tətbiq olunacaq

    Tarix: 2013-04-27

    Berlin otellərində turist vergisi tətbiq olunacaq

    2013-cu ilin iyul ayının 1-dən etibarən Berlin otellərində 5%-lik turist vergisi tətbiq olunacaq.Bu vergi mehmanxana və kempinqlərdə dincələn turistlərdən alınacaq. Berlinə işgüzar məqsədlərlə gələn turistlər bu vergidən azad ediləcəklər.Berlin otellərində 1 gecəlik qalma qiyməti 10 avrodan həcmində və daha çox olur. Turist şəhərdə olduğu gün təxminən 60 dollar xərcləyir. Vergini nəzərdə alsaq deyə bilərik ki, artıq turist daha çox vəsait xərcləməli olacaq. Yeri gəlmişkən qeyd edək ki, bu vergi şəhər büdcəsinə hər il 25 milyon avro gətirəcək.

  • Gürcüstanda Azərbaycan kinosu günləri təşkil olunub

    Tarix: 2013-04-27

    Gürcüstanda Azərbaycan kinosu günləri təşkil olunub

    2013-cü il aprel ayının 24-dən 27-dək Gürcüstanda Azərbaycan kinosu günləri keçirilib.Nazirliyin təşkilatçılığı, Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən, "2008-2018-ci illər üçün Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq milli kinonun təbliğini gücləndirmək və kino sahəsində beynəlxalq əlaqələri genişləndirmək məqsədi daşıyan kino günlərində iştirak etmək üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi, rejissor Yavər Rzayev, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Münəvvər Əliyeva və nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadədən ibarət nümayəndə heyəti Gürcüstanda səfər edib.

  • Sankt-Peterburqda üç yeni muzey yaradılacaq

    Tarix: 2013-04-27

    Sankt-Peterburqda üç yeni muzey yaradılacaq

    Yaxın illərdə Sankt-Peterburqda üç ədəd yeni elmi-populyar muzey kompleksi açılacaq.Beləcə, köhnə Politexnik universitetinin ərazisindəki hidro qüllədə rus elmi və texnikasının tarixinə həsr olunmuş muzey yaradılacaq.Obvodnaya kanalındakı tarixi qazholder tikililəri isə qaz sənayesi muzeyinin yerləşəcəyi ərazi kimi nəzərdə tutulub.Nəhayət, hal-hazırda inşa edilməkdə olan “Laxta—mərkəzdə” uşaqlar və yeniyetmələr üçün interaktiv elmi muzey yerləşəcək. bu muzeyin Niderlandın Nemo və Finlandıyanın Evrika muzeyi ilə rəqabətə girəcəyi gözlənilir.