• Nyu-Yorkun çimərlikləri istirahət edənləri yenidən qəbul etməyə hazırdır.

    Tarix: 2013-05-30

    Nyu-Yorkun çimərlikləri istirahət edənləri yenidən qəbul etməyə hazırdır.

    Sendi qasırğasından 7 ay sonra,istisnasız olaraq, Nyu-Yorkun bütün şəhər çimərlikləri bu həftənin cümə günü istirahət edənlər üçün açıq elan ediləcək. Nyu-Yorkda 8 çimərlik var və onların ümumi uzunluğu 22 kilometrdir. Bu çimərliklər Druklində, Bronksda, Kvinsdə və Staten-Aylend adasında yerləşir. Demək olar ki, onların hamısı, oktyabr ayında qasırğanın dağıdıcı gücü nəticəsində yararsiz hala qətirildi və onların bərpasına şəhərin meriyası $ 270 milyon xərcləyib. Çimərliklərin ərazisində 430.000 ton zibil evakuasiya edildi. Sonra 153 000 metr çimərlik sahili boyunca yeni gum töküldü. 

  • Modenada Formula-1 sərgisi kecirilir.

    Tarix: 2013-05-30

    Modenada Formula-1 sərgisi kecirilir.

    İtaliyanın Modena şəhərində bütün avtoazarkeşlərini unudulmaz sərqi gözləyir.  Enzo Ferrarinin ev-muzeyində “Formula-1”-in 40 illik zəngin tarixini əks edən 20 bolid göstərilib.

    Sərgidə göstərilən hər bir eksponat nəyin ki,  avtomobil mühəndisliyinin ən yüksək zirvəsidir, eyni zamanda əsl sənət əsəridir. “Formula-1”-in azarkeşləri burada yarışın yayım zamanı televiziya ekranları qarşısında keçirtdiyi həyacanlarını san ki, yenidən yaşayırlar. Yarış bolidlərindən başqa ,ziyarətçiləri həmçinin “Formula-1” yarışmasının əfsanəvi iştirakçılarının əlliyə yaxın dəbilqələridən ibarət kolleksiya gözləyir. Sərgi oktyabrın 30-a qədər davam edəcək. (“Turizm.az”-ın tərcüməsi)

     

  • Azərbaycanlı turistlər Monteneqroya vizasız səfər edəcəklər.

    Tarix: 2013-05-28

    Azərbaycanlı turistlər Monteneqroya vizasız səfər edəcəklər.

    Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyindən Mədəniyyət və Turizm Nazirliyinə daxil olan məlumata görə, Monteneqro Hökuməti “2013-cü il mayın 1–dən oktyabrın 31-dək Monteneqroya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi haqqında” qərar qəbul etmişdir. 

    Bu barədə AzərTAc-a Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər.

    Mənbə: http://www.tourism.az

  • Marianske Lazne yeni kurort sezonunu açıq elan etdi.

    Tarix: 2013-05-17

    Marianske Lazne yeni kurort sezonunu açıq elan etdi.

    Keçən həftə sonu Çexiyanın məşhur kurortu Marianske Lazne 205-ci kurort mövsümü açdı. Bu mösümdə turistləri müxtəlif yeniliklər gözləyir.

    Şəhərin yaxınlığında “Kral yolu" turizm marşrutu və Çexiyanın bir çox görməli yerlərindən təəssürat bağışlaya biləcək “Boheminium” miniatürlar parkı açıldı.

    “Hvězda” kompleksinə daxil olan “İmperial” otelinin qonaqlama imkanları artdı. “Svoboda” otelində rekonstruksiya bitdikdən sonra, orada unikal təbii bulaqların istifadə edildiyi yeni tibb şöbəsi açılmışdır.

  • İspaniya hava limanlarında pulsuz Wi-Fi sistemindən istifadə etmək mümkün olub

    Tarix: 2013-04-27

    İspaniya hava limanlarında pulsuz Wi-Fi sistemindən istifadə etmək mümkün olub

    İspaniyada 28-dən çox hava limanı sərnişinlərinə pulsuz İnternetdən istifadə imkanları təqdim edirlər.Qeyd edək ki, Wi-Fi sistemindən yalnız 15 dəqiqə ərzində pulsuz istifadə etmək mümkündür. Sonrakı müddət üçün mütləq ödəniş təqdim olunmalıdır. Pulsuz 15 dəqiqə turistin telefon nömrəsinə qoşulur və ona kod qoyulur.  Pulsuz Wi-Fi sistemindən istifadə aşağıda adaları göstərilmiş şəhərlərdə yerləşən hava limanlarında mümkündür:

    • Malaqa-Kosta-del-sol

    • Alikante

    • Palma-de-Mayorka

    • İbisa

    • Menorka

    • Qran-Kanariya

    • Tenerife hava limanları

    • Lansarote

    • La Palma 

  • Şri-Lanka hökuməti turistlərə nəzarəti gücləndirəcək

    Tarix: 2013-04-20

    Şri-Lanka hökuməti turistlərə nəzarəti gücləndirəcək

    Polis Şri-Lankada turistlərin monitorinqi prosesinə start verib. Dövlət orqanlarının məlumatına görə, monitorinq turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılır.Mehmanxana və qonaq evləri Şri-Lank polisinə qonaq etdikləri xarici vətəndaşlar haqqında məlumat verməyə başlayıblar. Prosesin gedişində bronlaşdırılmış otel nömrəsi haqqında bütün məlumatlar, şəxsiyyət vəsiqəsi və turist vizası polisə təqdim edilməlidir.Ölkə rəhbərliyi qeyd edir ki, yeni qanun turistlərin təhlükəsizliyinin təmin olunmasına istiqamətlənib. 

  • Qoa rəhbərliyinin qərarına əsasən bu ərazidə turizm polisi yaradılacaq

    Tarix: 2013-04-19

    Qoa rəhbərliyinin qərarına əsasən bu ərazidə turizm polisi yaradılacaq

    Turistlər heç çəkinmədən məşhur kurortu ziyarət edə biləcəklər.Hindistanın Qoa ştatının rəhbərliyindən verilən məlumata görə, yaxın vaxtlarda regionun ərazisində xarici turistlərin də böyük marağına səbəb olan turizm polisi xidməti istifadəyə veriləcək. Əvvəlcə bu xidmətə 250 polis əmkdaşı cəlb olunacaq. Yerli hakimiyyətin sözlərinə görə, turizm polisi xarici qonaqların, xüsusilə qadın səyahətçilərin təhlükəsizliyi üzərində məsuliyyət daşıyacaq. Yeni xidmətin Hindistana gələn turistlərin sayında kəskin artıma səbəb olacağı gözlənilir. 

  • Moskvanın mərkəzində piyada zonası yaradılacaq

    Tarix: 2013-04-13

    Moskvanın mərkəzində piyada zonası yaradılacaq

    Moskvanın tarixi mərkəzi piyada zonası kimi istifadəyə veriləcək.Ümumilikdə Moskvanın mərkəzində piyadalar üçün 14 km.lik ərazi ayrılacaq. Belə zonalara Yeni Arbatda rast gəlinəcək. Bundan əlavə, bu il hər dairədə üç piyada zonası yaradılacaq.Plana əsasən, yaxın illərdə Böyük Dmitrovka, Tver küçələrində və Arbat meydanında da piyada zonalarına rast gəlmək mümkün olacaq.

  • Filarmoniyada "Avropa bu gün" adlı kamera konserti keçiriləcək

    Tarix: 2013-04-11

    Filarmoniyada

    16 aprel saat 19:00-da Qara Qarayev adına V beynəlxalq müasir musiqi festivalı çərçivəsində Dövlət Filarmoniyasında "Avropa bu gün" kamera konserti keçiriləcək. Konsertdə Salvatore Şarrino, İsanq Yun, Lui Andissena və Con Adamsın əsərləri səsləndiriləcək. Konsertdə Asko|Schönberg  (Hollandiya) ansamblı iştirak edəcək. Dirijor -Reynbert de Leu.

  • Böyük Britaniya müddətli viza verilməsi qaydalarını sərtləşdirmişdir

    Tarix: 2013-04-11

    Böyük Britaniya müddətli viza verilməsi qaydalarını sərtləşdirmişdir

    Hal-hazırda təcili britaniya vizasını almaq daha da çətinləşib.Böyük Britaniya nümayəndələrinin sözlərinə görə, 2013-ci il 8 aprel tarixindən etibarən qısamüddətli viza rəsmiləşdirilməsi üçün istənilən tipli ərizəçi Böyük Britaniya səfərindən ötən beş il ərzində səfirliyə sübutlar təqdim etməlidir. Əvvəllər Böyük Britaniyaya səfər etmək istəyənlər son 2 il ərzində həyata keçirdikləri səfərlər haqqında məlumat verməli idilər. Ekspertlərin fikrincə, bu yenilik təcili olaraq Britaniya vizası almaq istəyənlərin sayını nəzərəçarpacaq şəkildə azaldacaq.