• BƏƏ-də "Skype" xidmətinə giriş bağlanıb

    Tarix: 2013-04-11

    BƏƏ-də

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları rəsmi qaydada video zəng etməyə və mesaj göndərməyə imkan verən "Skype" xidmətinə girişi bağlayıblar. Bu barədə RBC agentliyi "Əl Ərəbiyyə" televiziya kanalına istinadən məlumat verir.Hakimiyyət orqanlarının bəyanatında qeyd olunur ki, qadağa tez bir zamanda götürülməyəcək, çünki ölkədə rabitə xidmətləri göstərən "Emirates" Telekommunikasiya Korporasiyası (Etisalat) və "Emirates Integrated Telecommunications Company" provayderləri hələ ki, qadağanın götürülməsi üçün müvafiq qaydada müraciət etməyiblər."Provayderlər nəzarət orqanları tərəfindən verilən xüsusi lisenziyaları almayana qədər "Skype" xidməti bağlı qalacaq". Bu barədə jurnalistlərə telekommunikasiya sektoruna nəzarəti həyata keçirən departamentinin nümayəndəsi Məhəmməd Nasser əl-Qanem bildirib.

  • Filippin dənizində zəlzələ baş verib

    Tarix: 2013-04-11

    Filippin dənizində zəlzələ baş verib

    Filippin dənizində 6.1 bal gücündə zəlzələ baş verib. ABŞ-ın Geoloji xidmətinin məlumatına görə, yeraltı təkanlar 15.9 km dərinlikdə qeydə alınıb. Zəlzələnin episentri sahildən 180 km cənub-şərqdə yerləşir. Mətbuata tələfat və dağıntılar haqqında məlumat daxil olmayıb. Sunaminin yaranma təhlükəsinin səbəbi isə qeyd olunmayıb. 

  • Kadis çimərliklərinə zəhərli meduzaların basqını nəticəsində çimərliyə turistlərin girişi qadağan edilib

    Tarix: 2013-04-09

    Kadis çimərliklərinə zəhərli meduzaların basqını nəticəsində çimərliyə turistlərin girişi qadağan edilib

    Kadis çimərliklərində “Portuqaliya gəmiciyi” adlanan zəhərli meduza növünün meydana gəlməsi ilə çimərlikdən istifadə qadağan edilib.Adətən, meduzaların bu növləri çox isti sularda yaşamağa üstünlük verdikləri üçün açıq dənizlərə üz tuturlar və onlara Sakit və Hind okeanının sularında rast gəlmək mümkündür. Kadis şəhəri yaxınlığına isə bu növlər bir neçə fırtına nəticəsində gəlib çıxmışlar.Cümə günü çimərlikdəki meduzaların sayının əvvəlki günlərə nisbətən azaldığına baxmayaraq, çimərliklərin mühafizəsi üzrə Bələdiyyə Şurası və Kadis Bələdiyyəsi vəziyyət nəzarət altına alınana qədər çimərliyin ərazisində qırmızı bayraqların yerləşdirilməsinə qərar vermişlər. 

  • Dünyanın ən kiçik sirkini görmək istəyənlər Romaya üz tuta bilərlər

    Tarix: 2013-04-06

    Dünyanın ən kiçik sirkini görmək istəyənlər Romaya üz tuta bilərlər

    6-27 aprel tarixlərində Roma «Sala Santa Rita» adlı mədəni təşəbbüslər mərkəzində təşkil olunan sərgi çərçivəsində dünyanın ən kiçik sirkini görmək mümkün olacaq. Bu kiçik sirkdə 55 mexaniki artist, eləcə də kağız, ağacdan və metaldan hazırlanmış heyvanlar yer alır.Sirkdə hərəkət edən sirk artisti ilə yanaşı, 2 akrobat pələngə, jonqlyor pişiyə, öz təlimçisini xilas edən şirə, topla oynayan ayıya, birtəkərli velosipeddən istifadə edən akrobata rast gəlmək olar. Sözügedən iştirakçıların yer aldığı 12 sirk tamaşası ilk dəfə olaraq, məhz bu sərgidə nümayiş etdiriləcək.

  • Qahirə hava limanının fəaliyyətində hər gün 4 saatlıq fasilə müşahidə olunacaq

    Tarix: 2013-04-06

    Qahirə hava limanının fəaliyyətində hər gün 4 saatlıq fasilə müşahidə olunacaq

    Qahirə şəhərində yerləşən beynəlxalq hava limanı hər gün 4 saat müddətinədək istifadə üçün qapalı olacaq. Bu qərar ölkə büdcəsindəki xərclərin artdığı bir dövrdə hökumət tərəfindən qəbul olunmuşdur.Hava limanı hər gün saat 1:30-dən 5:30-dək qapalı elan olunacaq. Bu saatlarda yalnız bir uçuş-enmə zolağı işləyəcək.Misirli nazirin sözlərinə görə, bu dəyişikliklər hökümət tərəfindən elektrik enerjisinə qənaət olunmasına şərait yaradacaq.  Nazirlik zəmanət verir ki, hava limanında edilən dəyişikliklər hava nəqliyyatının hərəkətinə təsir göstərməyəcək.

  • Misirdə turistlərin xarici pasportu üçün yeni tələblər meydana gəlib

    Tarix: 2013-04-04

    Misirdə turistlərin xarici pasportu üçün yeni tələblər meydana gəlib

    Dünən Misir hakimiyyəti ölkəyə gələn turistlərin xarici pasportu üzrə tələblərin siyahısında dəyişikliklər edib. Belə ki, artıq Misiri səfər etmək istəyən vətəndaşlar xarici pasportun istifadə müddətinin səfər başa çatdıqdan sonra belə 6 ay təşkil etdiyini dəqiqləşdirməlidirlər.Əvvəllər turistlər hətta xarici pasportlarının müddətinin iki aydan sonra başa çatdığı zaman Misirə səfər edə bilərdilər.  

  • Parisdə yerləşən məşhur Panteon bərpa işləri səbəbindən turistlər üçün bağlı elan olunacaq

    Tarix: 2013-03-30

    Parisdə yerləşən məşhur Panteon bərpa işləri səbəbindən turistlər üçün bağlı elan olunacaq

    2013-ci ilin avqust ayında Parisdə yerləşən Panteon bərpa işləri səbəbindən ziyarətçilərini bir müddətlik də olsa qəbul edə bilməyəcək.  Panteonda aparılacaq bərpa işlərinin 100 milyon avro dəyərində olacağı gözlənilir. Bərpa xərclərinin bir qismi dövlət tərəfindən, digər qismi isə könüllü ianələr vasitəsilə ödəniləcək.Bir çox görkəmli insanların qəbrinin yerləşdiyi Panteon şəhərin ən məşhur məqbərəsi hesab olunur. Panteon 1758-ci ildə memar Jak-Jermen Sufflonun layihəsi əsasında hazırlanmağa başlamışdır.  Məqbərənin hazırlıq işləri 1789-cu ildə Sufflonun şagirdi tərəfindən başa çatdırılmışdır.

  • Ştutqartda yerləşən televiziya qülləsi turistlər üçün bağlı elan edilib

    Tarix: 2013-03-30

    Ştutqartda yerləşən televiziya qülləsi turistlər üçün bağlı elan edilib

    Ştutqartda yerləşən televiziya qülləsinə turistlərin girişi qadağan edilib.Rəhbərlikdən verilən məlumata görə, televiziya qülləsinin ziyarət üçün bağlı elan olunmasının səbəbi qüllədə yanğın təhlükəsizliyinin kifayət qədər yüksək səviyyədə olmamasıdır.Ştutqartda yerləşən 217 metrlik teleqüllə rəsmi şəkildə 1956-cı ildə istifadəyə verilib. Teleqüllədə eyni anda 100-250 nəfər yerləşə bilərdi. Lakin bu halda yanğın zamanı insanların evakusiayası üçün uzun müddət, təqribən 1 saat tələb olunurdu

  • Moskva üzrə pulsuz ekskursiyalar təşkil olunur

    Tarix: 2013-03-28

    Moskva üzrə pulsuz ekskursiyalar təşkil olunur

    Moskvada “Şəhərə çıxış” layihəsi çərçivəsində silsilə pulsuz ekskursiyalar təşkil olunur. Qeyd edək ki, çoxsaylı ekskursiyalar sırasında həm piyada, həm də avtobusla təşkil olunan ekskursiyalara rast gəlmək mümkündür. Həmin ekskursiyalar paytaxt sakinlərini və şəhərin qonaqlarını paytaxtın görməli yerləri ilə tanış edəcək.“Şəhərə çıxış” layihəsi Moskvanın mədəni irs Departamenti tərəfindən hazırlanmışdır. Layihəyə şəhərin tarixi və dini məkanlarına təşkil olunmuş tematik ekskursiyalar, mühazirələr, velo-turlar və avtobusla təşkil olunan ekskursiyalar daxildir.Layihəyə mart ayının 25-də start veriləcək. 

  • Seul əyləncə parklarında bahar festivalları keçirilir

    Tarix: 2013-03-28

    Seul əyləncə parklarında bahar festivalları keçirilir

    Seulun tematik parkları bahar fəslinin şərəfinə festivallar hazırlayıblar. Xüsusilə, “Lotte World” parkında keçirilən maska festivalı və “Alisa möcüzələr diyarında” nağılının personajlarının iştirak etdiyi ənənəvi paradlar diqqəti cəlb edir. Bu festivallarda aprel ayının 28-dək iştirak etmək mümkündür. Parka giriş biletinin qiyməti böyüklər üçün 23 dollar, azyaşlılar üçün isə 17.5 dollar təşkil edir.Mart ayının 22-dən aprel ayının 28-dək “Everland” parkında tülpanlar festivalı keçiriləcək. Koreyanın Milli Turizm Təşkilatından verilən məlumata görə, məhz bu festival üçün ərazidə 1.2 milyon çiçək əkilmişdir. Parka giriş bileti böyüklər üçün 30 dollar, azyaşlılar üçün isə 23 dollar dəyərindədir.“Seoul Land” parkında isə televiziya ulduzlarına həsr olunmuş tədbir keçiriləcək. 23 mart-9 iyun tarixlərində keçiriləcək festivalın qonaqların marağına səbəb olacağı gözlənilir. 6 attraksion məşhur şou və cizgi filmlərin qəhrəmanlarının şəkilləri ilə bəzədiləcək. Parka giriş biletinin qiyməti böyüklər üçün 18 dollar, azyaşlılar üçün isə 17 dollar təşkil edir.