• Şimali İrlandiyada “Nəhənglərin yolu”

    Tarix: 2015-10-21

    Şimali İrlandiyada “Nəhənglərin yolu”

    Nəhənglərin yolu Şimali İrlandiyanın ən çox turist cəlb edən məkanıdır. Bu unikal sahil vulkan aktivliyi nəticəsində yaranıb. Əsrlər əvvəl baş verən vulkan püskürməsi nəticəsində burada 40000 qədər bazalt sütünu formalaşıb. Həmin sütunlar dənizə doğru sanki bir yol açaraq həqiqətdə mövcud olmuş nəhənglərin ayaq basdığı pillələri xatırladır.
    Buradan yuxarıya qalxaraq görəcəyiniz səfalı mənzərə sözlə ifadə oluna bilinməyəcək dərəcədə gözəldir. Nəhənglərin yoluna gəlib baxmaq istəyənlər burada velosiped kirayə götürərək (və ya əvvəlcədən kirayə götürülmüş velosipedlə gələrək) turistlər üçün hazırlanmış marşrut üzrə hərəkət edə bilər.

     

     Nəhənglərin yolu - Təbiətin möcüzəsidir

    Nəhənglərin yolu - vulkan püskürməsi nəticəsində yaranmış on minlərlə bazalt sütununun bir-biri ilə birləşdiyi unikal sahilyanı ərazidir.

    Şimali İrlandiyanın şimal-şərqində, Buşmils şəhərindən (İrlandiya viskisinin hazırlandığı şəhər) 3 km şimalda yerləşir. Ərazisinin keçdiyi yol və Kozvey-Kost sahili 1986-cı ildə YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edildi, 1987-ci ildə isə Şimali İrlandiyanın ətraf mühit departamentinin milli qoruğu elan olundu. Sütunların yuxarı hissəsi formasına görə tramplini xatırladır. Onların yolu qayanın ətəyindən başlayaraq dənizin üzərini örtdüyü yerə qədər davam edir. Sütünların bir çoxu altıbucaqlıdır, bəziləri isə dörd, beş, yeddi və səkkiz bucaqdan ibarətdir. Ən hündür sütun on iki metrdir.

    Nəhənglərin yolunun sadəcə ölçüləri deyil, həmçinin yaranması ilə bağlı sirli əfsanələri də heyrətləndirir. Bu təsirli məkan heyranedici qeyri-adiliyi ilə dünyanın ən məşhur yerlərindən biri adını qazanmağa layiqdir.

    60 milyon il bundan əvvəl burada güclü vulkan püskürmələri baş verib. Püskürmələr zamanı göyə saysız şəkildə kül qalxır, yer üzünə isə çoxlu miqdarda qaynar maqma xaric olunurdu. Bu təbii hadisə irlandlara sirli “Nəhənglərin yolu”nı miras qoydu. İrlandaların qeyri-adi yolun yaranması ilə bağlı bağlı iki fərqli əfsanəsi var.

      İrlandiyada Nəhənglərin körpüsü

     

         

     

     Birinci əfsanə

    Günlərin bir günü irland mifologiyasının qəhrəmanı olan döyüşçü Fin Mak Kumalo Xoll adlı birgözlü nəhənglə rəqabət aparmaq arzusunda idi. Xoll dənizin qarşı sahilində yaşayırdı. Finn həmin sahilə keçmək və ayaqlarını islatmamaq üçün körpü tikməyi qərara aldı. O qılıncı ilə daş sütunlarını yonub dənizin dibində cərgəli şəkildə bərkidirdi. Yorulduğu zaman o, dincəlmək üçün bir qədər uzanıb elə həmin yerdə də yuxuya getdi.

     Həmin vaxt güclü rəqib tikilmiş körpü vasitəsilə özü onun yanına gəldi. Lakin onlar bir-biri ilə yarışa bilmədi. Buna səbəb isə Finnin həyat yoldaşının işlətdiyi hiylə idi. Qadın yatan Finni divə körpə oğlu kimi təqdim etdi. O divə həyat yoldaşını gözlədiyini söyləyərək, Xolla içində qaynar tava olan çörəkləri təklif etdi. Finn oyandığı zaman həyat yoldaşı ona eyni çörəklərdən verdi, lakin bu dəfə onların içində isti tava yox idi. İçində qızdırılmış dəmir olan çörəkləri körpənin sürətlə yediyini görən nəhəng çox qorxdu. O, bu cür körpənin atasının necə güclü olduğunu təsəvvürünə gətirdi. Beləliklə, Xoll arxasına baxmadan geri qaçmağa başladı. Finn tərəfindən tikilən körpü onun var gücü ilə atdığı ağır addımlara dözməyərək dağıldı.

     

     İkinci əfsanə

    Qədim zamanlarda İrlandiyada Fin Mak Kul adlı xeyirxah div və onun həyat yoldaşı yaşayırdı. Sahilin digər tərəfində - Şotlandiyada isə Benadona adlı div Fin Mak Kul-dan fərqli olaraq qəzəbli və kinli idi. Şotlandiyalı hər zaman İrlandiyalıya sataşır və onu incidirdi. Günlərin bir günü Fin Mak Kul Benadonnaya səslənərək dedi: “ Əgər mən üzməyi bacarsaydım, bir neçə dəqiqəyə körfəzi keçib səni elə yaxşıca döyərdim!”

    Lakin İrlandiyalı üzməyi bacarmırdı. O zaman Mak Kul, körfəz üzərindən körpü tikməyi qərara alır. Yeddi gün və yeddi gecə gözlərini qırpmayan div nəhəng daş parçalarını dənizə doğru daşıyaraq həmin körpünün tikintisini başa çatdırır.

    Sonda o çox yoruldu və düşündü: “Benadonna ilə döyüşdən öncə mən yaxşıca dincəlməliyəm” və yatmağa yollandı. Bu zaman şotlandiyalı div körpünü görərək onun üzərindən keçib İrlandiyaya çatdı. O, nəhəngin evinin qapısını döyməyə başladı, lakin Fin Mak Kul möhkəm yatırdı. Onun həyat yoldaşı Una qorxaraq xilas olmaq üçün bir hiyləgərlik fikirləşdi. Qadın Mak Kulu körpə kimi bələdi. Una qapını açıb Benadonnaya dedi: “Tşşşş! Mənim körpəm yatır!”

     Şotlandiyalı “körpəyə” baxıb fikirləşdi: “Əgər Fin Mak Kulun uşağı bu cür nəhəngdirsə, onda onun özü hansı nəhənglikdədir?” Qorxaraq Benadonna Şotlandiyaya geri qaçdı və təbii ki, qaçdığı zaman onun ardınca bütün körpü dağıldı.

     

    Nəhənglərin körpüsü – YUNESKO-nun ümumdünya irsi siyahısına daxildir

    Nəhənglərin körpüsünün yalnız ön hissəsi günümüzədək gəlib çatıb. Həmin körpü altıbucaqlı bazalt sütunlarından ibarət olub YUNESKO-nun ümumdünya irsi siyahısına daxil olundu. Eyni zamanda o dünyanın möcüzələrindən biri kimi sayılır. Həqiqətən də, Nəhənglərin körpüsünü canlı şəkildə görən insan onun sadəcə təbii hadisənin nəticəsi deyil, möcüzə olduğuna inanmaq istəyir.

     



    Mənbə: http://irelandru.com/doroga-gigantov-v-severnoj-irlandii/

  • İranda yerləşən Qar-Dosar mağarası

    Tarix: 2013-04-09

    İranda yerləşən Qar-Dosar mağarası

    İran speleoloqları tərəfindən aşkar olunan mağara dünyanın 4-cü ən böyük mağarası hesab olunur. Bu mağara Yəzd vilayətində Mexriz yaxınlığında yerləşən Qar-e-dosar (Ghar-e-dosar) mağarasıdır.Mağara 2012-ci ilin fevral ayında aşkar edilsə də, burada kompüter modelləşdirilməsi işlərinə yalnız bu yaxınlarda son verilib.Mağaranın uzunluğu 385 m, eni 265 m, hündürlüyü isə 70 m-dir. Mağaranın ümumi sahəsi - 81 500 kv.m-ə çatır. 

  • Praqada fillər vadisi

    Tarix: 2013-03-26

    Praqada fillər vadisi

    Mart ayının 30-da Praqada yerləşən heyvanat parkında yeni mövsüm açıq elan olunacaq.

    Həmin gün heyvanat parkında fil, antilop və kərgədanlar üçün xüsusi zona yaradılacaq. Həmin sahə fil və kərgədanlar vadisi adlandırılacaq. Bundan əlavə, həmin gündə ilk doğulmuş fil balasının xaç suyuna salınma mərasimi keçiriləcək. Qonaqlara Şri-Lankadan olan kollektivin iştirakı ilə zəngin folklor ruhunda proqram təqdim olunacaq

  • “Kekenxof” çiçəklər parkı

    Tarix: 2013-02-02

    “Kekenxof” çiçəklər parkı

    Kekenxof və ya Avropa Bağçası adlandırılan park Niderlandda yerləşən dünya şöhrətli kraliyyət parkıdır. Hər bahar park öz qapılarını ziyarətçilərin üzünə açır. Parkda ziyarətçilər dünyanın heç bir yerində tayı-bərabəri olmayan nadir və gözəl çiçəkləri izləməkdən zövq alırlar.  

    Kekenxof parkı 32 hektarlıq geniş bir ərazidə yerləşir.

    Park bu il martın 21-dən mayın 20-dək fəaliyyət göstərəcək. 

  • Dəniz konteynerlərindən ibarət otel

    Tarix: 2013-01-14

    Dəniz konteynerlərindən ibarət otel

    Londona səfər edən qonaqlara qeyri-adi “Travelodge” otelində qalmaq imkanı verilir. Otelin qeyri-adi cəhəti ondan ibarətdir ki, onun hazırlanmasında dəniz konteynerlərindən istifadə olunmuşdur. Onu da qeyd edək ki, otelin bu xüsusi özəlliyini bilməyən biri onu xarici görünüşünə görə digər otellərdən heç nə ilə fərqləndirə bilməz.

    Otelin yaradılmasında istifadə olunan dəniz konteynerləri Çindən gətirilmişdir. Onların içərisində isə vanna otaqlarının və elektrik rozetkalar üçün dəliklərin olduğu hazır interyerə rast gəlmək mümkün idi. Maksimum 100 nömrədən ibarət olan otel cəmi 30 həftə ərzində yaradılmışdır.

  • Polşada yerləşən “Ski Museu” muzeyi

    Tarix: 2013-01-14

    Polşada yerləşən “Ski Museu” muzeyi

    Xizək ləvazimatlarının nümayiş olunduğu muzey Polşanın bu mövzuya aid ən böyük kolleksiyaya sahib muzeyi hesab olunur.

    Burada bütün  eksponatlar xronoloji ardıcıllıqla düzülmüşdür. Bu ardıcıllıq Polşada xizək ləvazimatının inkişafında 120 il ərzində baş verən dəyişiklikləri göstərir.

    Muzeydə həmçinin bu mövzu haqqında müxtəlif kitablara da arst gəlmək mümkündür.

    Muzey 5 il bundan əvvəl Siklin şəhərində kolleksioner və yerli sakinlərin dəstəyi nəticəsində yaradılmışdı.

  • Sinqapur Akvariumu

    Tarix: 2013-01-09

    Sinqapur Akvariumu

    Bu yaxınlarda Sinqapurun ən böyük əyləncə parklarından biri hesab olunan “Resorts World Sentosa” parkında dünyanın ən böyük akvariumu istifadəyə verilib. “S.E.A. Aquarium” adını daşıyan akvariumda 100 növdən çox dəniz canlısına rast gəlmək mümkündür. Ümumilikdə isə akvariumda Cənub-şərqi Asiya, İran Körfəzi və digər müxtəlif yerlərdən olan 800 növ canlı toplanmışdır.

    Akvariumun nn böyük qüruru - eni 35.4 metrə, hündürlüyü isə 8 metrə çatan şüşədən hazırlanmış paneldir. Həmin panel vasitəsilə akvariumdakı canlıları müşahidə etmək mümkündür.  

    Uşaqla üçün akvariuma giriş biletinin qiyməti 20 dollar, böyüklər üçün isə 30 dollar dəyərindədir.

  • Meskaltitan

    Tarix: 2013-01-09

    Meskaltitan

    Meskaltitan - Meksikada Nayarit ştatında yerləşən möcüzəli adadır.  

    2 minədək əhalinin yaşadığı Meskaltitan adası sanki kiçik bir şəhəri xatırladır.

    Adanın diametri 400 metrdən çox deyil. Yağışlar mövsümü avqust ayından sentyabr ayına qədər davam edir. Bu zaman sakinlər küçə və kanallar boyunca hərəkət etmək üçün qayırlardan istifadə edirlər. Maraqlıdır ki, şəhərdə cinayətkarlıq hadisəsinə, eləcə də  turizm infrastrukturuna rast gəlinmir.

    Hər il 28-29 iyun tarixlərində adada müqəddəs Pyotr və Pavelin şərəfinə möhtəşəm karnaval keçirilir.

  • Nabana parkı

    Tarix: 2012-12-27

    Nabana parkı

    Sato şəhərində 1200 mindən çox elektrik lampaları ilə işıqlandırılmış tunel istifadəyə verilib.

    Sato şəhərində yerləşən Nabana parkı “Nagashima Onsen” əyləncə parkının bir hissəsi hesab olunur.

    İşıq şousunun mövzusu təbiətdir. İlluminasiyalar vasitəsilə çiçək, göy qurşağı, dağ effektləri yaradılır. 

  • Oqayo ştatında yerləşən qeyri-adi ev

    Tarix: 2012-12-13

    Oqayo ştatında yerləşən qeyri-adi ev

    Oqayo ştatında yerləşən və formaca səbəti xatırladan ev 1997-ci ildə yaradılıb. Evin ümumi sahəsi 1800 kv.m-ə çatır. Ev səbət formasında olan görünüşü ilə diqqəti cəlb edir.

    Yeri gəlmişkən, “Longaberger” şirkətinin mənzil-qərargahı olan bina nəinki öz qeyri-adi görünüşü, eyni zamanda maraqlı yaranma tarixi ilə də seçilir. Belə ki, bir neçə il bundan əvvəl Deyv Lonqeberqer təbiətdə istirahət zamanı istifadə olunan malların satışı ilə məşğul olan bir şirkət açmaq qərarına gəldi. Onun sərmayə qoyduğu bu iş tez bir zamanda uğurlu nəticələr verdi və ona çoxlu gəlirlər qazandırdı. Gəlirin əsas hissəsi isə piknik üçün nəzərdə tutulmuş səbətlərin satışından əldə olunurdu. Bu səbəbdən şirkətin rəhbəri mənzil-qərargahının məhz səbət formasında olması üçün xüsusi layihə hazırlatdı. Deyv Lonqeberqer layihə üçün cəmi 30 milyon dollar dəyərində vəsait sərf etdi.