• Suyun içində heyrətamiz göydələn

    Tarix: 2012-09-11

    Suyun içində heyrətamiz göydələn

    Fransada su üzərində göydələn inşa etmək planlaşdırılır. Bu nəhəng okeonologiya stansiyasının yaradılması ideyası Məşhur arxitekt Jak Rujeriyə mənsubdur.

    Göydələnin adı “SeaOrbiter”-dir. Okeandakı stansiyanın eni 10 metr, hündürlüyü isə 51 metr olacaq. Binanın əsas hissəsi (31 metr) suyun altında inşa ediləcək. “SeaOrbiter” günəş, külək, su enerjisi vasitəsilə fəaliyyət göstərəcək. Lahiyənin həyata keçirilməsi üçün 43 milyon dollar vəsait ayrılıb.

  • Uşmal

    Tarix: 2012-09-10

    Uşmal

    Uşmal Yukatan yarımadasının şimal-qərbində, indiki meksikanın Yukatan ştatının ərazisində yerləşən iri mayya şəhərinin qalıqlarıdır.  1996-cı ildə UNESCO tərəfindən Ümümdünya İrsi abidəsi elan olunmuşdur. Puuk memarlığının gözəl nümünəsi hesab olunur. Şəhərin tarixi haqda məlumatlar azqır, binaların çoxu e.ə VII-IX əsrlərə aid edilir. Uşmalda su quyuları yoxdur, suyu sisternlərə toplayırdılar. Su çatışmazlığını divarların çoxunda təsfir olunmuş yağış allahı Çakın rəsmləri ilə izah edirlər.

    Uşmalanın ən hündür binası falçı(və ya sehirbaz) piramidasıdır. əfsanəyə görə o cırtdan falçı tərəfindən bir gecə ərzində, ona verılmış  sehrli qüvvənin köməyi ilə tikilmişdir. Piramidada bir-birinin üstündə tikilmiş beş məbəd vardır.

  • Qetti mərkəzi

    Tarix: 2012-09-10

    Qetti mərkəzi

    Los-Ancelesin təpəliklərində memar Riçard Meyerin layihəsinə uyğun tikilmiş binalarda Qetti Mərkəzi – yerləşir, onun tərkibinə - muzey, Tədqiqat İnistitutu, Restavrasiya İnistitutu və elmi kitabxana daxildir. Jan Pol Qetti(1829-1976) – amerikalı milyarder, incəsənət əşyaları və antikvariatın qızğın kolleksioneri olmuşdur. Mərkəzin ən məşur eksponatlarından biri insanları 1,2 km hündürlüyə qaldıran xüsusi hava döşəkləri ilə işləyən tramvay-liftdır. Neft maqnatı Jan Pol Qetti olüm artıq vaxtına dünyanın ən varlı insanı idi. Qetti Mərkəzinin rəsmi açılışı 1997-ci ilin dekabrnda baş tutmuşdur. Beş binadan ibarət kompleks ziyarətçilərə antik dövrdən müasir vaxtlara qədər 5 müxtəlif dövrün eksponatlarını sərgiləyir. Mərkəzin meydanlarından Los-Ancelesə gözəl mənzərələr açılır.

  • Yaponiyanın Tottori səhrasında yerləşən qum muzeyi

    Tarix: 2012-09-10

    Yaponiyanın Tottori səhrasında yerləşən qum muzeyi

    Yaponiyanın Tottori səhrasında yerləşən qum muzeyinə gələn turistlərin sayı ilbəil artır. Sərgilər zamanı turistlərə təqdim olunan qumdan hazırlanmış bir-birindən fərqli heykəllər onların diqqətini xüsusilə cəlb edir. Ekspozisiya mövzusu hər il dəyişir. Muzey 2006-cı ildə istifadəyə verilib. Elə həmin ildə muzeydə keçirilən ilk sərgidə İtaliyanın renessans dövrünə həsr olunmuş heykəllər nümayiş olunub. Növbəti sərginin şah əsərləri həmişə olduğu kimi qumdan hazırlanır və proses turistlərin gözü önündə aparılır. Qumdan hazırlanmış heykəllər müxtəlif ölkələrdən olan heykəltəraşların imzasını daşıyır.

    Uşaqlar, əlillər və təqaüdçülər üçün muzeyə giriş pulsuzdur. 

  • Uluvatu məbədi

    Tarix: 2012-09-10

    Uluvatu məbədi

    XI əsrə aid qədim Uluvatu məbədi Bali adasının cənubunda yerləşir. Uluvatu adanın ən gözəl və məşhur məbədlərindən biridir.

    Dünyanın ən gözəl məbədlərindən biri hesab olunan Uluvatu məbədini ziyarət etmək üçün hər il Bali adasına minlərlə turist gəlir.

    Bu məbədin əsas fərqləndirici xüsusiyyətlərindən biri burada meymunların yaşamasıdır. Məhz onlar bu qeyri-adi gözəlliyi qoruyurlar. Meymunlar məbədi əhatə edən meşələrdə yaşayırlar. Məbədin işçiləri müqəddəs heyvanların qeydinə qalırlar.

    Bali adasında çoxsaylı məbədlərə rast gəlmək mümkündür. Adada yerləşən bütün məbədlər (6 məbəd) dəniz Allahlarının şərəfinə tikilib. Onlar tikilən zaman bir məbəddə olarkən digər məbədi görə bilmək tendensiyası əsas götürülüb. Bu səbəbdən də adada yerləşən məbədlər bir növ zənciri xatırladırlar. 

  • Ağ Qum səhrası

    Tarix: 2012-09-08

    Ağ Qum səhrası

    ABŞ-ın cənubunda dünyanın ən qeyri-adi səhrası yerləşir. Ağ Qum səhrasının unikallığı onun rəngi və qumun növü ilə izah olunur. Burada olarkən sanki insan hər tərəfin qarla örtüldüyü təsəvvürünə qapılır. Əslində isə səhra qar dənəcikləri ilə deyil, qumla örtülmüşdür. Söylədiyimiz kimi səhradakı qum öz tərkibinə görə dünyanın digər səhralarından seçilir. Qumun əsasını selenit (gipsin növlərindən biri) təşkil edir.

    Səhrada hündürlüyü 20 metrə çatan ağ rəngli təpələr əslində bu möhtəşəm görüntüyə görə dənizə, günəşə və yağışlara minnətdar olmalıdırlar. Onlar 100 milyon il bundan əvvəl formalaşmağa başlamışlar.

    Ağ Qum səhrasının flora və faunası burada hökm sürən quraq iqlim səbəsindən zəngin deyil. 

  • Küləklər sarayı

    Tarix: 2012-09-08

    Küləklər sarayı

    “Hawa Mahal” yaxud “Küləklər sarayı” kimi tanınan tikili Hindistanın Caypur şəhərində yerləşir. Bina bu adı öz xüsusi memarlıq üslubuna görə qazanmışdır. 5 yaruslu saray kompleksi ventilyasiya sistemini xatırladan kiçik deşiklərlə bəzədilmişdir. Həmin deşiklər isti günlərdə sarayda temperaturun normal şəkildə saxlanılmasına kömək edir.

    Əvvəllər saray XVIII əsrdə ölkəni idarə etmiş maharac Savay Pratap Sinqxuya aid idi. Binanın tikintisində çəhrayı qumdaşıdan istifadə olunmuşdur. Hal-hazırda “Küləklər sarayı” Hindistanın ən məşhur turistik məkanlarından biridir. 

  • Belöy Qəsri

    Tarix: 2012-09-08

    Belöy Qəsri

    Belöy qəsri(fr. Château de Belœil) belgiya qəsrlərinin əsl mirvarisidir – təsadüfi deyil ki, onu “Belqiyanın Versalı “ adlandırırlar. Eno mahalında yerləşən qəsr kifayət qədər monumental binadır- düzbucaqlı formalı, dörd kücncündə qalalar və daxılı həyəti vardır. Bina hər tərəfdən süni göllərlə əhatələnmişdir.

    Daxılı otaqlar klassik Renessans dövrü üslubunda yaradılmışdır. Marşallar Zalında Leprensin II Yekaterina tərəfindən sırafiş edilmiş, Rusiyadakı həyata həsr olunmuş rəzmlərini görmək olar. Qəsrin vestibülündə qurulmuş  iki mərmər büstlərdən biri də, məzh rus imperatriçasını təsvir edir.

    Aprelin sonu Mayınəvvəlində qəsrdə “ Amarillərin Feyeriyası” adlı tədbir keçirilir. Tam on gün müddətində iki minə yaxın amaryllis gülü və yüzlərlə orxideya güllərindən hazırlanmış gül kompozisiyaları syəsində qəst təmamilə əfsanəvi görünüş alır.

    Turistlər qəsri Pasxa bayramından sentyabra qədər bazaar və bayram günlərində, həmçinin iyul-avqust aylarında hər gün ziyarət edə bilərlər.

  • Al Ain Paradise – güllər parkı

    Tarix: 2012-09-08

    Al Ain Paradise – güllər parkı

    Kiçik Əl-Əyn şəhərciyi özünün Al Ain Paradise adlanan və dünyada ən böyük gül parkının olması ilə məşhurdur. Parkın  21 min kvadrat metrlik sahəsi Qinnesin rekordlar kitabına daxil edilmişdir. Parkda üç minə yaxın güllü klumba və səbətlət var. Yüzlərlə nəfis kompozisiyaların yaradılmasında isə Birləşmiş Ərəb Əmirliyinin ən məşhur dizaynerləri iştirak etmişlər. Parkın ən görməli yerlərindən biri isə Eyfel qülləsinin 12 metrlik dəqiq sürətidir. Həmçinin, siz parkda nəhəng gül piramidası, süni çay və kişik teatr da, görə bilərsiniz.

  • Qadın körpüsü

    Tarix: 2012-09-08

    Qadın körpüsü

    Puente-de-la-Muher piyada körpüsü 2011-ci il 20 dekabrda Buenos-Ayresdə aşçılmış və həmin anda paytaxtın ən görməli yerləri sırasına daxil olub. Körpü müasir işgüzar rayonda Puetro-Maderoda açılıb. Puetro-Maderoda bütün küçələr qadın adları daşıyır, ona görə də, körpü – Qadın körpüsü adlandırılmışdır.

    Qadın körpüsünün memarı məşhur ispan, Santyaqo Kalavatradır. Onun sözlərinə görə körpü tanqo rəsqsini ifa edən cütlüyü təmsil edir. Körpünün bü cür yüngül, havalı, zərif olması effekti korpünün cəmi bir dənə, 40m hündürlüyündə, və üfüqə 39 dərəcə əyilmiş pilonun olmasınin hesabına əldə edilib. O qurğunun bütün kostruksiyasını müəyyən etməklə onu daha nəfis və incə edir.

    Çaydan gəmilərin keçməsi məsəsləsinə çox orijinal yanaşılmışdır, beləki, bu zaman körpü qalxmir və ya açılmır, onun mərkəzi hissəsi 90 dərəcə çevrilərək gəmilərə yol verir.