• Çay muzeyi

    Tarix: 2012-12-05

    Çay muzeyi

    Çinin Meytan şəhərində iki il əvvəl inşa olunmuş muzey çaydan formasındadır və çaydan formasında olan ən böyük abidə kimi Ginnesin Rekordlar kitabına daxil edilmişdir. Muzeyin hündürlüyü 73.8 metrə, diametri 24 metrə, daxili ərazisinin ümumi sahəsi isə 5000 kv.m-ə çatır. Muzey binasının yaxınlığında fincan formasında olan daha bir bina yerləşir.

    Bundan əlavə, muzey binasının yaxınlığında 4 ulduzlu otel də yerləşir. Oteldə qonaqların istifadəsinə 27 nömrə, restoran, incəsənət qalereyası və rəqs meydançası verilir. 

  • "Əbədi Məşəl" adlı qeyri-adi şəlalə Nyu-York şəhərində yerləşir

    Tarix: 2012-11-22

    "Əbədi Məşəl" şəlaləsi Nyu-York şəhərinin “Chestnut Ridge” parkında yerləşir və şübhəsiz ki, parkın əsas turistik məkanlarından biri hesab edilir. Şəlalənin özəlliyi ondan ibarətdir ki, burada axan su ilə yanaşı, yerin altından çıxan təbii qaza da rast gəlmək mümkündür. Məşəl daimi olmasa da, uzunmüddətlidir. Lakin əbədi məşəlin xoşagəlməz bir xüsusiyyəti də var. Belə ki, burada qaz təbii şəkildə yerin altından çıxdığı və qazın miqdarı çox olduğu üçün şəlalənin suyunda lax yumurta qoxusu hiss olunur.

    "Əbədi Məşəl" şəlaləsi yaz aylarında qarların əridiyi zaman, eləcə də payız aylarında güclü yağışlar yağdığı zaman daha gursulu olur. 

  • Üfüqi şəlalə

    Tarix: 2012-11-19

    Üfüqi şəlalə

    Tablot buxtasında(Avstralia, Kimberli mahalı) üfüqi şəlalə- vertikal deyil, daha çox üfüqi vəziyətdə düşən şəlalədir və gün ərzində öz istiqamətini bir neçə dəfə dəyişir. Daşan, köpüklənən iki dğ arasından güclü səs ilə axır-fenomenin açmasıda budur. Avstraliyanın Kimberli mahalında, sahildə iki qaya bir-birinə sıx vəziyyətdə durub, buradakı qabarmalar 10 metrə çatır!  Qabarmanın artmasından asılı olaraq, su böyük təyziq altında 7 metrlik dağlar arasındakı yerdən axmalı olur, məhz bu unikal üfüqi şəlalə əmələ gətirir. Çəkilmə başlayanda isə limanda yığılmış su öz ağırlığı altında, lakin bu dəfə daha aşağı sürətlə geriyə istiqamətlənir.

    Üfüqi şəlalələr arasındakı vaxtda kanaldan gəmi ilə heç nədən qorxmadan keçmək olar.

  • Skoqafoss şəlaləsi

    Tarix: 2012-11-14

    Skoqafoss şəlaləsi

    Skoqafoss - İslandiyanın ən məşhur şəlaləsidir. Şəlalə ölkənin cənubunda yerləşir. 61 metr hündürlükdən tökülən su Günəş şüaları altında əlvan çalarları ilə diqqəti cəlb edir.  Şəlaləyə hər gün minlərlə turist baş çəkir. Qayaların üzərində yerləşən şəlalə əsrarəngiz görüntüsü ilə görənləri valeh edir. 

  • Madam Tüsso muzeyləri

    Tarix: 2012-11-08

    Madam Tüsso muzeyləri

    Madam Tüsso (Madame Tussaud) London şəhərində yerləşən mum heykəlləri muzeyidir və bir çox məşhur şəhərdə filialı vardır. Onun əsası mum heykəltəraşı Mari Tüsso tərəfindən qoyulmuşdur. Madam Tüsso muzeylərinin kolleksiyalarına Vaşinqton, Nyu-York, Los-Anceles, Honkonq, Şanxay, Las Veqas, Kopenhagen, Amsterdam, Vyana və London şəhərlərində rast gəlmək mümkündür.

    Mari Tüsso (1761–1850) Almaniyanın Hamburq şəhərində anadan olub. Onun anası mumiya modelləşdirməsində ixtisaslaşan həkim Filip Körtisin evində xidmətçi işləyib. Elə həmin Körtis Mariyə mum modelləşdirnəsinin incəsənətini öyrədir.

    Tüsso 1777-ci ildən məşhur şəxslərin mumdan maketini düzəltməyə başlayır. O zaman onun modelləşdirdiyi mum heykəllər arasında Jan Jak Russo və Benjamin Franklin kimi şəxslərin heykəlləri var idi.

  • Bondi-biç

    Tarix: 2012-11-06

    Bondi-biç

    Bondi-biç - Avstraliyanın ən məşhur çimərliyidir. Çimrəlik Sidney şəhərinin şərq ətrafında yerləşir və çimərliyin uzunluğu təxminən bir kilometr təşkil edir. "Bondi" sözü dalğaların qayaya dəyən zaman yarandığı səs mənasını verir.

    Çimərliyin tarixi kökləri XIX əsrin ortalarına qədər uzanır. XIX əsrin ortalarında O`Brayen soyadlı bir şəxs bu ərazini istirahət etmək məqsədilə insanların ixtiyarına vermək qərarına gəlir. Çimərlik tez bir zamanda insanların marağına səbəb olur və tələbat getdikcə artır. Tələbatın yüksək olması O`Brayeni təşvişə salır və o, çimərliyin artıq istifadə üçün açıq olmadığını elan edir. Sidney Şəhər Şurasının bu işə müdaxiləsi nəticəsində Bondi çimərliyi 1882-ci ilin 9 iyun tarixində Sidneyin ictimai çimərliyi statusu qazanır.  

    Bondi-biç çimərliyində təhlükəsizlik tədbirlərinə xüsusilə riayət olunur. Çimrəliyin sularında meduzalar yaşmasa da, buradakı akulalar insan həyatı üçün olduqca təhlükəlidir.

    2008-ci ildə Bondi-biç Avstraliyanın Milli sərvəti statusu qazanmışdır.

  • Lindesnes Mayakı

    Tarix: 2012-11-05

    Lindesnes Mayakı

    Bu Norveçin ən qədim mayakıdır və hələ 1655-ci ilin apreilndə Lindesnes burnunda tikilmişdir. 69 il sonra isə o Norveçin kontinental hissəsinin qayalıq sahilləri ilə Daniyanən qumsal sahilləri arasından keçən dəniz yollarının naviqasiya işində vacib yer tutmuşdur.

    Dəniz gəmilərinin batmasına səbəb olan təbiət hadisələri, güclü dəniz axını və qatı duman bu çox da hündür olmayan (16 metr), lakin vacib strateji obyektin tikilməsinə səbəb oldu. 2003-cü ildən etibarən mayak tamamilə avtomatlaşdırılmış rejimdə işləməyə başlamışdır.

    Bir neçə dəfər yenidən tikilsə də, mayak müasir görünüşünü 1915-1920 ci illər ərzində qazanmışdır. Elə həmin vaxt son dərəcədə vacib duman əlehinə sistem quraşdırılımışdır. Indi Lindesnes mayakı Vest-Aqner adlı cənub quberniyasının əsas görməli obyktidir. Ziyarətçilər üçün mayak 1922-ci ildə bərpa işləri tamamlandıqdan sonra açılmışdır. Burada həmçinin mayak və dəniz naviqasiyasına həsr olunmuş muzey fəaliyyət göstərir (2004-cü ildən).

  • Teyde vulkanı

    Tarix: 2012-11-05

    Teyde vulkanı

    Teyde vulkanı — Tenerife adasında yerləşir və İspaniya ərazisinin ən yüksək nöqtəsi hesab olunur. Vulkanın hündürlüyü 3718 metrə çatır. Vulkanın Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü isə 7500 metr təşkil edir. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.

  • Əyri evi

    Tarix: 2012-11-03

    Əyri evi

    Əyri ev – Polşanın Sopot şəhərində yerləşən Ticarət Mərkəzinin bir hissəsidir. Bu qeyri-adi memarlıq abidəsində digər tikililərdə olduğu kimi düz xəttlərə və düz bucaqlara rast gəlmək mümkün deyil.

    2004-cü ildə yaradılmış “Əyri ev” hal-hazırda Polşanın ən qeyri-adi və ən məşhur memarlıq nümunəsi hesab olunur. 

  • Böyük Çin səddi

    Tarix: 2012-11-03

    Böyük Çin səddi

    Çin Səddi - insan əli ilə düzəldilmiş yeganə tikilidir ki, kosmosdan görünür. Bu nəhəng qurğunun əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib.

    Hər il Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir. Bir də onu qeyd etmək yerinə düşər ki, həm də insan əli ilə yaradılmış möcüzələrdən ancaq və ancaq Böyük Çin səddi kosmosdan müşahidə edilir. O nazik bir xətt kimi Çin boyu uzandıqca uzanır.

    Böyük Çin səddi - ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır və bundan sonra da min illərlə yaşayaraq gələcək nəsilləri əzəməti və qeyri adiliyi ilə heyrətdə qoyacaqdır.