• Yeni paltarlar

    Tarix: 2012-08-04

    Yeni paltarlar

    - Mənim kurorta gedəndə geyinməyə heç nəyim yoxdur – arvad ah çəkir.

    - Sənin şkafındakı paltarlar az qala adamın üstünə gəlir - ər etiraz edir.

    - Axı mənim bütün tanışlarım o paltarları görüblər. Qarderobumda dəyişiklik etmək vaxtıdır.

    - Əzizim, tanışlarda dəyişiklik etmək daha asandır.

  • Çarter

    Tarix: 2012-06-14

    Çarter

    Sarışınqadıntəyyarəyə daxilolurvə pəncərəninyanındaoturur.

    Onabirkişiyaxınlaşırvə ondan özyerinə keçməsinixahiş edir.

    Sarışıncavabverir:

    - Mənə elə burdadaxoşdur.

    Kişi:

    - Ondasükanı əlinizə götürünvə təyyarəniidarə edin.

  • Vanna

    Tarix: 2012-06-12

    Vanna

    Sovet turisti Parisə gəlir. Hoteldə xidmətçi ondan soruşur:

    - Msyö, sizinçün vannanı nə zaman hazırlayım?

    - Bu gün çərşənbə axşamıdır. Zəhmət olmasa, şənbə günü.

  • Turfirmaya zəng

    Tarix: 2012-06-09

    Turfirmaya zəng

    - Salam. Biz gözəl bir məkanda istirahət etmək istəyirik.

    - Bəs sizin büdcənizə aşağı yoxsa yuxarı məbləğli məkanlar uyğundur?

    - 100 rubl dəyərində olsa kifayət edər.

    - O zaman istədiyiniz kimi istirahət edin, amma evinizdə.

  • Səhra

    Tarix: 2012-06-08

    Səhra

    İntelligent turist səhrada gedir və bədəviyə rast gəlir.

    - Bağışlayın, bilmirsiniz, burada tualet hardadır?

    - Bu gün həftənin hansı günüdür? – bədəvi soruşur.

    - Çərşənbə axşamı.

    - Onda düz gedin, cümə günü isə sola dönərsiniz.

  • Turistin yerli sakinlə söhbəti

    Tarix: 2012-06-06

    Turistin yerli sakinlə söhbəti

    Turist yerli sakindən soruşur:

    -    Bağışlayın. Deyə bilməzsiniz, yaxınlıqdakı dağa ən tez necə gedə bilərəm?

    O, bir qədər fikirləşir. Sonra qısa müddətlik dağa nəzər salır və turistə dönərək deyir:

    Əgər istəyirsinizsə, itimi bura gətirə bilərəm. Əminəm ki, onu görən kimi siz heç bir vasitə olmadan, qaçaraq tez bir zamanda orda olacaqsınız.

  • Müştərinin maraqlı cavabı

    Tarix: 2012-06-04

    Müştərinin maraqlı cavabı

    -İlin bu mövsümündə səfər üçün nə üçün məhz BƏƏ-ni seçmisiniz? Bu aylarda orada kölgədə temperatur +40 dərəcə olur.

    - Sizə kim dedi ki, mən kölgədə oturacam?

  • Qatarda

    Tarix: 2012-06-02

    Qatarda

    Qatarda nəzarətçi sərnişindən soruşur:

    -Sizin biletinizdə Xerson yazılıb. Bu qatar isə Kiyevə gedir.

    -Bəs sizin maşinistlər tez-tez belə səhvlər edirlər?

  • Sake

    Tarix: 2012-05-30

    Sake

    Yaponiyada turist barda oturub və sake içir. Üçüncü qədəhdən sonra hiss edir ki, barın divarları yellənir. Yerli yapona müraciət edir:

    - Sizin sake necə də sərtdi. Hələ demək olar ki, heç nə içməmişəm, amma divarlar artıq yellənir.

    Yapon cavab verir:

    - Burda sakelik heç nə yoxdur, mister. Bu zəlzələdir!

  • Qayıq

    Tarix: 2012-05-26

    Qayıq

    Qayıq stansiyasında xilasedici səsucaldanı götürüb deyir:

    - Qayıq 99 sahilə qayıdın!!! Sizin vaxtınız bitdi!!!

    - Qayıq 99 sahilə qayıdın!!! Sizin vaxtınız bitdi!!!

    Stansiyanın başqa bir xilasedicisi bunu eşidib deyir:

    - Bizdə cəmi 70 qayıq var! 99-cu qayıq hardan çıxdı? Xilasedici ona bir müddət baxır, bir az fikirləşir, sonra səsucaldana götürüb yenidən qışqırır:

    - Qayıq 66!!! Elə indicə yardım göndəririk.