• Lya ofisiant

    Tarix: 2012-05-26

    Lya ofisiant

    Evli cütlük Fransaya gedir. Tanışlarından maraqlanırlar ki, orada necə danışsınlar. Tanış məsləhət görür:

    - Orda hər şey çox sadədir, azərbaycanca danışın, əvvəlinə də lya əlavə edin: lya kotlet, lya püre, və s.

    Fransada onlar restorana gəlirlər və sifariş edirlər:

    - Lya qayğanaq, lya çörək, lya pivə

    Ofisiant hər şeyi gətirir, onlar hər şeyin belə asan olmasına təəcüblənirlər. Sonra isə ofisiant onlara deyir:

    - Görən lya mən lya azərbaycanca başa düşməsəydim, lya siz nə yeyəcəkdiniz.

  • Təyyarədə

    Tarix: 2012-05-22

    Təyyarədə

    Stüardessa:

    -          Hörmətli sərnişinlər, bir neçə dəqiqədən sonra təyyarəmiz Baden-Baden şəhərinin hava limanına enəcək.

    Bu zaman 1-ci sinif sərnişinlərindən biri dillənir:

    - Şəhərin adını 2 dəfə təkrar etməyə ehtiyac yoxdur. Hər halda bizim də dünyagörüşümüz var. 

  • Turist

    Tarix: 2012-05-19

    Turist

    Turist təəccüblü şəkildə istirahət etdiyi ölkənin vətəndaşından soruşur:

    - Ümumiyyətlə şəhərdə axşam saat 7-dən sonra açıq olan bir yer var?

    - Əlbəttə, var. Polis bölməsi.

  • London dumanı

    Tarix: 2012-05-19

    London dumanı

    Londonda sıx dumanda azmış turist yaxınlığında konturları dəqiq bilinməyən insan silueti görür və ümidsizliklə qışqırır:

    - Mister, bilirsiniz, mən hara gedirəm?

    - Temzaya.

    - Siz buna əminsiniz?

    - Əlbəttə. Mən elə indicə orda çıxmışam!

  • Özünü evindəki kimi hiss et!

    Tarix: 2012-05-17

    Özünü evindəki kimi hiss et!

    Əlində iki çamadan olan yorğun adam özünü mehmanxananın qapısından içəri salır.

    - Sizdə boş otaq var? – Sahibkardan soruşur.

    - Əlbəttə, senyor. Çox aşağı bir qiymətə siz özünüzü lap evinizdəki kimi hiss edə bilərsiniz!

    - Yox, sağolun! Istəməz! Ən yaxşısı siz mənə bahalı otaq verin, mən orda adam kimi yaşayım!

  • Ən sakit hotel

    Tarix: 2012-05-16

    Ən sakit hotel

    Texas Ştatı. Kiçik əyalət şəhəri. Turist yoldan keçəndən soruşur:

    - Zəhmət olmasa, deyə bilərsiniz, burada ən sakit hotel hardadı?

    - Əlbəttə. Elə burada, bu tində. Keçən həftə orda çox səs-küy salan qonağı güllələyiblər.

  • Lift

    Tarix: 2012-05-15

    Lift

    Paris, Eyfel qülləsinin ətəyi. Fransız-gid amerikan turistini qülləyə qalxmaq üçün dilə tutur. Turist qorxur – axı qüllənin 100-dən çox yaşı var.

    Turist: Bəs liftin kanatını neçə vaxtdan bir dəyişirlər?

    Gid: Narahat olmayın. Tez-tez. Kanat qırılan kimi dəyişirlər.

  • Emiqrasiya

    Tarix: 2012-05-14

    Emiqrasiya

    “Müqəddəs Pyotr” agentliyində cənnət sakininə cəhənnəmə turist putyovkası təklif olundu. O, bunun maraqlı olacağını düşünərək razılıq verdi.

    Iki həftə özünü unudaraq cəhənnəmdə şənlənir: şərab, qadınlar, eyş-işrət...

    Qayıtdıqan sonra Cəhənnəmdə daimi sakin olmaq istədiyini bildirir. Ona icazə verirlər.

    Cəhənnəmə gələn kimi onu düz tavaya – bişməyə göndərirlər.

    - Niyə axı?! – o fəryad etdi.

    - Turizmlə emiqrasiyanı dəyişik salmaq lazım deyil – cavab gəldi.

  • Oteldə məzəli söhbət

    Tarix: 2012-05-14

    Oteldə məzəli söhbət

    Oteldə 1 gecəlik xərci nə qədərdir?

    -          20 dollar.

    -          Axı yayda qiymətlər aşağı idi.

    -          Yayda gecələr qısa idi.

  • Çay pulu

    Tarix: 2012-05-14

    Çay pulu

    Oteldə turist ofisiantdan soruşur:

    -          Heç olub ki, çay pulu götürdüyünüzə görə utanmısınız?

    Ofisant cavabında deyir:

    -          Əlbəttə olub. Çay pulu nə qədər aşağıdırsa, biz bir o qədər çox utanmışıq.