• Çay

    Tarix: 2012-05-12

    Çay

    İngiltərə istirahətindən qayıtmış turist ölkə haqqında öyrəndiyi məlumatları yaxınları ilə paylaşır:

    -          İngiltərədə olarkən anladım ki, onlar nə üçün çayı belə çox sevirlər.

    -          Niyə?

    -          Çünki onların hazırladıqları kofenin dadına baxmışam.

  • Ekskusiya

    Tarix: 2012-05-12

    Ekskusiya

    Ekskusiya zamanı ekskursiya rəhbəri turistlərə müraciət edir:

    - İndi isə xanımlar heç olmasa 1 dəqiqə sakit dursalar, siz Viktoriya şəlaləsinin səsini eşidə biləcəksiniz.

  • Bir günlük yay

    Tarix: 2012-05-12

    Bir günlük yay

    Litvalı Türkiyəyə istirahətə gəlir. Ətarfda türklərin hamısı qaralıb, sifətlərində təkcə gözləri və dişləri ağarır. Litvalı isə ağappaqdır. Ondan soruşurlar:

    - Ay kişi, sən hardan gəlmisən?

    - Litvadan.

    - Sizdə – orda yay olmur bəyəm?

    - Yox, əşi, keçən çərşənbə günü olmuşdu. Mən də həmin gün işdə idim.

  • Turist

    Tarix: 2012-05-11

    Turist

    Turist istirahət etdiyi kəndin yerli sakinindən soruşur:

    -          Sizcə çadırların kəndin hansı hissəsində olması daha yaxşıdır?

    Turist cavab verir:

    -          Bir qədər aşağıda çəmənlik var. Orda təxminən ona yaxın çadır yerləşdirilib. Əgər istəsəniz, çəmənlik çadır üçün ideal yerdir.

    -          Bəs buralarda ümumiyyətlə əyləncə növləri var?

    -          Əlbəttə. Elə ən böyük əyləncə həftədə bir dəfə öküzümü çadırların olduğu çəmənliyə buraxanda olur.

  • Sağlamlaşdırıcı iqlim

    Tarix: 2012-05-10

    Sağlamlaşdırıcı iqlim

    Turist İsrailə gəlir. Aeroportda şəhərə getmək üçün taksi tutur:

    - Burda doğrudan çox təmiz və sağlamlaşdırıcı iqlim var?

    - Əlbəttə. Mən bura ilk dəfə gələndə mən heç bir kəlmə də deyə bilmirdim, başımda heç bir dənə də tük yox idi. Mən heç gəzə də bilmirdim, məni əllərində gəzdirirdilər.

    - Siz çoxdandır İsraildəsiniz?

    - Mən burda doğulmuşam.

  • Başqa qlobus

    Tarix: 2012-05-09

    Başqa qlobus

    Turagentliyə bir oğlan gəlir və deyir:

    - Siz mənə haranı təklif edə bilərsiniz? Səyahətə getmək istəyirəm.

    Ona təklif edirlər:

    - Seyşel, Baham adaları, Kanar adalarına ... gedə bilərsiniz.

    O, təklif olunanların hamısını rədd edir. Onda agentliyin əməkdaşları ona qlobusu verirlər:

    - Özünüz seçin

    O qlobusa diqqətlə baxaraq onu bir müddət fırladır, nəhayət narazı halda deyir:

    - Eee... Bəs sizdə başqa qlobus yoxdur?

  • Yatmış polis

    Tarix: 2012-05-08

    Yatmış polis

    Anya və Nataşa Berlin mağazalarından birində alış-veriş etdilər. Endirim olduğundan qızlar çoxlu paltar aldılar. Evə gəldikdə, əlbəttə ki, palatarları əyinlərinə geyinib sınamağa başladılar və gördülər ki, paltarlardan birinin üzərində iri nəzarət düyməsini satıcı götürməyib.

    Yarım saat onu əl ilə açmağa çalışsalar da, heç bir şey çıxmadı. Nataşa onu bıçaqla qırmağı təklif etdi. Bıçağın təsiri altında düymə qırıldı və Anyanın əlinə və paltarın üstünə göy rəngdə maye dağıldı. Nə baş verdiyini başa düşməyən Anya əlini yumağa qaçdı, lakin diqqətlə yuduqdan sonra belə əlindəki göy iz getmədi.

    Tezliklə onların dostu Markus gəldi və ürəkdən gülərək izah etdi ki, nişan "yatmış polis" adlanır. Əgər kimsə geyimi oğurlamağa çalışırsa, onda oğrunu göy əllərə görə müəyyən etmək mümkün olardı, hətta onu tapmasalar belə bu cür göy əllər onu uzun müdət oğurluq etməkdən çəkindirəcəkdi.

    Xoşbəxtlikdən, qəbz qalmışdı və korlanmış paltarı qeyd-şərtsiz dəyişdilər. Hərçənd göy əllərlə Berlində gezmək heç də xoş deyildi.

  • Nuveyba

    Tarix: 2012-05-04

    Nuveyba

    Turfirmaya zəng

    - Siz Misirə səyahət satırsınız?

    - Əlbəttə, satırıq.

    - Deyin görüm orda hansı kurortlar var?

    - Şarm-əl-Şeyx, Xurqada, Taba, Nuveyba..

    - Dayanın, Nuveyba. Düzdü Nuveyba uyğun gəlir.

    - Siz nə vaxt getmək istəyirsiniz?

    - Yox... Biz sadəcə burada krossvord həll edirdik, Nuveyba uyğun gəlir. Sağolun.