Paylaş
Tur Şəki - Balakən - Siqnaxi - Tbilisi turu
Nəqliyyat Aviabiletsiz
Ölkə Azərbaycan
Region Balakən
Otel
Tarix 04.10.2014 - 06.10.2014
Gecə 2
Gün 3
Qiymət 189 AZN
Qiymətə Daxildir Qiymətə Daxil deyil
SİFARİŞ GÖNDƏR
Otel
Qidalanma
Ekskursiya
Nəqliyyat

Şəki- Balakən - Siqnaxi - Tbilisi turu

CƏMİ: 189 AZN

4-6 Oktyabr

 

Qiymətə daxildir:

-Nəqliyyat xidməti (komfortlu avtobus)

-Şamaxı şəhərində  səhər yeməyi

-Zaqatala “İss hotel” –də nahar yeməyi ( 1 dəfə)

-Balakən “Qubek 4* Hotel”-də yerləşmə

-Balakən “Qubek 4* Hotel”-də səhər yeməyi(1 dəfə), şam yeməyi (1 dəfə)

-Tbilisidə Şam yeməyi (1 dəfə)

-Tbilisi “Hotel Astoria Tbilisi”–də yerləşmə

-Ekskursiyalar (Şəki, Zaqatala, Balakən, Siqnaxi və Tbilisi Şəhərləri)

-Tbilisidə  canlı musiqi sədaları altında  Şam yeməyi

- İntellektual və əyləncəli oyunlar  (Qaliblərə 1 günlük daxili tur hədiyyəsi)

-Tur Rəhbəri

-Professional  Fotosessiya (Şəkillər Diskə köçürülərək sizlərə təqdim olunacaq)

 

Qiymətə daxil deyil:

- Muzeylərə giriş

-Tbilisidə nahar yeməyi

 

Turun qiyməti:  CƏMİ: 189 AZN

Qeyd:

1. Qiymət otaqda 2 nəfər(DBL) və 3 nəfər(TRP) qalmaq şərtilə hesablanmışdır. Əgər turist otaqda tək (SNG) qalmaq istəyərsə  60 AZN əlavə ödəniş etməli olacaq.

 

2. Uşaqlar üçün qiymət:  0-6 (İNF) yaş uşaqlar üçün 115 AZN.

 

Son qeydiyyat tarixi:  26 Sentyabr, 2014-cü il, saat 19:00-a qədər.

 

TUR PROQRAM:

I Gün

 

06:30 – Toplaşma (N.Nərimanov metro stansiyası, “McDonalds”-ın qarşısı)

 

07:00-09:00 – Bakı –Şamaxı yolu (səhər yeməyi)

 

09:00-13:00 –Bakı – Zaqatala yolu

 

13:00   – Zaqatala Şəhərinə çatma

 

13:00–14:00  – Zaqatala “Issam hotel”-də nahar yeməyi və çay süfrəsi

 

14:00- 15:30 – Zaqatala ekskursiyası:

 

Zaqatala Qalası (“Yenilməz batalyon” filmi burada çəkilmişdir )

Zaqatala qalası — 1830-cu ildə Zaqatala şəhəri ərazisində tikilmişdir. Qalada toplarla təchiz edilmiş güclü qaizon saxlanılırdı. Zaqatala qalası Çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olmuşdur. Çar hakimiyyəti Potyomkin zirehli gəmisinin inqılabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar Zaqatala qalasında yerləşdirilmişdi. Zaqatala qalası tarixi abidə kimi dövlət tərəfindən qorunur. Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan" romanını yazmış və həmin əsər əsasında "Yenilməz batalyon" bədii filmi çəkilmişdir.

 

 Cümə məscidi (XVIII)

Mərkəzdə yerləşən tək tarixi abidəyə Came məscidi də deyirlər. Minarəsinin uzunluğu 45 metrdir. Quruluşuna və oamentlərinə görə Azərbaycanda İslam memarlığının nadir nümunələrindən hesab edilir. Bişmiş qırmızı kərpicdən tikilən minarə əsas binadan ayrıdır.

 

17:00 – Avtobusun yanında toplaşma, Qubek hotel-ə yola düşmə

 

17:00–18:00  Balakən “Qubek 4* Hotel”-də yerləşmə (check-in) və asudə vaxt

 

18:00–19:45  Balakən ekskursiyası (Kanatla gəzinti və.s)

 

20:00-22:00   Balakən “Qubek 4* Hotel”-də şam yeməyi

 

22:00-00:00   Balakən  “Qubek 4* Hotel”-də asudə vaxt (Mafiya oyunu və diskoteka)

 

 

II Gün

 

08:00-08:45 – Balakən “Qubek 4* Hotel”-də səhər yeməyi

 

09:30 - Balakən “Qubek 4* Hotel”-dən çıxış

 

10:00-10:30  - Gömrükdən keçmə

 

10:30-11:15  -  Siqnaxi Şəhərinə çatma

 

11:15-12:30   - Siqnaxi (“Sevgi xiyabanı”, “Arzular ağacı”, “Sevgi Şəhəri”) ekskursiyası

 

Ekskursiya sərbəstdir

Qədim adı Sığnaq (yəni sığınacaq) olan şəhər Gürcüstanın ən məşhur şəhərlərindən biridir. Qədim tarixi olan bu şəhərə yeni nəfəs 2007-ci ildə verildi – onu turizm şəhəri kimi formalaşdırmağa başladılar. Gürcüstanın Kaxeti bölgəsində yerləşən şəhər tarixən gürcü çarlarının ən sevdiyi yer olub. İndi ölkəyə gələn turistlərin əksəriyyəti tur çərçivəsində Siqnaxini də mütləq gəlib görür. Turistləri bu şəhərdə cəlb edən infrastruktur xüsusilə düşünülüb. Maraqlı məkanlardan biri Siqnaxi muzeyidir. Zəngin eksponatların sərgiləndiyi muzey əcnəbiləri çox maraqlandırır. Məşhur gürcü rəssamı Pirosmaninin 16 ədəd orijinal əsəri də daimi olaraq məhz burada təqdim olunur. Pirosmaninin 16 orijinal əsərinin Siqnaxidə saxlanılması bura turistlərin axınını xeyli artırdı: “Bir çox adam məhz bu rəsm əsərlərini görmək üçün Siqnaxiyə gəlir. Bir il əvvəl burada Pikassonun orijinal əsərlərinin sərgisi keçirilmişdi. Bu, bütün dünyanın diqqətini çəkmişdi”. 

 

12:30 - 14:00    Siqnaxi - Tbilisi yolu

 

14:00 – 14:30   Tbilisi şəhərinə çatma, “Hotel Astoria Tbilisi”–də yerləşmə

 

14:30 – 17:00   Tbilisi ekskursiyası sərbəstdir (kanatla gəzinti, “Sülh körpü” gəzintisi,  içəri şəhər ekskursiyası və s.)

 

17:00 – 20:00   Rustavelidə alış veriş

 

20:00 - 22:00    Tbilisidə  canlı musiqi sədaları altında  Şam yeməyi

 

22:00 - 00:00    “Hotel Astoria Tbilisi”–ə qayıdış, oteldə sərbəst vaxt

 

III Gün

 

09:00- 10:00 – “Hotel Astoria Tbilisi”–də səhər yeməyi

 

10:00 -   Oteldən çıxış (check out)

 

10:00 – 14:00   – Tbilisi-Şəki yolu

 

14:00 – 15:00   – Şəki “Çələbi Xan” restoranında nahar yeməyi və çay süfrəsi

 

15:00 - 16:30   – Şəki ekskursiyası:

Şəki  “Xan Sarayı” (giriş ödənişlidir)

Şirvanşahlar sarayı (giriş ödənişlidir)

Tarixi Diyarşunaslıq muzeyi (giriş ödənişlidir)

Şəki rayonunu haqlı olaraq Respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xanlarının sarayı turistlərin qəlbində silinməz izlər buraxır. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşdirilməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olur. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir. Evin mərkəzi zalını bəzəyən buxarının üzərində gözəl xətlə bu evə səadət və əminəmanlıq diləyən mətnlər yazılmışdır.  

Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaralar hələ də salamat qalmışdır. Yuxarı karvansaranın günbəzi Yaxın Şərqdə ən iri günbəzlərdən biridir. Diyarşünaslıq muzeyi, Xalq tətbiqi sənət muzeyini ziyarət..

 

16:30 - 22:00  – Şəki-Bakı yolu

 

daha çox...